Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-115/2025 17.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, X1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 8(012)-230/2025 nömrəli qərardadından X1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3150/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X12 ilə X15 arasında Sumqayıt “ASAN Xidmət” X11 31 may 2021-ci il tarixdə bağlanmış 1148 saylı nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X16 adlı uşağın nikah pozulduqdan sonra X6 (ananın) yanında saxlanılması, X8 X6 xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X16 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Maraqlı şəxs “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin e-2(012)-3150/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. X3 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin alimentin ödənilməsi hissəsində (xx.xx.2024-cü il tarixdən başlayaraq) icrası ilə əlaqədar olan Maraqlı şəxs icra məmuru X5 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın ləğv olunması və icra işinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, alimentin ödənilməsi ilə əlaqədar qətnamə Maraqlı şəxsnə daxil olduqdan sonra borclu Amin Mehdiyev onu aldadaraq, yəni alimenti könüllü olaraq ödəyəcəyinə inandıraraq icra şöbəsinə aparıb ərizə yazdırmışdır. Lakin borclu X15 hazıradək heç bir ödəniş etməmişdir, halbuki borclunun 1800 manat aliment borcu vardır. Borclu kifayət qədər maddi imkanı olmasına baxmayaraq aliment borcunu qərəzli olaraq ödəməkdən imtina edir. Yaxın günlərdə ona məlum olmuşdur ki, icra məmuru Qəribağa Mirhəşimov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarla icra işinə xitam verilmişdir. Qərarda qeyd olunmuşdur ki, icra sənədində qeyd olunan tələb borclu X15 tərəfindən tam şəkildə ödənilmişdir. Qərar “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsi ilə əsaslandırılmışdır. Belə hesab edir ki, adı çəkilən qərar tam qanunsuz və əsassızdır. Belə ki, borclu Amin Mehdiyev tərəfindən ona heç bir aliment ödənilməmişdir. Halbuki qərarda qeyd olunmuşdur ki, guya icra sənədində qeyd olunan tələb borclu X15 tərəfindən tam şəkildə ödənilmişdir. Belə olan halda hesab edir ki, həmin qərar ləğv edilməli və aliment borcu tam ödənilməklə aliment ödənişi davam etməlidir. Qeyd olunanlara əsasən o, şikayətin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli? 8(012)-230/2025 nömrəli, qərardadı ilə Maraqlı şəxs tərəfindən qəbul edilmiş icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından X1 verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Tələbkarın vəkili və nümayəndəsi Abışov X14 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixində şikayət verərək, qərardadın ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin alimentin ödənilməsi hissəsinin (xx.xx.2024-cü il tarixdən başlayaraq) icrası ilə əlaqədar olan Maraqlı şəxs icra məmuru X5 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında qərarın ləğv olunması və icra işinin davam etdirilməsi barədə” yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qərardadın məzmununa istinad edilərək göstərilir ki, alimentin ödənilməsi ilə əlaqədar qətnamə Maraqlı şəxsnə daxil olduqdan (icra məmuru Qəribağa Mirhəşimov) sonra borclu Amin X2 aldadaraq, yəni alimenti könüllü olaraq ödəyəcəyinə inandıraraq icra şöbəsinə aparıb ərizə yazdırmış, lakin borclu Amin Mehdiyev hal-hazıradək heç bir ödəniş etməmişdir və hazırda 2000 manat aliment borcu vardır. Borclu aliment borcunu qərəzli olaraq ödəməkdən imtina edir. Təxminən 2025-ci ilin mart ayının ortalarında tələbkara məlum olmuşdur ki, icra məmuru Qəribağa Mirhəşimov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarla icra işinə xitam verilmişdir. Qərarda qeyd olunmuşdur ki, icra sənədində qeyd olunan tələb borclu X15 tərəfindən tam şəkildə təmin olunmuşdur. Qərar “İcra haqqında” Qanununun 20.1.5-ci maddəsi ilə əsaslandırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.5-ci maddəsinə əsasən (tərəflər icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilər) tam qanuni və əsaslı olaraq həmin müddət tamam olmamış məhkəməyə şikayət vermişdir. Belə ki, adı çəkilən xx.xx.2025-ci il tarixli qərardadda qeyd olunur ki, guya Maraqlı şəxs tərəfindən tələbkara xx.xx.2025-ci il tarixli, 17/75226239-1Q saylı cavab məktubu (xx.xx.2025-ci il tarixdə tərtib edilmiş reyestrlə) göndərilmişdir (məktubun hansı ünvana göndərilməsi məlum deyildir). Poçtla göndərilmiş məktubun X1 yaşayış yeri üzrə ərazidə olan poçt şöbəsinə gəlib çatması üçün minimum 3-4 gün vaxt lazımdır. Bu hesabla həmin məktub poçt vasitəsilə tələbkara ən tezi 14-15 mart 2025-ci il tarixdə çatmalı idi (əslində, həmin məktub tələbkar Fərqanə Mehdiyevaya çatmamış, tələbkar tərəfindən alınması barədə heç bir sübut yoxdur). O isə xx.xx.2025-ci il tarixdə adı çəkilən qərarın ləğv edilməsi barədə şikayət vermişdir. Qeyd etdiyi faktlar bu qərardadla tam təsdiq olunur. Ona görə də belə hesab edir ki, tələbkar tərəfindən xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 10 gün müddət ötürülməmişdir. Bu səbəbdən də həmin qərardan şikayət verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə verməsinə zərurət yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5- ci maddəsində qeyd olunur ki, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin maddənin tələbləri pozulmuş, tələbkarın qanunda qeyd olunan 10 gün müddətində şikayət verməsinə baxmayaraq şikayət geri qaytarılmışdır. Hətta hazırda şikayət etdiyi qərarın tələbkar Fərqanə Mehdiyevaya xx.xx.2025-ci ildə göndərilməsini nəzərə alsalar belə yenə də vaxtında, yəni xx.xx.2025-ci il tarixdə həmin qərardan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli qərardadı ilə xx.xx.2025-ci il tarixli qərardadından X1 vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixində verdiyi şikayət ərizəsinin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmiş, daha sonra isə şikayətrə şifahi məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında tələbkarın vəkili və nümayəndəsi Vəkil şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 07 aprel 2025ci il tarixli, 8(012)-230/2025 nömrəli qərardadının və Maraqlı şəxs tərəfindən qəbul edilmiş icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, məhkəmə aktlarının məcburiliyi təsbit edilmiş MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (MPM-in 15.1-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Maraqlı şəxsndən sorğu ilə 2(012)-3150/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra işi tələb edilərək öyrənilmiş, lakin icra işinin materiallarında mübahisələndirilən “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın tələbkara göndərilməsi barədə xx.xx.2024-cü il tarixli məktub mövcud olsa da, həmin məktubun və ona qoşma olaraq əlavə edilmiş qərarın tələbkar tərəfindən alınmasına dair hər-hansı sənəd (poçt reyesteri, bildiriş, qəbz və s.) aşkar edilməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, tələbkar həmin qərardan şikayətini xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə təqdim etmişdir. Kollegiya qeyd edir ki, tələbkar tərəfindən xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 10 gün müddət ötürülməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqda haqlı olmamış, düzgün olmayan qərardad qəbul etmişdir. Məhkəmə kolleyisanın qənaətincə şikayətin dəlilləri şikayətin geri qaytarılması barədə qərardadın ləğv edilməsi üçün əsasdır. Odur ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 8(012)-230/2025 nömrəli qərardadı ləğv olunaraq işə mahiyyəti üzrə baxılması davam etməlidir. Məhkəmə eyni zamanda şikayətin icraata xitam verilməsi haqqında qərarın ləğv olunması və icra işinin davam etdirilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, şikayətə birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılmadığından həmin məsələ hazırkı apellyasiya baxışının predmetini təşkil etmir və buna görə də təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2, 399, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 8(012)-230/2025 nömrəli qərardadı ləğv edilsin. X1 vəkili və nümayəndəsi Vəkil Maraqlı şəxs icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətə mahiyyəti üzrə baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-115/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-115/2025
17.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver