Məhkəmə qərarları › İş №8(105)-115/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-115/2022

19.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-115/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-520/2020 saylı icra sənədinə əsasən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 icraata başlamaq haqqında qərarından şikayətə dair iş üzrə Quba Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(027)-50/2022 nömrəli qərardadından borclu X4 nümayəndə və vəkili Vəkil tərəfindən verilmiş şikayətə şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: X7 şikayət ərizəsilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-520/2020 saylı icra sənədinə əsasən Quba rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ilə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərarından X7 tərəfindən verilmiş şikayət təmin edilməmişdir (hakim İlqar Məmmədov). X1 şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. X4 vəkili Vəkil Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)- 50/2022 saylı qərardadından şikayət və müddətin bərpası barədə ərizə verərək, həmin qərardaddan şikayət verilməsi müddətinin bərpa edilməsi, qərardadın ləğv olunaraq, şikayətin təmin edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 vəkili Vəkil şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmiş, X4 vəkili Vəkil Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddət bərpa edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 8(105)-43/2022 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-520/2020 saylı icra sənədinə əsasən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 icraata başlamaq haqqında qərarının ləğv edilməsi haqqında X4 şikayətinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 nömrəli qərardadından X7 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilmiş və o, qəbul olunmamış hesab olunmuş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ləğv edilmiş, Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 şikayəti və şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi geri qaytarılmışdır. Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 vəkili və nümayəndəsi Vəkil şikayət və şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə təkrar olaraq, 20 iyul 2022ci il tarixdə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 vəkili və nümayəndəsi Vəkil şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Quba Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 vəkili və nümayəndəsi Vəkil şikayət ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadı əsassız hesab edir. Belə ki, qərardadda göstərilmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadını X7 03 iyun 2022-ci il tarixdə poçt sənədinə imza etməklə almışdır. X13 heç bir xəbərnaməyə imza etməmiş, göstərilən qərardad ona çatdırılmamışdır. Poçt xəbərnaməsində qərardadın X7 tərəfindən alınması barədə icra olunmuş imzanın ona məxsus olub-olmamasını müəyyənləşdirmək üçün məhkəmə xətşünaslıq ekspertizası təyin edilməlidir. Odur ki, Quba Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(027)- 50/2022 saylı qərardadının ləğv edilməsi, qərardaddan şikayət verilməsi müddətinin bərpa olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki, Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 vəkili və nümayəndəsi Vəkil şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin geri qaytarılması barədə Quba Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadını X4 03 iyun 2022-ci il tarixdə poçt vasitəsilə imza etməklə almasını, Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından şikayət və şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə vəsatət ilə təkrarən 20 iyul 2022-ci il tarixdə, yəni 01 ay 17 gün sonra, prosessual müddəti ötürməklə heç bir üzürlü səbəb olmadan məhkəməyə müraciət etdiyindən ərizəni təmin etməmiş, gəldiyi nəticəni də MPM-nin 396.1, 133.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 396.1-ci maddəsinə əsasən qərardaddan şkayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə əsaslı olmamışdır. Bekə ki, iş materiallarından görünür ki ,Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 vəkili və nümayəndəsi Vəkil şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin geri qaytarılması barədə Quba Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadını X5 xx.xx.2022-ci il tarixli məktubla xx.xx.2022-ci il tarixdə də poçt vasitəsi ilə göndərilmiş və xx.xx.2022-ci il tarixdə xəbərnaməyə “Bilalov E” qeydi ilə imza edilərək alınmışdır. Məhkəmə qeyd edilən qərardadın xx.xx.2022-ciil tarixdə alınmasını, bundan sonra müddətin bərpasına dair ərizə ilə 1 ay 17 gün sonra müraciət edilməsi əsası ilə ərizəni təmin etməmişdir. Qeyd edlən hal qərardaddan verilmiş şikayətdə mübahisələndirilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadının Bilalov Elman tərəfindən alınmaması qeyd edilmiş, həmçinin xəbərnamədəki imzanın aydınlaşdırılması üçün məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə şikayətdə göstərilən hala, xəbərnamədəki imzanın ərizəçiyə məxsus olub-olmamasının aydınlaşdırılması üçün hər hansı hərəkət etməmişdir. Belə ki, işə əlavə edilmiş X2 xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X6 qeyd etmişdir ki, o, Xaçmaz rayonu, Mərkəzi poçt şöbəsində poçtalyon işləyir, Xaçmaz şəhəri, Əliağa Vahid küçəsi onun nəzarətindədir. xx.xx.2022-ciil tarixdə Quba Rayon Məhkəməsindən SS**********AZ nömrəli məktub daxil olmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)50/2022 saylı qərardadı X5 deyil, səhvən başqasına verilmişdir. Təsdiq edir ki, həmin məktub X5 çatdırılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə xx.xx.2022-ci il tarixli, 8(027)50/2022 saylı qərardadın ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınması əsası ilə prosessual müddətin bərpası barədə ərizəni təmin etməmişdir. Lakin poçtalyon tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədə isə həmin məktubun ərizəçiyə çatdırılmaması göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadının X7 tərəfindən alınıb-alınmamasının araşdırılması üçün xəbərnamədə olan imzanın Elman Bilalov tərəfindən icra edilib-edilməməsi araşdırılmalı, bundan sonra ərizəyə qiymət verilməlidir. Həmçinin qeyd edilən halın araşdırılması apellyasiya məhkəməsi instansiyasında qeyri-mümkündür. Mübahisələndirilən hal araşdırıldıqdan sonra şikayət vermə müddətinin bərpası barədə xx.xx.2022-ci il tarixdə verilmiş ərizə yenidən müzakirə edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə yenidən müzakirə edilməlidir. Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 08 avqust 2022ci il tarixli, 8(027)-50/2022 nömrəli qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi yenidən müzakirə edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(027)-50/2022 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar