Məhkəmə qərarları › İş №8(105)-117/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-117/2020

30.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-117/2020 30.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-81/2020 saylı qərardadından Borclu verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ET Dİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-81/2020 saylı qərardadı ilə (hakim A.B.Sadıqov) Borclu tələbkar «xxxxxxxxxxxx» ASC-yə qarşı borcun hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan Borclu şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-81/2020 saylı qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-81/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 8(067)-1016/2016 saylı qətnaməsinə əsasən «xxxxxxxxxxxx» ASC-yə ödənilməli olduğu 13124.93 ABŞ dolları məbləğində borcunun hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardada çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ VƏTƏRƏFLƏRİNİZAHATİ: Borclu verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq maddələrinin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, borcun hər ay 100 manat olmaqla hissəhissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)-1016 saylı qətnaməsi ilə cavabdehlər Borclu və X1 müştərək qaydada 10895,89 ABŞ dolları əsas borc, 219,34 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq «xxxxxxxxxxxx» ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(105)- 2458/2017 saylı qətnaməsi ilə cavabdeh Borclu tərəfindən verilmiş apelyasiya şikayəti təmi edilməmiş və Xaçmaz Rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)-1016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə, icra üzrə icraatı dayandırmağa haqlıdır. Həmin Məcəllənin 235.2-ci maddəsi yalnız xüsusi hallarda tətbiq oluna bilər. Bu maddəni tətbiq etmiş məhkəmə öz qərarında xüsusi halların nədən ibarət olmasını mütləq əsaslandırmalıdır. Qətnamənin hissə-hissə icra olunması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə qətnamənin hissə-hissə icra olunması əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin hissə-hissə icra olunması barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin hissə-hissə icrası mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli, 01 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasımn dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdır. Borclu şikayətin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və ərizəsinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Borclu tələbkar «xxxxxxxxxxxx» ASC-yə qarşı borcun hissə-hissə icra edilməsi barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Borclu verdiyi şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-81/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar