Məhkəmə qərarları › İş №8(105)-121/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-121/2024

14.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-121/2024 14.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X13 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, tələbkar Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndələri X9, X16 və Borclu iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə dair iş üzrə Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(077)-1/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxmışdır. İşin halları və birinci instansiya məhkəməsində icraat: İş materiallarından görünür ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(077)-2/2012 saylı qətnaməsinə əsasən mübahisə predmetinə müstəqil tələb irəli sürən üçüncü şəxs-Abşeron rayonu Masazır Bələdiyyəsinin cavabdehlər X14 və Borclu qarşı iddiası təmin edilərək: X10 adına **********78 reyestr nömrəsi ilə qeydə alınmış, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş 0,10 ha torpaq sahəsinin yerinin qeyd edildiyi yerquruluşu planından çıxarış və X35 Kitabında xx.xx.2007ci il tarixdə, 4430 nömrəsi ilə uçota alınmış A 026710 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi; Abşeron rayon İcra Hakimiyyəti başçısının 20 dekabr 1993-cü il tarixli, 827 nömrəli sərəncamına əsasən X14 ayrılmış, ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinin yerquruluşu planından çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün yenidən hazırlanmasının DT və XK-nın Abşeron rayon şöbəsinə həvalə edilməsi; X14 ayrılmış 0,10 ha torpaq sahəsinin yerləşdiyi yerə dair yerquruluşu planından çıxarış və torpaq sahəsinin plan və ölçüsü hazırlandıqdan sonra həmin koordinatlar əsasında Borclu adına **********78 reyestr nömrəsi ilə qeydə alınmış, MH seriyalı, ******* saylı daşınmaz əmlakın döviət reyestrindən çıxarışa düzəlişlər edilməsi DƏDRX-nın Abşeron rayon Ərazi İdarəsinə həvalə edilməsi; Borclu tərəfindən ünvan 2 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətinə aid özbaşına tutulmuş (zəbt edilmiş) 0,2263 ha torpaq sahəsinin qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən Masazır bələdiyyəsinin mülkiyyətinə qaytarılması və Borclu ailə üzvləri ilə birlikdə özbaşına tutulmuş (zəbt edilmiş) 0,2263 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, Şuşa Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(077)-2/2012 saylı qətnaməsinin mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Masazır Bələdiyyəsinin cavabdehlər X14 və Borclu qarşı “Dövlət Torpağının və XK-nin Abşeron rayon Şöbəsinin tərtib etdiyi yerquruluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, DƏDRX-nin Abşeron Ərazi idarəsi tərəfindən verilmiş **********78 reyestr nömrəli çıxarışa düzəliş edilməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi tələbinə dair” iddiasının təmin edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması, qətnamənin Borclu Masazır kəndi, ünvan 3 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik 0,2263 ha torpaq sahəsinin Masazır Bələdiyyəsinin mülkiyyətinə qaytarılması, Borclu ailə üzvləri ilə birlikdə 0,2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilməsi, Masazır bələdiyyəsinin iddiasının bu hissədə təmin olunması, mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28,55 metr olan torpaq sahəsinin Masazır Bələdiyyəsinə qaytarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və onun əsasında verilmiş 2(105)-1691/2015 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1nə göndərilmiş və xx.xx.2019-cu il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmışdır. Maraqlı şəxs1 icra məmuru X7 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra işinə əlavə olunan sənədə əsasən, icra sənədinin icrası mümkün olmaması səbəbindən “İcra haqqında” Azərbaycab Respublikası qanunun 70.4-cü maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bundan sonra tələbkar Abşeron Rayon Masazır Bələdiyyəsi şikayətlə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra vərəqi üzrə icranın davam etdirilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 8(077)–1/2024 nömrəli qərardadı ilə tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin şikayəti təmin edilərək, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi icra üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Masazır Bələdiyyəsinə təhvil verilməsi göstərilən torpaq sahəsinin yerləşdiyi sahə iş materiallarında olan ekspert rəyi ilə müəyyən edilir. Həmçinin, ekspert rəyinə əlavə edilmiş sxemdə də qeyd edilən torpaq sahəsinin koordinatları və sərhədləri müəyyən edilmişdir. Masazır Bələdiyyəsinə qaytarılmalı torpaq sahəsinin yerləşdiyi sahə və yer müəyyən olunduğu halda, torpaq sahəsinin yerinin müəyyən edilməməsi əsası ilə icra vərəqəsinin icra edilmədən məhkəməyə qaytarılması barədə icra məmurunun gəldiyi nəticə əsassız olmuşdur. Şuşa Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 8(077)–1/2024 nömrəli qərardadından Borclu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 üçüncü dəfə 14 iyun 2022-ci il tarixli qərarla qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1691/2015 saylı, 08 dekabr 2015-cı il tarixli qətnaməsinin nəticə hissəsinin 2-ci abzasında sonuncu tələbin icrasının mümkünsüzlüyünü müəyyən etmiş və icra sənədini Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır. Maraqlı şəxs1 icraçısı Qəribağa müəllim iştirak etsə də Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi Xidmətinin mütəxəssisinin işdə iştirakı təmin edilməmişdir. Eyni zamanda işin hərtərəfli araşdrılmasına yaranmş zərurətlə bağlı qüvvədə olan Sumqayt Məhkəməsinin icra vərəqinin icrasına aid olan, Abşeron rayon, Masazır qəsəbəsində 25 və 27 saylı evlərin mülkiyyətçilərinin işdə iştirakı təmin edilməmişdir. Masazır Bələdiyyəsinin mübahisələndirdiyi torpaq sahəsi 1993-ci ildən sahibliyində və istifadəsibdədir. Bələdiyyə yaranandan əvvəl Quşçuluq Sənayesinə məxsus dövlət torpağı olmuşdur. Bu torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin 827 sayl 1993-cü il tarixli Sərəncamı ilə həyət evi tikmək üçün ayrlmışdır. Axırıncı qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsində hazırda istifadə etdiyi 22,63 sot torpaq sahəsindən çıxarılmağı, həmin 22,63 sot torpaq sahəsinin Masazır Bələdiyyəsinə qaytarılması qeyri–mümkün sayılaraq, torpaq sahəsinin bu hüdudlarda toxunulmazlığı və bütövlükdə sahəyə istifadə və sahiblik hüququ tanınmışdır. Belə halda istifadəsində olan və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tanınan 22,63 sot torpaq sahəsinə bitişik uzunluğu 18, eni 28,55 qeyd edilən boş torpq sahəsinin müəyyən edilib Masazır Bələdiyyəsinə qaytarılmasına və yaxud aşkar edilməməsi prosesinə onun heç bir aidiyyatı yoxdur. Masazır rayon Bələdiyyəsi birmənalı olaraq, mülki hüquqlardan sui-istifadə yolu tutmuşdur. Bu icra işi üzrə xx.xx.2020-ci ildə, xx.xx.2021-ci il tarixlərdə Masazır Bələdiyyəsinin nümayəndəsi X11, qətnamə üzrə borclu sayılan Borclu icra məmuru Kənan Abdullayevin və digər aidiyyatı şəxslərin nümayəndələrinin iştirakı ilə təyin olunmuş məcburi icra hərəkətləri aparılmış, lakin mübahisəli torpaq sahəsi aşkar edilmədiyindən qanunvericiliyə akt tərtib edilmiş, həmin aktda Masazır Bələdiyyəsinin nümayəndəsi Yaqub Hüseynov tərəfindən imzalanmışdır. Bu hüquqi əhəmiyyətli faktı diqqətə çatdıraraq, Abşeron İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarının qanuni və əsaslı olduğunu bildirir. Abşeron icra və probasiya şöbəsinə qarşı inzibati icraat qaydanda Sumqayıt İnzibati Məhkəməsinə verilmiş və icraata qəbul olunmuş iddiaya baxılması ilə bağlı, hazırki işin icraatının dayandırılması barədə vəsatət verilməsinə baxmayaraq, vəsatət təmin edilməmişdir. Hesab edir ki, Şuşa Rayon Məhkəməsi prosessual pozuntuya yol vermiş və nəticədə qanunla qorunan mənafeyim pozulmuşdur. Belə ki, məhkəmə araşdırmasında iş materiallarında mübahisələndirilən torpaq sahələrinin 1993-1999-cu illərdə hələ 2000-ci ildə yaranacaq Masazır Bələdiyyəsinə aidiyyatı olmadığı Şuşa Rayon Məhkəməsi tərəfindən nəzərə alınmalı idi. İş materiallarında olan ekspert rəylərində mübahisələndirilən torpaq sahəsi Bələdiyyəyə aid olmayan sahə olduğu təsdiqini tapır. Məhkəmə isə həmin əhəmiyyətli halları düzgün qiymətləndirmir. Abşeron rayon İcra orqanı, icra vərəqində istinad edilən 18-28, 5 metr ölçüdə boş sahənin olmadığı üçün Masazır Bələdiyyəsinə qaytarılmasının mümkünsüzlüyü əsasında bu işin icrasının “İcra haqqında” AR qanununun 70.4 maddəsinə əsasən, qeyri-mümkün olduğu bildirilir. Şuşa Rayon Məhkəməsi qərarında Konstitusiya Məhkəməsini Plenumun “İcra haqqında” AR Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 17 oktyabr 2017-ci il tarixli Qərarına istinad edərək, qanunu qüvvəyə minmiş məhkəmə qərarının icrasının məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla, pozulmuş hüquqların bərpasında xüsusu önəm daşıdığını qeyd edir. Abşeron İcra Hakimiyyətinin 1993-cü il tarixli sərəncamı ilə onun əldə etdiyi bu torpaq sahəsinə yerli özünüidarəetmə orqanlarının 2000-ci ildən fəaliyyətə başladığı üçün Masazır Bələdiyyəsinin hüquq subyekti olaraq aidiyyatı yoxdur. Digər halda, Masazır qəsəbə Bələdiyyəsi hesab edirsə onun qanunla qorunan mənafeyi pozulub, həmin mənafeyin nədən ibarət olmasını, Masazır Bələdiyyəsi əsaslandırmalı, hansı subyektdən və yaxud ona cavab verməli olan subyektdən nə istədiyini aydınlaşdırmalıdır. Digər halda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının mümkünsüzlüyü heç də aksioma səviyyli mövqe deyil. Belə ki, qanunvericilik məhkəmə qərarlarının icrasının mümkünsüzlüyü baxımından dəyişən hüquq münasibətləri müstəvisində mövcud və ya qəbul olunmuş məhkəmə qərarının düzgün tətbiq edilməsi üçün daha səmərəli hüquq mexanizmlərinin seçilməsini izah edirsə, həmin izah da təbii onun hüquqlarının pozulmasına xidmət etməməlidir. Bu mübahisədə Borclu heç bir cavabdehlik daşımır. Masazır Bələdiyyəsinin axtardığı və yaxud özünə hansısa maraqdan götürmək istədiyi 18 metr uzunluğu, 28,5 metr eni ölçüsündə sahə Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə onda olmadığı bildirilir. Belə ki, bu şərhi verməklə, hörmətli məhkəməyə bildirir ki, məhkəmə yerində baxış keçirsə, bəlli olar ki, mübahisələndirilən ərazidə boş 18X28,5 metr və ya daha çox boş ərazi varsa, Borclu onun Bələdiyyə tərəfindən götürülməsinə maneə yaratmır və ya niyə maneə yaratmalıdır ki? Torpaq sahələrinin vətəndaşların mülkiyyətinə əvəzsiz verilməsi barədə AR Prezidentinin 10 yanvar 1997-ci il tarixli Fərmanda bu normativ akt qəbul edilənə qədər sahiblik və istifadələrimdə olan həyət yani torpaq sahələri onların mülkiyyətinə əvəzsiz verilməsi müəyyən edilir. Belə ki, ona 1993-cü il Abşeron rayon İcra Hakimiyyətinin sərəncamı ilə ayrılmış Masazır qəsəbəsinin ərazisində yerləşən, ümumilikdə 22,63 sot ölçüdə, daş hasara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə hazırda Borclu sahibliyində və istifadəsində 22,63 sot ölçüdə bu torpağa sahiblik və istifadə hüququ tanınmışdır. Belə halda Sumqayıt İnzibati Məhkəməsində Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə bu torpaq sahəsinə bitişik, boş, uzunluğu 18, eni 28,55 metr olan boş torpaq sahəsinin tapılıb, aşkar edilib Masazır Bələdiyyəsinə qaytarması barədə icra işinin ona heç bir aidiyyatı olmadığı üçün, həmin icra işi üzrə ona münasibətdə xitam verilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə verilmiş iddiaları əsaslıdır. Şuşa rayon Məhkəməsi bu iddia ilə bağlı AR MPM-nin 254-cü maddə əsasında verilmiş vəsatəti təmin etməməsi əsassız və qanunsuz olmuşdur. Şuşa rayon Məhkəməsində Masazır Bələdiyyəsinin ərizəsinə cavab olaraq, Abşeron İcra və Probasiya Şöbəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi Xidmətinin mütəxəssisinin Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası üzrə icranın mümkünsüzlüyünə dair rəyi olduğunu, həmçinin Masazır Bələdiyyəsinin hazırda məhkəmədə iştirak edən nümayəndəsi Yaqub Hüseynovun icranın mümkünsüzlüyünə dair aktda imza etdiyini, həqiqətən də icra vərəqində istinad edilən Masazır Bələdiyyəsinə qaytarılan torpaq sahəsinin naturada olmadığını bildirdi. Eyni zamanda icranın mümkünsüzlüyünə qarşı Abşeron İcra və Probasiya Şöbəsinin çıxartdığı qərarın qüvvəsində saxlanması üçün qanunu əsasların və təsdiqedici sənədlərin olduğunu göstərsə də məhkəmə Masazır Bələdiyyəsini heç də qanuna söykənməyən mövqeyini müdafiə etdi. Şuşa Rayon Məhkəməsinin 8(077)-1/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında işin həqiqi halını ifadə etməyən həqiqətə söykənməyən şərhlər vardır. İş materiallarına istinad edilən ekspertiza rəylərində mübahisələndirilən torpaq sahəsinin ümumiyyətlə bələdiyyə mülkiyyətinə aid olmayan torpaq sahəsi kimi qeyd edilsə də, məhkəmə onu Bələdiyyəyə aid olan faktiki Borclu mülkiyyətində olduğu barədə çıxarış olduğu halda, bu barədə ali məhkəmənin qanuni qüvvəsini almış qərarını nəzərə almayaraq, Bələdiyyənin mülkiyyəti hesab edir. Hüquqi əhəmiyyətli mötəbər sübut olan faktı inkar edir. Daşınmaz Əmlakın Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə onun qanuni sahibliyində olan 22,63 sot torpaq sahəsinə bitişik, uzunluğu 18 metr, eni 28,55 metr, boş torpaq sahəsi olmadığı və tapılmadığı mütəxəssis rəyində və uyğun olaraq, yerində baxış nəticəsində Abşeron İcra və Probasiya Şöbəsi, Masazır Bələdiyyəsnin nümayəndəsi və digərlərinin belə torpağın olmaması haqqında tərtib edilmiş və imzalanmış akt olduğu halda, məhkəmə yalnız Masazır Bələdiyyəsinin qanuna söykənməyən ədalətsiz mövqeyini təsdiqləyir. Nəticədə, rəsmi sənədlərdə göstərilən xüsusatlarla məhkəmənin gəldiyi nəticələr arasında ciddi ziddiyyət vardır. İcra işində borclunun qanuni sahibliyində olan 22,63 sot torpağa hüquqi, faktiki aidiyyatı olmayan, Masazır Bələdiyyəsinin əsassız mövqeyinin bu dəlillərin, sübutların mötəbərliyinin yoxlanması ilə mübahisənin hərtərəfli araşdırılması ilə bağlı yerində müayinə və baxış üsulundan istifadə etmir. Şuşa Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 8(077)–1/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya icraatında proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayətində göstərilənlərə uyğun izahat verib şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X17 izahat verib bildirmişdir ki, X3, ünvan 3 evlərin yerləşdiyi N.Məmmədovdan alqı-satqı müqaviləsi ilə aldığı 12,2 kv.m sahəsi olan tikilinin olduğu 0,10 ha torpaq sahəsini 0,08 ha-dək kiçiltməklə, sonradan eyni sənəd əsasında Masazır kəndi, Dədə Qorqud küçəsində hasarlanmamış və heç bir tikilisi olmayan torpaq sahəsini N.Məmmədovdan alınmış 12,2 kv.m olan tikilinin yerləşdiyi 0,10 ha torpaq sahəsi kimi yenidən mükiyyətinə keçirmişdir. Hazırda Borclu mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Dədə Qorqud küçəsində yerləşən 0,123 ha torpaq sahəsinin çıxarışı ləğv edilməlidir ki, bələdiyyə öz torpağına sahiblənə bilsin. Məhkəmənin suallarına cavabdında isə bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 1691/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizənin təmin edilməməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 23 may 2017-ci il tarixli, 2(105)- 1691/2015 saylı qərardadında qeyd olunan mübahisəli məsələlərin həllinin yalnız müstəqil iddia icraatı qaydasında mümkünlüyünə münasibətdə isə hesab edir ki, həmin iddialar borclu tərəfindən qaldırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası Şuşa Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(077)- 2/2012 saylı qətnaməsinin qüvvədə saxlanılan hissəsində aparılan icra hərəkətlərinə dair hissədə qeyd edir ki, icra sənədinin verilməsinə əsas olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsinə əsasən X3, ünvan 3 evlərin yerləşdiyi N.Məmmədovdan alqı-satqı müqaviləsi ilə aldığı 12,2 kv.m sahəsi olan tikilinin olduğu 0,10 ha torpaq sahəsinin 0,0847 ha sahəsini 2006-cı ildə qeyri-rəsmi olaraq Cəmilə Novruz qızı və X5 sonra, Borclu qardaşı Xaliq Həsənovun razılığı ilə sonuncunun alqı-satqı müqaviləsi ilə aldığı sahəsi 12.2 kv.m olan tikilinin yerləşdiyi 0,10 ha torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar Nəriman Məmmədovdan 2007-ci ildə etibarnamə almış, həmin etibarnamə əsasında DT və XK-nin Abşeron rayon şöbəsinə müraciət etmiş, Masazır kəndi, Dədə Qorqud küçəsində hasarlanmamış və heç bir tikilisi olmayan torpaq sahəsini X.Həsənovun N.Məmmədovdan aldığı sahəsi 12,2 kv.m olan tikilinin yerləşdiyi 0,10 ha torpaq sahəsi kimi göstərmiş, onun iştirakı ilə torpaq şöbəsinin mütəxəssisi mübahisəli torpağa GPS naviqasiya ölçü cihazı vasitəsilə yerə köçürmə işləri aparmış, hazırlanmış sənədlər əsasında N.Məmmədovun torpağa mülkiyyət hüququna dair MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, bundan sonra Abşeron rayonu, 1 saylı Dövlət Notariat Kontorunda xx.xx.2008-ci il tarixdə X28 Həsənov arasında həmin torpağın alqı-satqı müqaviləsi bağlanmış və xx.xx.2008-ci ildə DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən Borclu adına MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Buna görə də apellyasiya instnasiyası məhkəməsi iddia tələbinin torpaq sahəsinin yerquruluşu planından çıxarışın, plan və ölçünün ləğv edilməsi, yerquruluşu planından çıxarışın və plan və ölçünün yenidən hazırlanmasnın DT və XK-nin Abşeron rayon şöbəsinə həvalə olunması, həmin koordinatlar ısasıbda Borclu verilmiş reyestrdən çıxarışa düzəliş edilməsinin DƏDRX-in Abşeron Ərazi İdarəsinə həvalə olunması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. İcra sənədinin icrası ilə əlaqədar iş materiallarında olan Maraqlı şəxs2 X40 4 saylı Abşeron Ərazi İdarəsinin Maraqlı şəxs1nə ünvanladığı 26 iyul 2017-ci il tarixli, 08 fevral 2018-ci il tarixli, 29 yanvar 2019-cu il tarixli, 26 iyul 2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətlərində isə qeyd olunmuşdur ki, Şuşa Rayon Məhkəməsinin icraatında olarkən təyin edilmiş komission torpaqşünaslıq ekspertizasının xx.xx.2012-ci il tarixli, 19751 saylı rəyinə əsasən mülkiyyət hüququ ilə Borclu məxsus olan Abşeron rayonu, Masazır kəndi, Dədə Qoıqud küçəsində yerləşən torpaq sahəsinin Masazır Bələdiyyəsinin mülkiyyətinə aid olduğu, X18 ilə X29 arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti olan tikilinin yerləşdiyi 0.10 ha torpaq sahəsinin Masazır kəndi, Fizuli küçəsi 25 və 27 saylı evlərin arasında iki yerə bölündüyü və ümumi sahəsinin 0.0844 ha təşkil etdiyi, sözügedən torpaq sahəsinin mülkiyyət hüququ ilə Borclu məxsus olan Abşeron rayonu, Masazır kəndi, Dədə Qorqud küçəsində yerləşən 0,123 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Hal-hazırda icra vərəqinin icrasının təmin edilməsi məqsədilə, Abşeron rayonu, Masazır kəndi, Dədə Qorqud küçəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair Borclu adına verilmiş **********78 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü ləğv edilməli, qətnamədə qeyd edilən ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə dair Borclu adına yeni plan və ölçü verilməlidir. Lakin tərəflərindən aparılan araşdırma nəticəsində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evlərinin və həmin evlərin yerləşdiyi 0,0844 ha torpaq sahəsinin başqa fiziki şəxslərin adlarına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir. Belə ki, X6 rayon icra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 584 nömrəli sərəncamına əsasən Masazır kəndi, Fizuli küçəsi ərazisində yerləşən 0.0844 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən **********27 reyestr nömrəli çıxarış əldə etmiş, alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan 0.0844 ha torpaq sahəsindən 0.04 ha olan hissəsini X23, yerdə qalan 0.044 ha hissəsini isə X1. X24 4 saylı Ərazi İdarəsinə müraciət edərək alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 0.044 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnu təsdiq edən **********18-10301 reyestr nömrəli çıxarış əldə etmişdir. X30 da öz növbəsində sözügedən alqı satqı müqaviləsinə əsasən əldə etdiyi 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnu təsdiq edən **********17-10301 reyestr nömrəli çıxarış əldə etmişdir. Göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 1691/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Masazır kəndi, ünvan 3 evlərin yerləşdiyi 0,10 ha torpaq sahəsinin X22 N.Məmmədovdan alqı-satqı müqaviləsi ilə alınmış 12,2 kv.m tikilinin olduğu torpaq sahəsi olması müəyyən edilmişdir. Lakin, hazırda Maraqlı şəxs2 X40 4 saylı Abşeron Ərazi İdarəsinin müvafiq rəyləri ilə Masazır kəndi, ünvan 3 evlərin yerləşdiyi 0.0844 ha torpaq torpaq sahəsinin X19 tərəfindən Abşeron rayon icra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 584 nömrəli sərəncamına əsasən mülkiyyət hüququ əldə etdiyi və buna müvafiq olaraq da **********27 reyestr nömrəli çıxarış əldə etməsi müəyyən edilməkdədir. Həmçinin, sonradan həmin torpaq sahəsinin 0.04 ha olan hissəsi alqı-satqı müqaviləsinə əsasən X23, yerdə qalan 0.044 ha hissəsinin isə X2 qeyd olunmaqdadır. Qeyd olunan ziddiyyətlərin isə hazırkı icraat çərçivəsində araşdırılması və aradan qaldırılması mümkünsüzdür. Hərçənd ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 23 may 2017-ci il tarixli, 2(105)-1691/2015 saylı qərardadından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X40 4 saylı Abşeron Ərazi İdarəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin ərizə təmin edilməyərək qətnaməyə izah verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qətnaməyə izah verməsindən imtinasını isə belə əsaslandırmışdır ki, 4 saylı Ərazi İdarəsinin məktubundan göründüyü kimi, həmin müraciətdə qaldırılan məsələlərin qətnamənin məzmununa izah verilməsi çərçivəsindən kənara çıxdığını və bu məsələlərin həllinin yalnız müstəqil iddia icraatı qaydasında mümkündür. Tələbkar bələdiyyə isə hazırkı dövrədək qətnamənin qeyd olunan hissədə icra olunmamasına mane olan halların aradan qaldırılması ilə bağlı hərəkətsizlik nümayiş etdirmişdir. Məhkəmə kollegiyası Şuşa Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(077)- 2/2012 saylı qətnaməsinin ləğv edilən və həmin hissədə yeni qətnamə çıxarılan hissəsində aparılan icra hərəkətlərinə dair hissədə, yəni mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28,55 metr olan torpaq sahəsinin Masazır Bələdiyyəsinə qaytarılmasına dair hissədə isə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin əsaslandırıcı və nəticə hissəsinə əsasən birinci instnasiya məhkəməsi cavabdeh Borclu tərəfindən ünvan 2 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətinə aid 0,2263 ha torpaq sahəsindən çıxarılmasını qət etmiş, apellyasiya instansiyası məhkəməsi isə Masazır Bələdiyyəsinin iddia ərizəsində özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28,55 metr olan torpaq sahəsinin bələdiyyəyə geri qaytarılmasını tələb etdiyini, birinci instansiya məhkəməsinin isə iddia tələbindən kənara çıxaraq, cavabdehi 0,2263 ha torpaq sahəsindən çıxaratdığını qeyd edərək, həmin hissədə qətnaməni ləğv etmiş və mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28,55 metr olan torpaq sahəsinin Masazır Bələdiyyəsinə qaytarılmasını qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsində istinad olunan və iş materiallarına əlavə edilmiş 16 yanvar 2012-ci il tarixli ekspert rəyindən və onun əlavəsi olan plan-sxemdən görünür ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə bitişik 0,1186 ha torpaq sahəsi hazırda bələdiyyə mülkiyyətində olan, ona bitişk 0,1230 ha torpaq sahəsi isə Borclu mülkiyyətində olan torpaq sahəsi olmuşdur ki, həmin torpaq sahələrinin cəmi ölçüsü 0,2416 ha olmuşdur. Birinci instansiya məhkəməsi isə cavabdehi 0,2263 ha torpaq sahəsindən çıxarılmasını qət etmiş, apellyasiya instansiyası isə həmin hissədə qətnaməni ləğv edərək, cavabdehi uzunluğu 18 metr, eni 28,55 metr olan 0,051 ha torpaq sahəsindən çıxarılmasını qət etmişdir. Yuxarıda qeyd olunan 0,2416 ha və 0,2263 ha torpaq sahələrinin ölçülərinin fərqli olmasına baxmayaraq, qətnamədə cavabehin çıxarılması qət olunan uzunluğu 18 metr, eni 28,55 metr olan 0,051 ha torpaq sahəsinin ekspert rəyində qeyd olunan 0,2416 ha sahəsinin tərkibində olması nəzərə alındıqda belə, cavabdeh Borclu adına **********78 reyestr nömrəsi ilə qeydə alınmış, MH seriyalı, ******* saylı daşınmaz əmlakın döviət reyestrindən çıxarışa düzəlişlər edilməsi barədə qətnamənin icra edilməməsi halında, cavabehin mülkiyyətində olan 0,1230 ha torpaq sahəsinin 0,051 ha hissəsindən çıxarılması mümkün deyildir. Həmçinin, 0,051 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan 0,1186 ha torpaq sahəsinin hansı hissəsində olması da qeyri-müəyyəndir. Nəzərə alınmalıdır ki, cavabdeh hazırda bələdiyyə mülkiyyətində olan 0,1186 ha torpaq sahəsini zəbt edərək, faktiki olaraq sahiblənməkdədir. Tələbkar bələdiyyə isə hazırkı dövrədək qeyd olunan qeyri-müəyyənlik şəraitində cavabdehi qalıq 0,67 (0,1186-0,051ha=0,67) ha torpaq sahəsindən çıxarılmasına dair iddia qaldırmamaqla qətnaməni qeyd edilən hissədə də irasına mane olan halların aradan qaldırılması ilə bağlı hərəkətsizlik edilməkdədir. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyənin mülkiyyətində olan 0,1186 ha torpaq sahəsinin qonuşu torpaq sahələri ilə əhatə olunması, cavabdeh Borclu adına **********78 reyestr nömrəsi ilə qeydə alınmış, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa düzəlişlər edilməməsi halında həmin torpaq sahəsindən yola çıxışın olmaması səbəbindən tələbkar bələdiyyənin buna maraq göstərməməsi isə tələbkarın öz hüquqlarını həyata keçirməməsi ilə məhdudlaşır. Məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” qərarı “İcra haqqında” Azərbaycan Respublikası qanunun 70.4-cü maddəsinə əsasən qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 70-ci maddəsi “Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədlərinin icrasının ümumi şərtləri” adlanır ki, hazırkı icra sənədi üzrə tələbkar Abşeron rayonu Masazı Bələdiyyəsi, borclular isə X18 və Borclu olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası qanununda həmin qanunun 70.4-cü maddəsinə əsasən icra olunmadan geri qaytarılan icra sənədinin yenidən icraya yönəldilməsi müəyyən edilməmişdir. Hərçənd ki, işin hallarından və iş üzrə izah vermədən imtina barədə qərardaddan göründüyü kimi icra sənədinin icrasına mane olan halların, tələbkarın müstəqil iddia qaydasında qaldıra biləcəyi iddiaların nəticəsinə müvafiq olaraq aradan qalxması ehtimalı da istisna olunmamaqdadır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası qanunun 70.4-cü maddəsinə icra sənədini geri qaytarmaqda haqlı olmamışdır. İş materiallarından göründüyü kimi icra sənədi uzun müddətdir ki, qeyd olunan səbəblərdən icra olunmamaqla, tələbkar tərəfindən isə icra sənədinin irasına mane olan halların aradan qaldırılması ilə bağlı hərəkətsizlik edilməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası qanunun 23.1.5-ci maddəsinin tələbinə müvafiq olaraq icra sənədini, icra sənədini vermiş məhkəməyə geri qaytarmaqda haqlı hesab oluna bilərdi. Birinci instansiya məhkəməsi isə icra sənədinin hazırkı vaxtadək icra olunmaması səbəblərini araşdırmadan və buna əsaslandırılmış hüquqi qiymət vermədən Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarını ləğv etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Həmin qanunun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin qanunun 70.4-ci maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən Şuşa Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 8(077)-1/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(077)-1/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(077)-1/2024 nömrəli qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilərək, tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin şikayəti qismən təmin edilməli, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(077)-1/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(077)-1/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(077)-1/2024 nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. Tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin şikayəti qismən təmin edilsin. Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar