Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-12/2024 01.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Dəmirov İlqar Kamal oğlu (məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-891/2023 nömrəli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X5 Əli oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, “Hərracın keçirilməsi haqqında sifariş” göndərilməsi ilə bağlı hərəkətin qanunsuz hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yenicə məlumat əldə etmişdir ki, ona məxsus əmlak hərraca çıxarılmış və nəticədə borclu olduğu Tələbkar ASC ipoteka predmeti olan əmlakı dəyərindən aşağı qiymətə əldə etmişdir. Belə ki, cari ilin oktyabrın sonunda icradan ona məxsus evə gələrək evdən çıxmağı tələb edilmiş, səbəbini soruşduqda isə evin hərracda satıldığı bildirilmişdir. O da dərhal icra ilə əlaqə saxlayaraq məlumat əldə etmək istəsə də, icra işinin mahiyyətini öyrənməyə çalışsa da, ona təkcə sifariş, hərracın yekunları barədə protokolu, çıxarışı verərək artıq hər şeyin yekunlaşdığını, könüllü çıxmayacağı halda noyabr ayının birində güclə çıxarılacağı bildirilmişdir. O da haqlı olaraq etiraz edərək icradan, hərracdan xəbəri olmadığını bildirsə də, onun qanuni tələbini diqqətə alan olmamışdır. Xüsusilə nəzərə alınmasını vurğulayır ki, qeyd etdiyi kimi onun əmlakının hərraca çıxarılmasından ümumiyyətlə icra işinin olmasından heç bir zaman məlumatı olmamışdır. Bu isə onun hüquqlarını kobud şəkildə pozmaqla yanaşı baş tutmuş hərracın qanuniliyini şübhə altına salır. İcra işinin surətlərini dəfələrlə tələb etdiyi halda, ona tam şəkildə vermirlər. Əgər həmin iş tələb edilərsə o zaman qanunsuzluqlar birbaşa təsbitini tapar, yəni aydın olar ki, icra öz vəzifələrini düzgün icra etməmiş, hərrac qanunvericiliyin tələbləri çərçivəsində baş tutmamış, onu icra işindən tam kənarda tutmuşlar və ona da heç bir məlumat verilməmişdir. Əgər onun hərracın keçirilməsindən, ümumiyyətlə icra işindən vaxtında məlumatı olsa idi, o zaman hüquqlarının müdafiəsi üçün zamanında qanuni tədbirlər görərdi. Güc-bəla ilə icradan aldığı bir neçə sənəddən görünür ki, Abşeron rayon 2 saylı notariat ofisi ona məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 25 ünvanında yerləşən, ümumi sahəsi 84.6 kv.m. olan 9 saylı mənzilə tutmanın yönəldilməsi barədə 31 may 2023-cü il tarixli icra qeydi vermişdir. Bundan sonra Maraqlı şəxs "xxxx" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda əmlakın qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli məktubun göndərildiyini, lakin zərurət aradan qalxdığı üçün göndərilmiş qiymətləndiricinin dəvət olunması icra olunmadan geri qaytarılması xahiş edilmişdir. Bildirir ki, onda iş materialları olmadığı üçün icra məmurunun bir gün fərqlə hansı zərurətdən həm qiymətləndirmə və həm də imtina barədə məktub göndərdiyi məlum deyildir. İcra tərəfindən ona təqdim edilmiş sənəddən o da görünür ki, icra əmlakın ilkin satış qiymətini 90.000 manat müəyyən edərək "xxxx" MMC-yə hərracın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli sifariş verilmişdir. Onu da xüsusi ilə vurğulayır ki, həmin sifariş məktubunda guya sənədin surətinin ona da göndərdildiyi qeyd olunsa da, ona heç bir sənəd təqdim edilməmişdir. 11 sentyabr 2023-cü il tarixli, 53/01 nömrəli hərracın yekunları barədə protokola nəzər yetirdikdə görünür ki, əmlakın dəyəri ilkin olaraq 90.000 manat müəyyənləşdirilmiş, lakin satılmadığı səbəbi ilə təkrar hərracda satış qiyməti 76.500 manat müəyyənləşdirilmiş, guya həmin hərrac zamanı da satılmadığından əmlak dəyərindən 25% aşağı qiymətə, yəni 57.375 manata tələbkar bank Tələbkar ASC tərəfindən qəbul edilmiş və bank da dərhal əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarış almışdır. Bir daha qeyd edir ki, onun ünvanlarına icra məmuru tərəfindən hərracla bağlı heç bir məlumat, təklif, sifariş, o cümlədən hərrac təşkilatı olan "xxxx" MMC tərəfindən nə ilkin, nə təkrar hərrac barədə elan, protokol, nə də yekun protokol göndərilməmişdir. Halbuki icra məmurunun özü hərrac təşkilatı müəyyən etməzdən əvvəl tələbkar və borcluya bu barədə razılıqlarının, təkliflərinin bildirilməsi barədə məktubunun göndərilməli olduğu, o cümlədən hərracın keçirilməsi, eləcə də baş tutmaması, elanlar, protokollar barədə məlumatın tərəflərə göndərilməli olduğu birbaşa olaraq mülki qanunvericilikdə, ipoteka, icra haqqında qanunda, eləcə də aidiyyati normalarda təsbitini tapmışdır. Bir daha bildirir ki, onun hərracın təyin olunmasından, hərracın keçirilməsindən və mənzilin hərracdan satılmasından məlumatı olmamışdır. Əgər icrada işin olmasından, hərracın keçirilməsindən məlumatı olsa idi, hərracda iştirak edə və mənzilin yüksək qiymətə satılması üçün adımlar ata bilərdi. Lakin ona məlumat verilmədiyinə görə hərraca qədərki və hərracla bağlı olan məsələlərdən məlumatı olmamışdır. Görünür bütün bu gizlin prosedurlar onun əmlakının qanunsuz şəkildə dəyərindən qat-qat aşağı qiymətə tələbkara verilməsi və onun yenə də borclu qalmağı məqsədi ilə edilmişdir. Çox maraqlıdır ki, necə ola bilər ki, 90.000 manat qoyulmuş əmlak heç bir hərracda satılmır. Maraqlıdır ki, hərrac təşkilatı haralarda rəsmi elan vermiş, yerləşdirmişdir. Əmindir ki, necə ki, onu icra işindən kənarda tutmuşlarsa, eləcə də, hərracın keçirilməsinə dair normaların da pozulduğu şübhəsizdir. Keçən müddət ərzində ona heç bir məlumatın verilməməsi, qanuni əsaslarla ona məxsus əmlakının əlindən çıxması üçün edilmiş bütün qanunsuz proseslər icra məmurunun hərəkətlərinin qanunsuz olduğunu, eləcə də hərracın da qanunsuz keçirildiyini sübut etmişdir. Onu da qeyd edir ki, icra məmurunun hərrac təşkilatı barədə tərəflərə ilkin olaraq təklif göndərməməsi özlüyündə qanunsuz olmaqla ondan sonra, yəni icra məmurunun birbaşa sifarişi əsasında baş tutmuş hərracın prosedurunun da etibarsız olduğunu təsdiq etmişdir. Əks yanaşma mülki qanunvericiliyin, icra, ipoteka haqqında normaların tələblərinin pozulması deməkdir. Qeyd olunanlar, əlavə edilmiş sənədlər, əks olunmuş qanunvericilik normaları baş tutmuş hərrac prosedurunun qanunsuz olduğunu, ümumiyyətlə icra məmuru tərəfindən hərrac barədə sifariş verərkən pozuntuya yol verildiyini və bu səbəbdən də həmin hərəkətin məhkəmə qaydasında qanunsuz hesab edilməli olduğunu göstərdiyindən onun hazırki müraciəti tam şəkildə təmin edilməlidir. İcra məmuru tərəfindən hərrac təşkilatçısının müəyyən edilməsi ilə bağlı prosedur qaydalarına əməl edilməsi, yəni hərrac təşkilatçısının seçilməsinə dair razılıq əldə olunmasına dair tərəflərə (ipoteka saxlayana və ipoteka qoyana) məlumat verilməsi barədə sənəd (bildiriş, elan, xəbərdarlıq və s.) icra işinin materiallarında yoxdur. Nəzərə alınmalıdır ki, hərrac təşkilatçısının seçilməsinə dair razılıq əldə olunmasına dair tərəflərə, xüsusilə də ipoteka qoyan borcluya icra məmuru tərəfindən məlumat verilməməsi ciddi qanun pozuntusu olmaqla, hərracın nəticələrinə dair protokolun təsdiq edilməsinədək hələ də ipoteka predmeti əmlakın mülkiyyətçisi sayılan borclunun, yəni onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Hərrac təşkilatçısının ilk növbədə ipoteka qoyan və ipoteka saxlayanın qarşılıqlı razılığı ilə müəyyən edilməsi formal prosedur kimi qəbul edilməməlidir. Bu həm hərracın keçirilməsində şəffaflığın təmin edilməsi, hərracın etibarlılığı ilə bağlı yarana biləcək şübhələrin və gələcəkdə irəli sürülə biləcək tələblərin qarşısının alınması, həm də hərraca çıxarılan əmlakın mülkiyyətçisinin hüqquqlarının qorunması baxımından həyata keçirilməsi zəruri olan tənzimləmə kimi qəbul edilməlidir. Maraqlı şəxs tərəfindən ilk növbədə tərəflərə hərrac təşkilatçısının seçilməsinə dair razılığın bildirilməsi barədə məlumat verilmədən hərracın keçirilməsinə dair sifariş verilməsi qanunsuz sayılmalıdır. Birinci instansiya məhkəməsində ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, sifarişin qanunsuz hesab edilməsi barədə ərizəni kifayət qədər əsaslandırmışlar. İcra işinin materiallarından müəyyən olunur ki, icra məmuru hərracın keçirilməsinə dair Daşınar və Daşınmaz Əmlakların Satışı mərkəzinə sifariş göndərməzdən əvvəl o, ipoteka saxlayana və ipoteka qoyana bu barədə, yəni ixtisaslaşmış hərrac təşkilatının keçirilməsi barədə məlumat, təklif, bildiriş ümummiyətlə heç bir sənəd göndərilməmişdir. Onlar da hesab edir ki, tərəflərin razılğı olmadan, tərəflərin ümumiyyətlə məlumatı olmadan icra məmuru hərracın keçirilməsi barədə sifariş vermişdir. Bu da İpoteka haqqında qanunun 41.2-ci maddəsinin tələblərinin pozulması deməkdir. Həmin maddəyə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Anoloji məhkəmə qərarlarını da ilk gündən sistemə əlavə etmişdir. İcra məmuru da etiraf etmişdir ki, həmin məktub işin içində yoxdur. Müəyyən olunur ki, qanunu bilməməkdən pozuntuya yol verilmiş, lakin tərəfin hüquqları pozulmuşdur. Hal-hazırki mübahisə predmeti ilə bağlı nəticə digər işin predmetinin araşdırılması ilə bağlıdır. Əgər sifariş qanunsuz hesab olunarsa, ondan sonra doğacaq nəticələr də etibarsız hesab olunacaqdır. Hal-hazırki hərəkət ilkin hərəkət olduğundan, bu hərəkət isə qanunun imperativ normasının tələblərini pozduğundan qanuna əsaslanaraq bildirir ki, tam qanunsuz və əsassız olduğundan qanunsuz hesab olunmalıdır. İlkin olaraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuş, qarşı tərəfin nümayəndəsi işə qoşulmaq barədə müraciət etmiş, orada isə qeyri-mümkün hesab edilmişdir. Bilə-bilə ilk öncə İnzibati Məhkəməyə müraciət etmiş, İnzibati Məhkəmə isə mövqeyini göstərmişdir. Belə olan halda isə həmin məhkəmədə baxılmalı deyildir. Qarşı tərəfin öncədən razılıq göndərməsi icra məmurunun əməlinə qanuni don geyindirə bilməz. Sonda nümayəndə ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, özü üçün də açıq qalan məsələ İcra haqqında qanunun 87.1- ci maddəsidir. Həmin maddə icra məmurunun hər hansı hərəkətindən şikayəti nəzərdə tutur. Bu isə imperativ qaydada İnzibati Məhkəmənin səlahiyyətinə aid olan bir məsələdir. Tərəfin mübahisə etdiyi İpoteka haqqında qanunun 41.2-ci maddəsidir. Onlar bu məsələni bildiriş almadan, təklif gəlmədən öncə özləri müraciət edirlər. Əgər tərəfin biri münasibət bildirirsə, digər tərəfin münasibət bildirməsinə zərurət qalmır. Hesab edir ki, orada heç bir pozuntu yoxdur. Ona görə də verilmiş ərizə təmin edilməməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-891/2023 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Maraqlı şəxs "xxxx" MMC-yə 19 iyul 2023-cü il tarixli “Hərracın keçirilməsi haqqında Sifariş” göndərilməsi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi qərara alınmışdır ( hakim Aynur Behbudova ). Həmin qərardaddan Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-891/2023 saylı qərardadının ləğv edilməsi və X5 Əli oğlunun “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi” barədə verdiyi şikayətin (ərizəsinin) təmin edilməməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abseron rayon 2 sayll Notariat ofisinin 8İ-3432 sayll xx.xx.2023-cü ił tarixli icra qeydinə əsasən ipoteka saxlayan Tələbkar ASC-nin tələbi ilə (X6 oglundan) ipoteka qoyan- Şamıyev Rəsul Əli oğluna məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 25 ünvanında yerləşən ümumi sahəsi 84.6 kv.m olan 9 saylı mənzilə tutma yönəldilməlidir. (Öhdəliyi müəyyən edən 9160***-*******01L müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 101429.11 AZN asas borc, 5654.42 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 107083.53 AZN edir). Qeyd olunan icra sənədinə əsasən (№129538/23/14 saylı icra işi) Maraqlı şəxs icra məmuru Rüfət Məmmədov tərəfindən xx.xx.2023-cü ił tarixli "icraata başlamaq haqqında” qərar qəbul edilmiş və həmin qərar tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə xx.xx.2023-cü ił tarixli bildirişlə birlikdə X5 Əli ogłunun qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına göndərilmisdir. Ícra məmurunun xx.xx.2023-cü ił tarixli "icraata başlamaq haqqında” qərarı tələbkarın ünvanına daxil olduqdan sonra Tələbkar ASC tərəfindən xx.xx.2023-cü tarixdə Maraqlı şəxsnə rəsmi müraciət edilərək bildirilmişdir ki, rayon 2 saylı Notariat ofisinin xx.xx.2023-cü ił tarixli 8İ-3432 №-li icra qeydi üzrə X5 Əli oğluna məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, 25 №li evin 9 №li mənzilinin hərracda satışı üzrə hərrac təşkilatçısının seçilməsi barədə X5 Əli oğłu ilə Tələbkar ASC arasında qarşılıqlı razılıq yoxdur. Bunun nəzərə alınması və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uygun olaraq hərracın keçirilməsi barədə sifariş verilməsi xahiş edilmisdir. Bundan sonra Maraqlı şəxs №70/14 sayll xx.xx.2023-cü ił tarixli məktubu ilə hərracın keçirilməsi barədə və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə sifaris verilməklə icra tədbirləri davam etdirilmişdir. X5 Əli oğlu Sumqayıt Şəhər Məhkəməsinə "icra məmurunun hərəkət və ya hərəkətsizliyindən” şikayət (ərizə) verərək Maraqlı şəxs "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMCyə xx.xx.2023-cü il tarixli "Hərracın keçirilməsi haqqında sifariş” göndərilməsi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Şikayətin (ərizənin) əsası kimi isə "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2-ci maddəsinin tələblərinin icra məmuru tərəfindən pozulması göstərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-891/2023 saylı 15 dekabr 2023-cü il tarixli qərardadı ilə X5 Əli oğlunun ərizəsi (şikayəti) təmin edilərək Maraqlı şəxs "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə xx.xx.2023-cü il tarixli "Hərracın keçirilməsi haqqında sifariş” göndərilməsi ilə bağlı hərəkəti qanunsuz hesab edilmişdir. Hesab edirlər ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-891/2023 saylı 15 dekabr 2023-cü il tarixli qərardadı qanunsuz va əsassız olduğundan, eləcə də maddi hüquq normaları səhv tətbiq və təfsir olunduğundan, o cümlədən aşağıda sadalanan əsaslara görə ləğv edilməli və X5 Əli oğlunun "icra məmurunun hərəkət və ya hərəkətsizliyindən” verdiyi şikayət təmin edilməməlidir. "İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu sahəvi qanun olmaqla ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, tələbin ipoteka hesabına ödənilməsi qaydalarını, eləcə də ipoteka predmetinin satış üsulunu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi və s. sahədə tərəflərin hüquq və vəzifələrini müəyyən edən münasibətləri tənzimləyir. Göründüyü kimi "İpoteka haqqında " Azərbaycan Respublikasının Qanununda ipoteka predmetinin ilkin satış qiymətini və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiriciləri, ipoteka predmeti satılarkən satışın həyata keçirməsi üsul və ya formalarını, (açıq bazar, hərrac və ya elektron qaydada keçirilən harrac) satış üzrə hərrac təşkilatçısının seçilməsini müəyyən etmək yalnız tərəflərin (ipoteka saxlayanın və ipoteka qoyanın) hüquqları kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfındən "İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra – hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi "İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. İstər "İcra haqqında” Azərbaycan Respublikasının Qanununda, istərsə də, "İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununda və konkret olaraq həmin qanunun 41.2-ci maddəsinin 2-ci və 3-cü cümlələrində aydın ifadə olunmuşdur ki: I . Hərracın təşkilatçısı ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilə bilər; II . Hərracın təşkilatçısının (beş ildən az olmayan daimi fəaliyyət göstərən) seçilməsi barədə qarşılıqlı razılaşmanın olması yalnız 5 təqvim günü müddətində icra məmuruna bildirildikdə keçərlidir; İİİ. Hərracın təşkilatçısının seçilməsi barədə qarşılıqlı razılaşmanın əldə olunubolunmaması tərəflərin hüququdur. Əgər belə razılaşma varsa bunun 5 təqvim günü müddətində icra məmuruna bildirilməsi isə tərəflərin vəzifəsidir; IV İpoteka saxlayana və ipoteka qoyana hərracın təşkilatçısının seçilməsi barədə qarşılıqlı razılaşma hüquqlarının olması və ya bu hüququn həyata keçirilibkeçirilməməsi barədə bildiriş, elan, xəbərdarlıq və s. formada məlumatın çatdırılması icra məmurunun vəzifəsi deyildir; V 5 təqvim günü müddətində ipoteka saxlayan və ipoteka qoyan qarşılıqlı razılaşma əsasında seçdikləri hərrac təşkilatçısının adını icra məmuruna bildirdikdə sonuncu buna əməl edərək sifarişi seçilmiş həmin hərrac təşkilatına verməlidir; VI Tərəflərdən birinin hərracın təşkilatçısının seçilməsi barədə aralarında qarşılıqlı razılaşmanın olmaması barədə (tələbkar tərəfindən bu barədə xx.xx.2023-cü il tarixdə rəsmi ərizələr təqdim edilmişdir) icra məmuruna rəsmi müraciət etməsi icra məmuru tərəfindən hərrac sifarişinin "İcra haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilməsi üçün əsasdır. İcra işinin materallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Tələbkar ASCnin xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, bank tərəfındən Maraqlı şəxsnə rəsmi müraciət edilərək bildirilmişdir ki, Abşeron rayon 2 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli M-3432 №li icra qeydi üzrə X5 Əli oğluna məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, 25№li evin 9 №li mənzilinin hərracda satışı üzrə hərrac təşkilatçısının seçilməsi barədə X5 Əli oğlu ilə Tələbkar ASC arasında qarşılıqlı razılıq yoxdur. Bunun nəzərə alınması və "İcra Haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərracın keçirilməsi barədə sifariş verilməsi xahiş edilmişdir. Eyni zamanda bu hallar məhkəmə iclasında bir neçə dəfə işə baxan hakimin diqqətinə çatdırılmışdır. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-891/2023 saylı 15 dekabr 2023-cü il tarixli qərardadında bu hallara (ərizələrə) bilərəkdən qiymət verilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi qərarlarında formalaşdırdığı hüquqi mövqeyə və "İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən icra sənədinin icrası ilə bağlı icra məmurunun üzərinə qoyulmuş vəzifələr yalnız həmin qanunla müəyyən edilir. Belə ki, ilkin olaraq icra məmurunun icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməsi; başqa hal nəzərdə tutulmamışdırsa borcluya tələbin könüllü icra edilməsi barədə müddət təyin etməsi, o cümlədən icraata başlamaq haqqında qərarın surətini onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərməsi və verilmiş könüllü müddət bitdikdən sonra məcburi icra tədbirlərini görmək kimi vəzifələri vardır. Lakin istər "İcra Haqqında” Azərbaycan Respublikasının Qanununda, istərsə də digər qanunvericilik aktlarında ipoteka saxlayana və ipoteka qoyana hərracın təşkilatçısının seçilməsi barədə qarşılıqlı razılaşma hüquqlarının olması və ya bu hüququn həyata keçirilib-keçirilməməsi barədə bildiriş, elan, xəbərdarlıq və s. formada məlumatların çatdırılması kimi icra məmurunun vəzifələrinin olması nəzərdə tutulmamışdır. Hansı ki, icra sənədinin icrası ilə əlaqadar icra məmurunun üzərinə qoyulmuş vəzifələr "İcra Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Beləliklə hətta məhkəmənin qənaətinə əsasən hesab edilsə ki, hərracın təşkilatçısının seçilməsi barədə qarşılıqlı razılaşma formal prosedur kimi qəbul edilməlidir, bu zaman bu prosedura əməl edilməsi ipoteka saxlayanın və ipoteka qoyanın hüquqları olmaqla yalnız onlara aiddir, icra məmuru tərəfindən "icraata başlamaq haqqında qararın və tələbin könüllü icra edilməsi barədə bildirişin tərəflərə (xüsusən də, ipoteka qoyana) göndərildiyi müddətdən həmin huquqdan tərəflərin (müəyyən olunmuş müddətdə) istifadə etmək hüququ yaranmış olur. Eyni zamanda tərəflərdən birinin "hərracın təşkilatçısının seçilməsi barədə qarşılıqlı razılaşmanın olmaması barədə icra məmuruna rəsmi ərizə təqdim etməsi artıq bu formal prosedura əməl edilmiş kimi nəzərə alınmalı və qiymətləndirilməlidir. Bundan əlavə hesab edirlər ki, Sumqayıt Şəhər Məhkəməsi hazırki işə, yəni Maraqlı şəxs "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə xx.xx.2023-cü il tarixli "Hərracın keçirilməsi haqqında Sifariş” göndərilməsi ilə bağlı hərəkətin qanunsuz hesab edilməsinə dair ərizəyə (şikayatə) baxmaqda səlahiyyətli olmamışdır. Belə ki, hazırda qüvvədə olan "İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Mübahisələndirilən qərardaddan və onun aid olduğu işdən görünür ki, X5 Əli oğlu icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən ərizə (şikayət) ilə məhkəməyə müraciət etmiş və məhkəmədə işə mahiyyəti üzrə baxaraq icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul etmişdir. Hansıki, imperativ norma olan "İcra Haqqında” Qanununun 87.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən bu kateqoriya işlərə, yəni icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu tərəfındən verilmiş şikayətlərə icra məmurunun olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. Bundan başqa "İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 87.3-cü maddəsinə əsasən icra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. (İcra məmurunun hərəkətlərindən şikayət müvafıq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir). Məhkəmə iclasında tədqiq edilmiş icra işinin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli "icraata başlamaq haqqında” qərar və tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə xx.xx.2023-cü il tarixli bildiriş, elə həmin tarixdə də, X5 Əli oğlunun ünvanına göndərilmişdir. Lakin X5 Əli oğlu qeyd olunan şikayəti (və ya ərizəni) Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə təqdim etmişdir. Bununla da müəyyən edilmişdir ki, qanunvericiliyin tələblərinə əsasən bu kimi işlər üzrə (qərar, hərəkət və s.) 10 gün müddətinə məhkəməyə şikayət verilməli olduğu təqdirdə, hazırki halda bu müddət dəfələrlə ötürülərək 04 aydan sonra verilmişdir və işə baxan məhkəmə tərəfındən digər hallarla yanaşı buna da düzgün hüquqi qiymət verilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-891/2023 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-891/2023 saylı qərardadından Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-5825/2023 nömrəli qərarına əsasən müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı mübahisə hüquqi təbiəti baxımından mülki hüquqi mübahisə olduğundan iddiaçı Şamıyev Rəsul Əli oğlunun cavabdeh Maraqlı şəxsnə qarşı cavabdehin "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli “Hərracın keçirilməsi haqqında sifariş” göndərilməsi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədləri sayılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun “İpoteka predmetinin satış üsulları” adlanan 41-ci maddəsinə əsasən: 41.1 İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3.Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. 41.4.Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. 41.5.Hərrac açıq auksion formasında keçirilir. İş materiallarına əsasən müəyyən olunur ki, Abşeron rayon 2 saylı notariat ofisinin notariusu tərəfindən xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydi verilmişdir. Həmin İcra qeydində aşağıdakılar qeyd olunmuşdur: “Mən Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X4 təklif edirəm ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən İpoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan-AZ1095, ünvan 2 ünvanında yerləşən Tələbkar Açıq Səhmdar Cəmiyyəti VÖEN:********** tələbi ilə ipoteka qoyan-Cəbrayıl B.Mərcanlı ünvanında (müvəqqəti: ünvan 4 X1 (AZE 17323269, xx.xx.2017-ASAN-Sumqayıt 3; FİN:3FJSD0B; d/t:xx.xx.1990), ünvan 1 ünvanında qeydiyyatda olan Şamıyev Rəsul Əli oğlundan (AA0437075, xx.xx.2018-ASAN Sumqayıt; FİN49KZRQN; d/t xx.xx.1968) məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 25 ünvanında yerləşən ümumi sahəsi 84,6 kv.m. olan 9 saylı mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən 9160***-*******01L müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 101429,11AZN əsas borc, 5654,42 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 107083.53 AZN təşkil edir). İş materiallarında olan Abşeron rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Abşeron rayonu 2 saylı Notariat Ofisinin 8İ-3432 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icraata başlanılmadan ərazi aidiyyatı üzrə icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, Maraqlı şəxs böyük icra məmuru R.Məmmədov tərəfindən 04 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin qərarda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi rəhbər tutulmaqla aşağıdakılar qərara alınmışdır:
1. Abşeron rayonu 2 saylı Notariat Ofisinin 8İ-3432 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılsın.
2. Borclu şəxslər X3 və Şamıyev Rəsul Əli oğluna icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif olunsun.
3. İcra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulsun.
4. Qərarın surəti 1 (bir) gün müddətində Məhkəməyə və tərəflərə göndərilsin.
5. Qərardan onun surətini aldıqdan sonar 10 (on) gün müddətində məhkəməyə şikayət verilə bilər. İş materiallarına əlavə edilmiş Şamıyev Rəsul Əli oğlunun ərizəsindən görünür ki, həmin ərizədə Maraqlı şəxs "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, “Hərracın keçirilməsi haqqında Sifariş” göndərilməsi ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi xahiş olunmuşdur. Həmin ərizə yuxarıda qeyd olunan İpoteka haqqında Qanunun 41.2-ci maddəsi ilə əsaslandırılmışdır. Həmin ərizədə qeyd olunmuşdur ki, İcra məmuru hərracın keçirilməsi barədə sifarişi ilk növbədə ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş hərrac təşkilatçısına, belə razılıq 5 təqvim günü müddətində əldə olunmadıqda isə “İcra haqqında” Qanuna uyğun olaraq digər hərrac təşkilatçısına verə bilər. Bununla əlaqədar ərizədə göstərilmişdir ki, hərrac təşkilatçısının seçilməsinə dair razılıq əldə olunmasına dair tərəflərə (ipoteka saxlayana və ipoteka qoyana) məlumat verilməsi barədə sənəd (bildiriş, elan, xəbərdarlıq və s.) icra işinin materiallarında yoxdur. Bununla əlaqədar birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hərrac təşkilatçısının seçilməsi haqqında qarşılıqlı razılaşmanın olması müqavilə tərəflərinin hüququ olmaqla tələbin könüllü icrası ilə bağlıdır. Buna görə həmin tələbi müqavilə tərəfləri əldə olunmuş razılığa əsasən mübahisələndirə bilərlər. Yəni, 5 təqvim günü müddətində ipoteka saxlayan və ipoteka qoyan qarşılıqlı razılaşma əsasında seçdikləri hərrac təşkilatçısının adını icra məmuruna bildirdikdə sonuncu buna əməl edərək sifarişi seçilmiş həmin hərrac təşkilatına verməlidir. Lakin iş materiallarına, eləcə də ərizənin dəlillərinə əsasən Sumqayıt şəhəri, 3-cü mikrorayon, 25№li evin 9№li mənzilinin hərracda satışı üzrə hərrac təşkilatçısının seçilməsi barədə X5 Əli oğlu ilə Tələbkar ASC arasında qarşılıqlı razılıq əldə olunması təsdiq olunmur. Bundan əlavə icra məmuru icraata başlamaq haqqında 04 iyul 2023-cü il tarixində qərar qəbul etmiş, ərizəçi həmin qərarın 5-ci bəndinə əsasən onu 10 gün müddətində mübahisələndirməmiş, həmin qərar qüvvədə olduğundan və tələb 10 gün müddətində könüllü icra edilmədiyindən Maraqlı şəxs tərəflərə məlumat verməklə "xxxx" MMC-yə hərracın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli sifariş məktubu göndərmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə icraata başlamaq haqqında 04 iyul 2023-cü il tarixli qərar qəbul edildikdən 4 ay sonra məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi ərizənin təmin olunmasına dair düzgün hüquqi nəticəyə gəlməmişdir. Beləliklə məhkəmə kollegiyası şikayətin dəlillərini və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, X5 Əli oğlunun Maraqlı şəxs "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, “Hərracın keçirilməsi haqqında Sifariş” göndərilməsi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsinə dair ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-891/2023 nömrəli qərardadı ləğv edilsin. X5 Əli oğlunun Maraqlı şəxs "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli “Hərracın keçirilməsi haqqında Sifariş” göndərilməsi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.