Məhkəmə qərarları › İş №8(105)-117/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-117/2025

20.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-117/2025 20.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X18 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, X1 sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-487/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında iclasında baxaraq MÜƏYYƏNETDİ: X3 icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2015-ci il tarixli, 2(060)-2646/2015 saylı qətnaməsi ilə borclu X6 xx.xx.2011-ci il təvəllüdlü oğlu X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla borcludan tutulmalı olan alimentin hər ay üçün minumum əmək haqqı məbləğinin 1,02 misli (411 manat) məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2015-ci il tarixli, 2(060)-2646/2015 saylı qətnaməsi ilə onun borclu X8 alimentin artırılması tələbinə dair iddia tələbi təmin edilməklə təyin edilmiş aliment miqdarı dəyişdirilmiş və xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Qət edilmiş aliment uşağın maddi ehtiyaclarını qarşılamaq üçün yetərli deyildir. Buna görə də oğlu Ümidin mənafeyini əsas tutaraq o, məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin hər ay üçün respublika üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,02 misli məbləğində (411 manat) indeksasiya olunmasını məqsədəuyğun hesab edir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-487/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) ərizə təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X4 üçün Cavabdeh X5 xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,03 misli həddində indeksasiya olunması, alimentin indeksasiya olunmasının başlanğıcının xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 2015-ci il üzrə müəyyən edilmiş 105 manat məbləğində minimum əmək haqqının 1,03 mislini təşkil edir. Ona görə də qətnamə ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq alimentin məbləği qərardad qüvvəyə mindiyi tarixdən başlayaraq yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 1,03 misli həddində (108:103=1,03) müəyyən edilməlidir. Həmin qərardaddan narazı qalan borclu Cavabdeh şikayət verərək qərardadın dəyişdirilərək aliment məbləğinin azaldılmasınıa dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, minimum aylıq əmək haqqının 1,03 misli miqdarında (hazırda 400 x1.03=412) manat aliment ödəməyə maddi imkanı çatmır. Mənzil məişət şəraiti olduqca zəifdir. Bundan əlavə ikinci ailəsində üç övladı var. Ailənii dolandırmaqda çətinlik çəkir. Aliment ödəməkdən boyun qaçırmır, amma minimum aylıq əmək haqqının 1,03 misli miqdarında aliment ödəməyə maddi imkanı həqiqətən çatmır. Məhkəmə iclasında iştirak edən atası X9 da öz izahatında qeyd etdiyi kimi bundan əvvəl təyin edilən aliment də vaxtında hər zaman ödəmişdir. Bunu bu həddə hesablayaraq onun məişət şəraitini daha da ağırlaşdırıblar. Onu da qeyd edir ki, Kapital banka aylıq 595 manat kredit ödənişi, ayda 30 manat sığorta ödənişi edir. Qərar çıxarılan zaman bütün bunlar nəzərə alınmalı idi .Qərardad çıxarılan zaman yenidən ailə qurmağını, üç övladının olması və kredit ödəməyi nəzərə alınmalı idi. Çıxarılan qərardad həyat şəraitini daha da ağırlaşdırmışdır. Ona görə də qərarı ədalətsiz hesab edir. Əlavə olaraq məhkəməyə kredit ödənilməsi barədə bankdan çıxarışlar, övladlarının doğum haqqında şəhadətnamələrini təqdim etsə də heç biri nəzərə alınmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-487/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-487/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2646/2015 saylı, 16 mart 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-3130/2012-ci il tarixli qətnaməsi ilə təyin edilmiş, aliment miqdarının dəyişdirilməsi, xx.xx.2011-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X6 hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X10 verilməsi, sabit pul məbləğində alimentin artırılma tarixinin xx.xx.2015-ci il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 31 avqust 2013-cü il tarixli, 3112 nömrəli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-2646/2015 saylı, 16 mart 2015-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 108 manat məüyyən edilərkən minimum aylıq əməkhaqqının məbləği 105 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaların və Ali Məhkəməinin Plenum qərarında əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 1,03 (108:105=1.03) həddində müəyyən edilmiş olur. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 487/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək hər ay 108 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin indeksasiya nəticəsində hazırki minimum əmək haqqının 1,03 misli həddində artırılması, onun maddi vəziyyətini həddən artıq ağırlaşacağı təqdirdə, alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-487/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar