Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-115/2024 19.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 273/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs1 icra məmurunun xx.xx.2020ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönədilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardadın mübahisələndirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 8(067)-1/2024 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. X2 Maraqlı şəxs1 icra sənədi üzrə icraata xitam verilməsi haqqında 08 may 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərarından şikayət verərək, qərarın ləğv edilməsini və qətnamənin icra edilməsi məqsədi ilə icra sənədinin yenidən Maraqlı şəxs1nə göndrilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-273/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Xaçmaz rayonunun Müzəffər oba kəndində yerləşən iddiaçı X4 torpağın mülkiyyətə verilməsinə dair JN-313F saylı, 30219078 kodlu şəhadətnaməyə əsasən mülkiyyətində olan torpaq sahəsinə yol üçün nəzərdə tutulmuş və cavabdeh X10 tərəfindən zəbt olunan 175 kv.metr torpaq sahəsi (uzunluğu 70 metr, eni 2,5 metr), cavabdeh tərəfindən yaradılan maneələrin onun hesabına aradan qaldırılmaqla boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Maraqlı şəxs1 böyük icra məmuru X6 tərəfindən xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış və "yolun boşaldılması haqqında" onun tərəfindən xx.xx.2020-ci il tarixli Akt tərtib edilmişdir. Həmin Aktın 2-ci səhifəsindəki qeyddən də görünür ki, "X10 tərəfindən istifadə olunan icra sənədində göstərilən 175 kv.metr torpaq sahəsi ölçülərək tərəflərə göstərildi. Həmin torpaq sahəsində borclu tərəfindən yaradılan maneələr onun hesabına aradan qaldırılaraq yol boşaldıldı". Lakin, onun torpağın mülkiyyətə verilməsinə dair JN-313F saylı, 30219078 kodlu şəhadətnaməyə əsasən mülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişi mümkünsüz olduğundan, o, faktiki olaraq mülkiyyətindən məhrum edilmiş və bu müddət ərzində edilən şikaytələrə də heç bir əhəmiyyət verilməmişdir. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair JN-313F saylı, 30219078 kodlu şəhadətnamə üzrə torpağın plan və ölçülərinə və koordinatlarına əsasən cavabdeh Maraqlı şəxs2 tərəfindən zəbt edilmiş torpaq sahəsinin 175 kv.merlik hissəsinin boşaldılması dedikdə, cavabdehin darvazasının tinindən 70 metr uzunluğunda və 2,5 metr enində olan və onun torpaq sahəsinədək ərazini nəzərdə tutduğu halda, icraçı tərəfindən qəsdlə və bilərəkdən qanunsuz olaraq 25 metr uzunluğunda və 7 metr enində olan torpaq sahəsi boşaldılmışdır. Yəni qətnamənin icrası zamanı, icra məmuru tərəfindən qətnamə faktiki olaraq icra edilməmiş və X4 mülkiyyətində olan torpaq sahəsinə yol üçün nəzərdə tutulmuş və cavabdeh X10 tərəfindən zəbt edilən torpaq sahəsinin cuzi bir hissəsinə, yaradılan maneələr aradan qaldırılsa da, yolun əsas hissəsi boşadılmamışdır. Tərəflərin razılığı və birgə iştirakı ilə aparılan video çəkilişdən də görünür ki, Mədət Bayramov izahat verir ki, icra məmurunun apardığı ölçüyə əsasən, onun darvazasının tinindən 25 metr uzunluğu və 7 metr eni olan torpaq sahəsinin və bu hesablama ilə 175 kv.metr olan ərazinin boşaldılması ondan tələb edilmiş və o, həmin ərazini boşaltmışdır. Onun mülkiyyətindəki torpaq sahəsinə gediş-gəlişin təmin edilməsi üçün nəzərdə tutulan torpağın qalan hissəsinin boşaldılmasına dair icra məmurundan hər hansı başqa tapşırıq və ya göstəriş ona verilməmişdir. Göstərilənlərə əsasən Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 273/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam veriməsi barədə icra məmurunun xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməli və icra sənədinin yenidən Maraqlı şəxs1nə göndərilməsi barədə qərar qəbul edilməlidir.
3. Xaçmaz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 8(067)-1/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs1 icra sənədi üzrə icraata xitam verilməsi haqqında 08 may 2020ci il tarixli qərarının ləğv edilməsi barədə X2nun şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır.
4. Həmin qərardaddan tələbkar Elvin Bayramov tərəfindən şikayət verilmişdir.
5. Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 8(067)-1/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-273/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi Maraqlı şəxs1 icra məmuru Hikmət Maqsudov tərəfindən 18 mart 2020-ci il tarixdə tələbkar və borclu tərəfin iştirakı ilə yerində icra olunaraq müvafiq akt tərtib olunmasına, tərəflər akta imza etməklə məlumatlandırılmalarına və icra sənədinin icrasından sonra 08 may 2020-ci il tarixdə icra məmurunun qərarı icra sənədi üzrə icraata xitam verilməklə tərəflər bu barədə rəsmi məlumatlandırılmalarına baxmayaraq tələbkar tərəf qanunla müəyyən edilmiş müddətdə icra məmurunun qərarından şikayət verməmişdir. Ona görə də məhkəmə şikayəti geri qaytarmışdır.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 263, 267-269-cu maddələri, «İcra Haqqında» Qanununun 20.1, 20.2, 20.3, 20.4, 20.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri
8. X8 qərardaddan verdiyi şikayətin dəlilləri Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 273/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs1 icra məmurunun xx.xx.2020-ci il tarixli qərarından verilən şikayətin dəlilləri ilə analoji məzmunda tərtib edilmişdir.
b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
12. “İcra haqqında” Qanunun” Maddə 8.1-ci icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. «İcra haqqında» Qanunun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.5. icra sənədi tam icra olunduqda.
13. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Şikayətdən görünür ki, borclu Xaçmaz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 8(067)-1/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
15. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
17. Belə ki, öyrənilən işin faktiki halları ilə müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-273/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Xaçmaz rayonunun Müzəffər oba kəndində yerləşən iddiaçı X4 torpağın mülkiyyətə verilməsinə dair JN-313F saylı, 30219078 kodlu şəhadətnaməyə əsasən mülkiyyətində olan torpaq sahəsinə yol üçün nəzərdə tutulmuş və cavabdeh X10 tərəfindən zəbt olunan 175 kv.metr torpaq sahəsi (uzunluğu 70 metr, eni 2,5 metr), cavabdeh tərəfindən yaradılan maneələrin onun hesabına aradan qaldırılmaqla boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir.
18. Daha sonra qeyd olunan icra sənədi üzrə icra məmuru tərəfindən icra tədbirləri görülmüş, icra məmuru tərəfindən "yolun boşaldılması haqqında" xx.xx.2020-ci il tarixli Akt tərtib edilmişdir. Həmin Aktda: "X10 tərəfindən istifadə olunan icra sənədində göstərilən 175 kv.metr torpaq sahəsi ölçülərək tərəflərə göstərildi. Həmin torpaq sahəsində borclu tərəfindən yaradılan maneələr onun hesabına aradan qaldırılaraq yol boşaldıldı" ifadəsi qeyd edilmişdir. Bundan sonra qeyd olunan icra sənədi üzrə icraata xitam verilməsi haqqında 08 may 2020-ci il tarixli qərar qəbul edilmiş və «İcra haqqında» Qanunun 20.1.5ci maddəsi ilə icraata xitam verilmişdir.
19. Araşdırılan işdən həmçinin müəyyən edilmişdir ki, tərəflər (o cümlədən də borclunun nümayəndəsi) yuxarıda qeyd olunan aktı könüllü və öz iradə ifadələrinə uyğun olaraq imza etməklə yanaşı, həm də icranın nəticələri barədə həmin vaxtdan məlumatlı olmuşlar.
20. Yəni Maraqlı şəxs1 icra məmuru tərəfindən 18 mart 2020-ci il tarixdə tələbkar və borclu tərəfin iştirakı ilə yerində icra olunaraq müvafiq akt tərtib olunmasına, tərəflər akta imza etməklə məlumatlandırılmalarına və icra sənədinin icrasından sonra 08 may 2020-ci il tarixdə icra məmurunun qərarı ilə icra sənədi üzrə icraata xitam verilməklə həmin qərarı X2nun etibarnamə üzrə nümayəndəsi atası Nümayəndə tərəfindən xx.xx.2020-ci il tarixdə məktuba imza edilərək qəbul edilməsinə baxmayaraq, tələbkar tərəf qanunla müəyyən edilmiş müddətdə icra məmurunun qərarından şikayət verməmişdir
21. Kollegiya qeyd edir ki, qanunvericilik “icraata xitam verilməsi haqqında” qərarın hansı məhkəmədə, icra orqanının yerləşdiyi, tələbkarın və ya borclunun olduğu yerin məhkəməsində baxılmalı olmasına konkret qadağa qoymasa da, həmin qərarın qəbul edilməsinin prosedur qaydası, həmçinin mübahisələndirilməsi üçün konkret müddət və bununla bağlı müvafiq məhdudiyyətlər müəyyən etmişdir.
22. İşdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 273/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs1 icra məmurunun qərarı xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, tələbkar həmin qərarın qəbul edilməsindən 3 il keçəndən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə də şikayət vermə müddətinin keçməsi əsası ilə şikayəti geri qaytarmışdır.
23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 8(067)-1/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı:
X2 tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 8(067)-1/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.