Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-117/2023 20.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Abşeron Rayon Məhkəməsinin 2(012)-2590/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır.
2. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev məhkəməyə təqdimatla müraciət edərək, Borclu adına Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən 3,6657 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu hal-hazırki vaxta qədər icra sənədində göstərilmiş tələbləri yerinə yetirməmiş və göstərilən borc məbləğindən iş üzrə tələbkara ümumiyyətlə heç bir ödəniş etməmişdir. “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu adına Zərdab rayonu, Xanməmmədli kəndində 3.6657 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi qeydiyyata alınmışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadı ilə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı təmin edilmiş, Borclu mülkiyyətində olan Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən 3,6657 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır.
5. Borclu Qocayev X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadından xx.xx.2023-cü il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadındın ləğv edilməsini və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatının rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadından Borclu xx.xx.2023-cü il tarixində vermiş olduğu şikayətin geri qaytarılması qərara alınmışdır.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadı xx.xx.2023-cü il tarixində elektron sistemə yerləşdirilmiş, Borclu elektron sistemdə elektron kabineti olduğundan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadından şikayət vermə müddətinın axımı xx.xx.2023-cü ildən başlamış və həmin müddət xx.xx.2023-cü ildə qurtarmışdır. Lakin borclu Qocayev X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadından şikayəti xx.xx.2023-cü il tarixində verməklə müddəti ötürmüş və üzürlü səbəblərdən müddətin ötürülməsi ilə bağlı ərizə təqdim etməmişdir.
8. Borclu xx.xx.2023-cü il tarixində şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadının ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
10. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan qərardad xx.xx.2023-cü ildə qəbul edilsə də, həmin qərardaddan məlumatı olmamış, bu barədə icra məmuru ona məlumat verdikdə, xx.xx.2023-cü ildə məhkəməyə müraciət edib qərardadı almış və xx.xx.2023-cü ildə asan nömrə və asan imza almaqla, qanunla müəyyən edilmiş 10 gün müddətində şikayət tərtib edilmişdir. Bu barədə verdiyi şikayət xx.xx.2023-cü il tarixli qərardad ilə geri qaytarılmışdır. Qeyd olunan qərardad əsassız olduğuna görə ləğv edilməli, yeni qərardad qəbul edilməklə sonrakı prosessual hərəkətlər edilməlidir. Belə ki, fiziki şəxs olmaqla asan imzası olmamış, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirakı təmin edilməmiş, xx.xx.2023-cü il tarixli qərardad isə ona təqdim edilmədən poçt şöbəsi vasitəsilə geri qaytarılmışdır. Ona icra məmuru deyəndən sonra xx.xx.2023-cü ildə məhkəməyə gedib qərardadı şəxsən qəbzə imza etməklə qəbul etmişdir. Orada ona bildirmişdirlər ki, şikayəti poçt vasitəsilə deyil, elektron imza aldıqdan sonra elektron qaydada məhkəməyə göndərə bilər. Bu məqsədlə xx.xx.2023-cü ildə asan imza alıb qərardadı aldığı vaxtdan 10 gün müddətində, yəni xx.xx.2023-cü ildə (29-30 iyul altı-bazar, yəni qeyri-iş günü olub) şikayəti elektron qaydada vermişdir. Hesab edir ki, müddəti ötürməmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (...) 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
Maddə 268. Şikayətin verilmə müddəti (...) 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)
Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
14. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
16. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
17. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-in 268-ci maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir. Həmin normada şikayətin qətrardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilməsi müəyyən olunur.
18. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadı xx.xx.2023-cü il tarixində elektron sistemə yerləşdirilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadından şikayət vermə müddətinın axımı xx.xx.2023-cü ildən başlamış və həmin müddət xx.xx.2023-cü ildə qurtarmışdır. Lakin borclu Qocayev X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadından şikayəti xx.xx.2023-cü il tarixində verməklə, müddəti ötürmüş və üzürlü səbəblərdən müddətin ötürülməsi ilə bağlı ərizə təqdim etməmişdir.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, “Elektron məhkəmə informasiya sistemi”ndən müəyyən olunur ki, Borclu “Elektron məhkəmə informasiya sistemi”ndə elektron kabineti xx.xx.2023cü il tarixdə yaradılmışdır. Birinci instansiya məhkəməsi isə qərardadın xx.xx.2023-cü ildə borclunun elektron kabinetində yerləşdirildiyinə istinad etmişdir. Halbuki, işdən görünür ki, həmin tarixdə Borclu elektron kabineti olmamışdır.
20. İşdə olan (səh.18) “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, qərardad xx.xx.2023-cü il tarixdə sistemə yerləşdirilmiş və yalnız tələbkarın adına məktub tərtib edilərək imzalanmış, borclunun elektron kabinetində yerləşdirilməsi üçün isə onun adına ayrıca məktub tərtib edilməmişdir.
21. Beləliklə, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının surətini borclunun xx.xx.2023-cü il tarixdə əldə etməsi müəyyən olunmadığından məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadından borclunun verdiyi şikayətə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadından borclunun verdiyi şikayətə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.