Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-121/2023 25.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X1 icra məmurunun avtomobillərə həbs qoyulmasına dair qərarının ləğv edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-659/2023 nömrəli qərardadından X1 vəkili Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-171/2017 saylı qətnaməsindən irəli gələn icra tədbirlərini həmin qətnamə qanuni qüvvəyə minmədiyi üçün Sumqayıt İcra Şöbəsinin İcra məmuru Toğrul Rüstəmov tərəfindən ləğv edilməsi ilə bağlı tədbir görülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 daha sonra ərizəyə əlavə ilə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-171/2017 saylı qətnaməsindən irəli gələn icra tədbirlərini həmin qətnamə qanuni qüvvəyə minmədiyi üçün Sumqayıt İcra Şöbəsinin İcra məmuru Toğrul Rüstəmov tərəfindən ona məxsus **-EN-*** dövlət qeydiyyat nişanlı, Haval H9 markalı avtomobilin və Arif Qasımova məxsus avtomobillərin üzərinə həbs qoyulmasına dair xx.xx.2023-cü il tarixli, 11622/16 saylı qərarın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2014cü il tarixli, 25/14SU əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 25-2/14 SU saylı əlavə kredit müqaviləsi üzrə bankdan müqavilədə nəzərdə tutulmuş məbləğdə pul kreditə götürmüşdür. Həmin kredit məbləğinin təminatı kimi isə, mülkiyyətində olan ünvan 1 ünvanında içərisində olan 0.0952 torpaq sahəsində yerləşən əmlak kompleksini qoymuşdur. Bu müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı bank pulun qaytarılması ilə əlaqədar məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-171/2017 saylı qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-171/2017 qətnaməsindən həm o, həm də iddiaçı tərəf Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər, işə əvvəllər hakim Telman Məmmədov, sonradan isə hakim Səyyad Qafarinin sədrliyi ilə baxılmaqdadır. 2(105)-4/2023 saylı iş üzrə növbəti məhkəmə prosesi xx.xx.2023-cü il, saat 14:00-a təyin edilmişdir. Baxmayaraq iş üzrə yekun məhkəmə qətnaməsi yoxdur, Sumqayıt İcra Şöbəsinin icra məmuru Toğrul Rüstəmov tərəfindən müvafiq icra tədbirləri həyata keçirilməkdədir. Necə ki, onun tərəfindən ona məxsus **-EN- *** dövlət qeydiyyat nişanlı, Haval H9 markalı avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı məhdudiyyət qoyulmuşdur. Bu barədə onun özünə bildirsə də, heç bir nəticəsi yoxdur Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-659/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim A.Behbudova). Həmin qərardaddan narazı qalan borclunun vəkili Vəkil şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-171/2017 qətnaməsindən apellyasiya şikayəti verildiyinə görə Sumqayıt İcra Şöbəsinin icra məmuru Toğrul Rüstəmov tərəfindən icra işi üzrə icraat dayandırılmalı olmasına baxmayaraq, icra məmuru tərəfindən həmin iş üzrə icraat dayandırılmamışdır, həm də bundan əlavə borcluya məxsus avtomobillərin üzərinə həbsin qoyulması barədə qanunsuz qərar qəbul olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixli, 8(060)-659/2023 saylı qərardadı qəbul edən zaman bu halları nəzərə almamışdır. Əmlakın üzərinə həbs yalnız məhkəmə qərardadı ilə mümkündür. İş materiallarından göründüyü kimi avtomobillərin üzrərinə həbs birbaşa icra məmurunun qərarı ilə qoyulmuşdur. Hesab edir ki, Sumqayıt Şəhər İcra Şöbəsi tərəfindən qanunsuzluğa yol verildiyinə görə icra məmuru Toğrul Rüstəmov tərəfindən qəbul olunan qərar ləğv edilməlidir. Məhkəmə tərəfindən Sumqayıt şəhər İcra Şöbəsinin qərarı əsasında ona məxsus avtomobillərin üzərinə həbsin qoyulması barədə qərarı qüvvədə saxlayan zaman işin hallarını tam araşdırmamış və əmlakın üzərinə həbs qoymazdan əvvəl lazmı icra tədbirlərinin görülübgörülməməsi barədə ətraflı araşdırma aparmamışdır. Belə olan halda borclunun əmlakının üzərinə həbs qoyula bilməzdi və onun mülkiyyət hüququ bu şəkildə məhdudlaşdırıla bilməz idi. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)- 659/2023 saylı qərardadının ləğv edilməsi, Sumqayıt İcra Şöbəsinin icra məmuru Toğrul Rüstəmov tərəfindən qəbul olunan xx.xx.2023-cü il tarixli, 11622/16 saylı qərarın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Tələbkar "xxxx" KB ASC “Elektron Məhkəmə” sistemi vasitəsilə şikayətə etiraz ünvanlayaraq X2na icra sənədini icra etməsi barədə dəfələrlə bildirilməsinə baxmayaraq məhkəmə qətnaməsini icra etmədiyini, birinci instansiya məhkəməsinin qərardadının haqlı və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-659/2023 nömrəli qərardadı ləğv edilməli, borcluya məxsus avtomobilin və Arif Qasımova məxsus avtomobillərin üzərinə həbs qoyulmasına dair icra məmurunun qərarından şıkayətə yenidən baxılması üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası tərəfindən “AZEMİS” Məhkəmə Elektron Məlumat İnformasiya Sistemindən əldə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-4/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin apellyasiya şikayəti təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin likvid dəyərinin 778000 manat müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində boşaldılması, ekspertiza tədqiqatlarının dəyərinin cavabdehdən tutulması qət edilmişdir. İşdə olan Sumqayıt Şəhər İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov tərəfindən 18 sentyabr 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-171 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanması, qərarının surətinin 1 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə və tərəflərə göndərilməsi qərara alınmışdır. İşdə olan avtonəqliyyat vasitəsinin məhdudiyyəti barədə məlumatdan görünür ki, Haval H9 minik markalı, **-EN-*** mühərrik nömrəli, LGWEFGA6XKH908715 ban nömrəli avtomobil üzərində məhdudiyyət mövcuddur. Ərizəni təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, icra sənədi üzrə borcun ödənilməsi barədə hər hansı məlumat olmamaqla, icra sənədi icra şöbəsinin icraatındadır. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi xx.xx.2017-ci ildə çıxarılmaqla icraya yönəldilmiş, icra məmuru haqlı olaraq icra tədbirləri həyata keçirmişdir. Məhkəmə iclasında iştirak edən X2 da borc öhdəliyinin yerinə yetirilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmçinin icra məmurunun icra tədbiri olaraq həyata keçirdiyi icra tədbirlərindən olub, məhdudiyyət qoyulması barədə yekun məhkəmə aktının mübahisələndirildiyi vaxtdan əvvəl yəni 25.06.23-cü il tarixdə həyata keçirilməsi qanuna uyğun olmaqla, ərizənin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan əlavə ərizəyə əlavə edilmiş sənədlərdən və araşdırılan hallara əsasən müəyyən edilmişdir ki, məhkəmə qərardadı ilə əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq əvvəla onu qeyd edir ki, ərizə üzrə düzgün araşdırma aparılmamış, icra sənədinin icra vəziyyəti müəyyənləşdirilməmiş, bununla bağlı ətraflı araşdırma üçün icra işi, eləcə də ərizəçinin istinad etdiyi Sumqayıt İcra Şöbəsinin icra məmuru Toğrul Rüstəmov tərəfindən qəbul olunan xx.xx.2023-cü il tarixli, 11622/16 saylı qərarı tələb edilməmişdir. İşdə olan avtonəqliyyat vasitəsinin məhdudiyyətinə dair çıxarışla sözügedən avtomobilin üzərində məhdudiyyət olsa da bu məhdudiyyətin nədən ibarət olması və hansı əsasla müəyyən edilməsinə dair ətraflı araşdırma aparılmamış, ərizəçinin məhdudiyyətin icra məmurunun qərarı ilə müəyyən edilməsinə dair arqumentin doğru olub-olmaması araşdırılmamışdır. Kollegiya həmçinin qeyd edir ki, ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Digər tərəfdən, işdən görünür ki, borclunun "xxxx" KB ASC ilə bağlanmış kredit müqaviləsi üzrə kifayət qədər yüksək dəyəri olan ünvan 1 ünvanında yerləşən 0.0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi göstərilən məsələləri araşdırmadan mübahisələndirilən nəticəyə gəlmişdir. Bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduqda, məhkəmə aktının icrası mümkünsüz olduqda, həmin imkanların olmadığı və ya tükəndiyi halda icra məmuru borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəyə baxarkən ətraflı araşdırma aparmayıb, icra işini tələb edib icra vəziyyətini yoxlamamış, X1 icra məmurunun avtomobillərə həbs qoyulmasına dair qərarının ləğv edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-659/2023 nömrəli qərardadı ləğv edilsin. X1 icra məmurunun avtomobillərə həbs qoyulmasına dair qərarının ləğv edilməsinə dair ərizəsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-121/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-121/2023
25.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver