Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-118/2025 20.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 8(027)-81/2025 nömrəli 25 aprel 2025-ci il tarixli qərardadından Maraqlı şəxs1 icra məmuru Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərardadı ilə (hakim S.Məmmədov) şikayətin təmin edilməsi, Maraqlı şəxs1 icra məmuru Nümayəndə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)- 1397/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi yenidən icraya yönəldilməsi və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Maraqlı şəxs1 icra məmuru Nümayəndə həmin qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Maraqlı şəxs1 böyük icra məmuru Nümayəndə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(027)-81/2025 nömrəli qərardadından verdiyi şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X1 icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2025ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında həmin qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs1 icra məmuru Nümayəndə Quba Rayon Məhkəməsinin 25 aprel 2025ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1397 nömrəli icra sənədinə əsasən borclu Maraqlı şəxs2 avtomobilin təmiri ilə bağlı ödənilmiş 4740 manat, cərimələrə dair ödənilmiş 400 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 80,40 manat alınaraq X1na ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin böyük icra məmuru Nürəddin Əmrullayevin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Başlanılmış icraat zamanı borclu tələbi qanunla müəyyən edilmiş müddətdə təmin etməmiş və onda tələb yönəldilə biləcək əmlaklar və gəlir yerləri aşkarlanmamışdır. İcra üçün verilmiş könüllü müddət bitdikdən sonra borclu Maraqlı şəxs2 şöbəyə dəvət olunmuş, ondan müvafiq izahat alındıqdan sonra barəsində inzibati protokol tərtib edilmiş və tərtib edilmiş inzibati protokola əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Bundan sonra borclu yenidən şöbəyə dəvət olunaraq rəsmi xəbərdarlıq verilmiş və ondan müvafiq izahat alınmışdır. Həmçinin icra sənədinin icrasının səmərəli təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2024cü il tarixli təqdimat Quba Rayon Məhkəməsinə təqdim edilmişdir. Borclu Maraqlı şəxs2 inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq borcunu ödəmədiyi üçün xx.xx.2024-cü il tarixdə yenidən şöbəyə dəvət olunaraq izahatı alınmış və barəsində təkrarən inzibati protokol tərtib olunaraq Quba Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə həbs tətbiq edilmişdir. (qeyd olunan qərar şöbənin icraatına daxil olmamışdır) Məlumat üçün bildirilir ki, iş üzrə X1 borclu Maraqlı şəxs2 məhkəmə qərarında göstərilən borcu tam şəkildə istədiyindən bank rekvizitlərini icra şöbəsinə təqdim etməmişdir. Bu səbəbdən borclu Maraqlı şəxs2 X2 olan borcundan 650 manat məbləğində pulu Maraqlı şəxs1 depozit hesabına ödəmişdir. Bundan sonra yenidən borclunun əmlak və gəlir yerləri barədə EİS-də sorğular verilmiş, lakin borclu Maraqlı şəxs2 adına borcun ödənilməsinə yönəldilməli əmlak və gəlir yerləri aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı ünvanda əmlak vəziyyətinə baxış keçirilmişdir. Bundan əlavə EİS-də sorğu verilərkən borclu Maraqlı şəxs2 rəsmi nikahı aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlara və bütün görülmüş icra tədbirlərinə baxmayaraq icra sənədi üzrə tələbi təmin etmək mümkün olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməsini icra sənədi üzrə borclunun əmlak və gəlirlərinin yenidən müəyyən edilməsinin icra sənədinin icrasına zəmin yarada biləcəyi ilə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Belə ki, “İcra haqqında” Qanunun 23.1, 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi qanunvericilik icra sənədinin məhkəməyə qaytarılmasının əsasları kimi borclunun əmlak və gəlirlərinin axtarışı ilə bağlı kifayət qədər tədbirlərin görülməsi və bu tədbirlərin nəticə verməməsidir. Lakin bu nəticəyə gələn icra məmuru qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam əməl etməmişdir. Belə ki, borclu tərəfindən 650 manat depozit vasitəsi ilə tələbkara ödəmənin həyata keçirilməsinə baxmayaraq həmin məbləğin borcu tam əhatə etməməsi əsası ilə qəbul edilməməsi, eləcə də borclunun günlük 10-15 manat gəlir əldə etməklə 150 manat ödəmək iqtidarında olması barədə məhkəmənin 25 aprel 2025-ci il tarixli iclasında verdiyi izahat borclu Maraqlı şəxs2 müəyyən qədər gəlir əldə etməsinə dəlalət edir. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin təmin edilməsi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs1 icra məmuru Nümayəndə şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli və onunla bağlı 20 may 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-118/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-118/2025
20.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver