Məhkəmə qərarları › İş №8(105)-118/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-118/2024

03.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-118/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 Borclu qarşı iş üzrə (Açar sözlər: icra sənədi üzrə icraata xitam verilməsi) X14 Süleymanovanın sədrliyi və məruzəsi, X8 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, X2, Borclu nümayəndəsi Vəkil iştirakları ilə, X1 Sumqayıt şəhəri üzrə İcra İdarəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 19 iyul 2017-ci il tarixli qərarından verdiyi şikayət üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 8(060)-192/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə şifahi icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: Birinci instansiya məhkəməsində icraat

1. X3 tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 19 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4498/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 1010 manat borc pul tutularaq iddiaçı X7 ödənilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Həmin icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İcra X19 icraatında olmuşdur. X3 2017-ci ildən 2023-cü ilin sonlarına qədər həbsdə olduğuna görə, həmin icra sənədi ilə maraqlana bilməmişdir. Bu yaxınlarda həmin icra sənədinin icrası ilə bağlı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərkən ona bildirilmişdir ki, həmin icra sənədinin icrasına icra məmuru Emil Həsənov tərəfindən xitam verilmişdir. Bundan sonra, tələbkar Sumqayıt şəhəri üzrə İcra idarəsinə rəsmi qaydada ərizə ilə müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın rəsmi qaydada təqdim olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən həmin qərar tələbkara rəsmi qaydada təqdim olunmuşdur. Həmin qərara nəzər salarkən məlum olmuşdur ki, guya tələbkar xx.xx.2017-ci il tarixində Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək hazırkı icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Həmin ərizə tələbkar tərəfindən yazılmamış və imzalanmamışdır. Yazı və imza tələbkara məxsus deyildir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4498/2014 saylı, 23 iyul 2014-cü il tarixli icra vərəqəsinə əsasən, ilkin iddia qismən təmin edilərək, Borclu borca görə 1000 manat, dövlət rüsumu kimi ödənilmiş 10 manat, cəmi 1010 manat məbləğində pul tutularaq X7 ödənilməli, ilkin iddia digər hissədə rədd edilməlidir.

4. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Emil Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 23 iyul 2014-cü il tarixli icra vərəqəsinə əsasən icra icraatına başlanılmışdır.

5. Tələbin könüllü icrası haqqında xx.xx.2014-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir.

6. X9 tərəfindən Sumqayıt şəhəri üzrə İcra idarəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədə qeyd edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4498/2014 saylı icra sənədinə əsasən Borclu ona 1010 manat pul verməlidir. Yuxarıda qeyd olunan icra sənədinin “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir.

7. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Emil Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4498/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

8. Həmin qərardan görünür ki, X3 xx.xx.2017-ci il tarixdə ərizə ilə müraciət edərək qeyd olunan icra sənədinə xitam verilməsini xahiş etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin 23 iyul 2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/722 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, X5 adından olan xx.xx.2017-ci il tarixli icra işinə xitam verilməsi barədə “Ərizə”nin aşağı hissəsində “Şahverdiyev.S” yazılarının qarşısında olan imzanın X9 tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Belə ki, tədqiq olunan imzanı X5 imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması, nümunələrin öz aralarında fərqlənməsi və vəsatət cavab olaraq 1 ədəd sərbəst imza nümunəsi təqdim olunması səbəblərindən müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun.

10. Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 8(060)-192/2024 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) şikayətin təmin edilməsi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra X19 “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 19 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-4498/2014 saylı icra sənədinin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manatın Sumqayıt şəhəri üzrə İcra İdarəsindən alınaraq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X10, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qərara alınmışdır.

11. Borclu nümayəndəsi və vəkili Vəkil məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir.

12. Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 8(060)-192/2024 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 192/2024 saylı, 12 avqust 2024-cü il tarixli qərardadından Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2004-cü il tarixi qərardadı ilə qərardaddan verilən şikayətə baxılması mümkün hesab edilmiş və məhkəmənin xx.xx.2004-cü il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılmasını qərara alınmışdır.

Şikayətin dəlilləri

14. Borclu nümayəndəsi və vəkili Vəkil şikayəti onunla əsaslandırmışdır ki, qəbul edilmiş məhkəmə qərardadı qanunsuz və əsassız olmaqla yanaşı qərardadda qeyd olunanlar reallıqları əks etdirmir. İş materiallarında olan X9 tərəfindən Sumqayıt şəhəri üzrə İcra idarəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədə qeyd edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4498/2014 saylı icra sənədinə əsasən Borclu ona 1010 manat pul verməlidir. Yuxarıda qeyd olunan icra sənədinin “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Emil Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4498/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan göründüyü kimi X3 xx.xx.2017-ci il tarixdə ərizə ilə müraciət edərək qeyd olunan icra sənədinə xitam verilməsini xahiş etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin 23 iyul 2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. X9 iştirak etdiyi məhkəmə iclasında icra şöbəsində olduğunu və icra məmurunun adına müvafiq ərizə yazdığını və imza etdiyini bildirmişdir. Bu məhkəmə iclasında aparılan sual-cavablarda və həmin sual-cavabların əks olunduğu protokolda, eyni zamanda məhkəmə iclasının qeydə alındığı video görüntülərdə də öz əksini tapmışdır. Hazırkı işin (şikayət ərizəsinin) obyektiv və hərtərəfli araşdırılması məqsədilə məhkəməxətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, tədqiq olunan imzanı X5 imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlər mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/722 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, X5 adından olan xx.xx.2017-ci il tarixli icra işinə xitam verilməsi barədə “Ərizə”nin aşağı hissəsində “Şahverdiyev.S” yazılarının qarşısında olan imzanın X9 tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Belə ki, tədqiq olunan imzanı X5 imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması, nümunələrin öz aralarında fərqlənməsi və vəsatətə cavab olaraq 1 ədəd sərbəst imza nümunəsi təqdim olunması səbəblərindən müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Bildirmək istəyir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/722 nömrəli rəyinə əsasən qəti bir fikir söyləmək mümkün olmadığı halda, məhkəmənin yanaşması həmin imzanın X7 aid olmadığı istiqamətində olmuşdur. X4 tərəfindən Sumqayıt şəhəri üzrə İcra idarəsinə ərizə ilə müraciət edilərək icra sənədinə xitam verilməsi xahiş edilmiş və ərizə də X9 tərəfindən imzalanmışdır. Buna görə də, ekspert rəyində eyniləşdirici əlamətlərin mövcudluğu qeyd olunmuşdur. Ekspert rəyində tədqiqatın nəticəsi o olmuşdur ki, yazıların qarşısında olan imzanın-X9 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək olmadı. Maraqlıdır ki, məhkəmə nəyə əsasən imzanın X9 tərəfindən icra olunmadığı qənaətinə gəlmişdir? Qanunvericiliyə uyğun olaraq ekspert rəyi işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Lakin nə ekspert rəyində, nə də ki, işdə olan digər sübutlara əsasən imzanın X9 tərəfindən icra olunmadığını söyləmək mümkün olmur. Buna baxmayaraq Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-192/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra X19 “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 19 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-4498/2014 saylı icra sənədinin icrası ilə bağlı icra hərəkətləri davam etdirilməsi qət edilmişdir. Məcəlləyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin sözügedən imzanın X9 tərəfindən icra olunmadığı sübut olunmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Bir daha qeyd etmək istəyir ki, ekspert rəyində tədqiq olunan imza ilə X5 imza nümunələrini müqayisə etdikdə həm də uyğunlaşdırıcı əlamətlər ortaya çıxmışdır. Sübut kimi qəbul edilən həmin ekspert rəyində tədqiq olunan imzanın X9 tərəfindən icra olunmadığını göstərən hər hansı bir yanaşması mövcud deyildir. Digər tərəfdən əgər məhkəmə ekspert rəyi ilə razılşamırdısa tələb olunan sənədləri əlavə edib işi təkrar ekspertizaya göndərə bilərdi. Hazırkı qərarı əsassız edən hallardan biri də şikayət vermə müddəti ilə bağlıdır. Belə ki, 19 iyul 2017-ci il tarixdə qərar qəbul edilməsinə baxmayaraq, icra məmurunun qərarından X9 7 il sonra şikayət vermişdir. Əgər doğurdanda həmin borc ödənilməmişdisə hansı səbəbdən bu 7 il ərzində pul tələb olunmurdu və ya bu müddətdə həmin qərardan şikayət verilmirdi. Məhkəmə bu halı da araşdırmamış və hazırkı işə düzgün hüquqi qiymət verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-192/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərardadını ləğv edərək, X9 tərəfindən “Sumqayıt şəhəri üzrə İcra İdarəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 19 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsi dair şikayətin təmin edilməməsi barədə” qərardad qəbul edilməsi xahiş olunur.

15. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Borclunun nümayəndəsi Vəkil şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

17. X3 şikayətə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin izahatında bildirdi ki, o, icra sənədi üzrə icraata xitam verilməsinə əsas olan ərizənin verildiyi taixdə ümumiyyətlə ölkə ərazisində olmamış, daha sonra isə 2017-2023-cü il tarixlərdə həbsdə olmuşdur. Onun tərəfindən belə bir ərizə imzalanmamışdır,

18. İş üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

19. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 8(060)-192/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 8(060)-192/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

20. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1.5. İcra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Maddə 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Maddə 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 8(060)-192/2024 nömrəli və bununla bağlı 30 avqust 2024-cü il tarixli, 8(060)-192/2024 nömrəli qərardadları ləğv olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X3 tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 19 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsi xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 8(060)-192/2024 nömrəli qərardadı ilə şikayəti təmin edilmişdir. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən icra sənədi icra haqqında qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri icra tədbirləri həyata keçirilmədən formal əsaslarla xitam olunmuşdur. İşin hərtərəfli araşdırılması məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, tədqiq olunan imzanı X5 imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlər mövcuddur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə onu da qeyd edir ki, borclu tərəf borcun ödənilməsini iddia etsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Borclu yuxarıda göstərilən qərardaddan narazı qalaraq şikayət vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıraq hesab edir ki, şikayətin dəlilləri məhkəmə qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiyanın qənaətincə birinci instansiya məhkəməsi “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 19 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsi nəticəsinə gələrkən haqlı olmamış, işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, nəticədə işin obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi hazırkı işin (şikayət ərizəsinin) obyektiv və hərtərəfli araşdırılması məqsədilə məhkəmə-xəttşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, tədqiq olunan imzanı X5 imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması, nümunələrin öz aralarında fərqlənməsi və vəsatət cavab olaraq 1 ədəd sərbəst imza nümunəsi təqdim olunması səbəblərindən müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Odur ki, həmin imzanın X9 tərəfindən imca olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, ekspert rəyinə əsasən qəti bir fikir söyləmək mümkün olmadığı halda, göründüyü kimi birinci instansiya məhkəməsi həmin rəyi hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul etmiş və məhkəmənin yanaşması həmin imzanın X7 aid olmadığı istiqamətində olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ekspert rəyinə düzgün hüquqi qiymət verməmiş, ekspert rəyində qeyd olunan qeyri-müəyyənliyi aradan qaldırmaq istiqamətində araşdırmanı davam etdirməmişdir. Bundan başqa, göründüyü kimi tələbkar mübahisələndirilən ərizənin verildiyi tarixdə ölkə ərazisində olmadğını, daha sonra, 2017-2023-cü il tarixlərdə həbsdə olduğunu bildirsə də məhkəmə tərəfindən həmin hallar araşdırılmamış, məhkəmə aktında bu hallara qiymət verilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015- ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işə baxarkən gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 8(060)-192/2024 nömrəli və bununla bağlı 30 avqust 2024-cü il tarixli, 8(060)-192/2024 nömrəli qərardadları ləğv olunmalı, şikayət ərizəsinə yenidən baxılması, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 8(060)-192/2024 nömrəli və bununla bağlı 30 avqust 2024-cü il tarixli, 8(060)-192/2024 nömrəli qərardadları ləğv olunsun. X1 Sumqayıt şəhəri üzrə İcra İdarəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 19 iyul 2017-ci il tarixli qərarından verdiyi şikayətə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar