Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-12/2023 30.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi X1 Abşeron Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın ləğv edilməsi barədə (Açar sözlər: icra sənədi üzrə icraata xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 8(012)-713/2022 nömrəli qərardadından ərizəçi X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2924/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı X3 və cavabdeh Borclu arasında 11 noyabr 2008-ci il tarixdə bağlanmış, Bakı nikah evi tərəfindən qeydə alınmış 3675 nömrəli nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 anaları X1 yanında qalması, cavabdeh Borclu uşaqların faktiki ananın yanında qaldığı tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi, cavabdeh Borclu 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.
2. Həmin qətnamə qanuni qüvvəsini almış, Abşeron Rayon İcra və Probasiya şöbəsinin 07 oktyabr 2021-ci il tarixli icraata başlamaq qərarı ilə icra işi açılaraq qətnamə icraya yönəldilmiş və borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir.
3. Tələbkar X3 01 aprel 2022-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2924/2021 nömrəli icra sənədinə əsasən Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində onun xeyrinə alimentin tutulmasının təyin edildiyi, icra sənədində qeyd olunan tələbin tam icra olunduğundan heç bir şikayət və tələbi olmadığından icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Abşeron Rayon İcra və Probasiya şöbəsinin 01 aprel 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam veriməsi barədə qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2924/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir.
5. Tələbkar X3 şikayət ilə məhkəməyə müraciət edib, Abşeron Rayon İcra və Probasiya şöbəsinin 01 aprel 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam veriməsi barədə qərarının ləğv edilməsini və icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu bu günə kimi ona heç bir aliment ödənişi etməmişdir. Borclu ilə aralarında barışıq olmuş və 01 aprel 2022-ci il tarixli ərizə ilə Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(012)-2924/2021 nömrəli icra sənədinə xitam verilməsi barədə ərizə ilə Abşeron rayon İcra və Probasiya şöbəsinə müraciət etmişdir. İcra sənəsində xitam verilməsi barədə ərizə yazdığı üçün peşmandır ailə vəziyyəti ilə əlaqədar uşaqlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir və bu səbəblərə görə 01 aprel 2022-ci il tarixli xitam qərarı ləğv edilməlidir. Nəzərə almaq lazımdır ki, həmin qərar ona təqdim edilməmişdir. Qərarı yalnız Abşeron rayon İcra və Probasiya şöbəsinə gedərək şikayət etdiyi zaman, yəni 26 oktyabr 2022-ci il tarixdə ona təqdim edilmişdir. Bu səbəbdən şikayət müddəti ötürülməmişdir.Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-713/2022 nömrəli qərardadı ilə (hakim Vəkil) ərizəçi X1 Abşeron Rayon İcra və Probasiya şöbəsinin 01 aprel 2022-ci il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi» barədə qərarın ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməmiş və X2 aliment tələbi ilə bağlı yenidən Borclu qarşı iddia qaldırmaq hüququnun olması izah edilmişdir.
7. Tələbkar qərardaddan şikayət vermişdir.
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-713/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində icraata xitam verilməsinin əsasları və qaydası göstərilmiş və həmin qanunun 20.1.5-ci maddəsində icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilməsi nəzərdə tuutlmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2924/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə toplanmış, iş materialalrına əlavə edilmiş, X3 tərəfindən yazılmış, Abşeron Rayon İcra və Probasiya Şöbəsinə təqdim etdiyi 01 aprel 2022-ci il tarixli ərizədən görünür ki, Münəvvər Abuzərova həmin ərizədə icra sənədində qeyd olunan tələb tam icra olunduğundan heç bir şikayəti və tələbi olmadığından Abşeron Rayon Məhkəməsinin 2(012)-2924/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş və icra məmuru tələbkarın ərizəsinə və İcra haqqında Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsaslanaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-2924/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam vermiş və bundan altı aydan çox bir müddət keçmişdir.Məhkəmə qeyd olunan faktiki halları nəzərə alaraq hesab edir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 01 aprel 2022-ci il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi» barədə qərarın ləğv edilməsinə dair əsaslar müəyyən edilmədiyindən X1 şikayət ərizəsi təmin edilməməli və X2 aliment tələbi ilə bağlı yenidən Borclu qarşı iddia qaldırmaq hüququnun olması izah edilməlidir
10. Birinci instansiya məhkəməsi öz mövqeyini «İcra Haqqında» Qanununun 20.1.5-ci və 20.8-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Şikayətin dəlilləri
11. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu bu günə kimi ona heç bir aliment ödənişi etməmişdir. Borclu ilə aralarında barışıq olmuş və 01 aprel 2022-ci il tarixli ərizə ilə Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(012)-2924/2021 nömrəli icra sənədinə xitam verilməsi barədə ərizə ilə Abşeron rayon İcra və probasiya şöbəsinə müraciət etmişdir. İcra sənəsində xitam verilməsi barədə ərizə yazdığı üçün peşmandır ailə vəziyyəti ilə əlaqədar uşaqlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir və bu səbəblərə görə 01 aprel 2022-ci il tarixli xitam qərarı ləğv edilməlidir. Nəzərə almaq lazımdır ki, həmin qərar ona təqdim edilməmişdir. Qərarı yalnız Abşeron rayon İcra və probasiya şöbəsinə gedərək şikayət etdiyi zaman, yəni 26 oktyabr 2022-ci il tarixdə ona təqdim edilmişdir. Bu səbəbdən şikayət müddəti ötürülməmişdir.
b) Şikayəti qarşı etirazın dəlilləri
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
13. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun” Maddə: 8.1-ci icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Maddə: 20.1.5-ci icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir.
Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin:
372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Şikayətdən görünür ki, şikayət vermiş şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-713/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
17. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
19. Belə ki, öyrənilən işdən görünür ki, X3 Abşeron Rayon İcra və Probasiya Şöbəsinə yazılı ərizə təqdim edərək, icra sənədində qeyd olunan tələb tam icra olunduğundan heç bir şikayəti və tələbi olmadığından Abşeron Rayon Məhkəməsinin 2(012)-2924/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş, icra məmuru da tələbkarın ərizəsinə və İcra haqqında Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsaslanaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-2924/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam vermişdir.
20. Şikayətin dəlillərindən müəyyən edilir ki, ərizə tələbkar tərəfindən vaxtında könüllü yazılmış, lakin üstündən 6 aydan çox müddət keçəndən sonra peşiman olduğunu bildirmiş, buna görə də sözügedən qərardadın ləğv olunmasını xahiş etmişdir.
21. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 2924/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi icra məmuru tərəfindən qanuna müvafiq qaydada icra edilmişdir. Bu səbəbdən Abşeron Rayon İcra və probasiya şöbəsinin 01 aprel 2022-ci il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi» barədə qərarın ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.
23. Kollegiya əlavə olaraq izah edir ki, aliment tələbi ilə bağlı mübahisələr davam edən mübahisələr sırasına aid olduğundan, hazırki icra sənədi üzrə icraata xitam verilməsi, tələbkarın aliment tələbi ilə bağlı yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı:
Tələbkar X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-713/2022 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.