Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-122/2023 24.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Xızı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 8(068)-10/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpası haqqında Borclu ərizəsinə dair Xızı Rayon Məhkəməsinin 8(068)-10/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 1461 nömrəli, 13 iyun 2017-ci il tarixli nikahın pozulması, 07 iyul 2018-ci il tarixdə doğulmuş X1 yaşayış yerinin anası Tələbkar himayəsində müəyyən olunması, 12 iyun 2019-cu il tarixdən başlayaraq cavabdeh Borclu 07 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi, 12 iyun 2019-cu il tarixdən başlayaraq cavabdeh Borclu 07 iyul 2018-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində alimentin tutularaq, iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-105/2021 saylı qətnaməsi ilə həmin mülki iş üzrə cavabdeh Borclu apelyasiya şikayəti təmin edilməmiş, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)- 108/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5397/2021 saylı qərarı ilə cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-105/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev İcra haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsinin “qət etdi” hissəsində qeyd olunan “07 iyul 2018-ci il təvəllüdlü X1 yaşayış yerinin anası Tələbkar himayəsində müəyyən olunması” ifadəsinin uşağın Borclu (atadan) alınaraq Tələbkar (anaya) təhvil verilməsi anlamını verib-verməməsinə aydınlıq gətirilməklə müvafiq izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Xızı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 8(068)-10/2023 saylı qərardadı ilə Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsinə izah verilməsi haqqında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim İlqar Cabbarov). İş üzrə Borclu 13 sentyabr 2023-cü il tarixdə qeyd olunan qərardaddan apellyasiya şikayəti vermiş və şikayətinə "prosessual müddətin bərpasına dair" ərizə əlavə etmişdir. Ərizədə göstərilmişdir ki, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsinin izah verilməsi ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət etmişdir. Sözügedən ərizəyə xx.xx.2023-cü il tarixdə baxılmış və 8(068)-10/2023 saylı qərardad qəbul edilmişdir. Həmin qərardad onun elektron kabinetinə yerləşdirilsə də o, elektron kabineti idarə edə bilmədiyindən həmin qərardaddan xəbərsiz olmuşdur. Odur ki, yuxarıda göstərilən üzürlü səbəblərdən şikayət müddəti ötürülmüşdür. Xızı Rayon Məhkəməsinin 8(068)-10/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə Xızı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 8(068)-10/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpası haqqında Borclu ərizəsi təmin edilməmiş və şikayət geri qaytarılmışdır. Borclu qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Xızı Rayon Məhkəməsinin 8(068)-10/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xızı rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsinin izah verilməsi ilə bağlı Abşeron rayon İcra və probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev ərizəsi ilə Xızı rayon Məhkəməsinə müraciət etmişdir. Sözügedən ərizəyə xx.xx.2023-cü il tarixdə baxılmış və 8(068)-10/2023 saylı qərardad qəbul edilmişdir. Həmin qərardad elektron kabinetinə yerləşdirilsə də o, elektron kabineti idarə edə bilmədiyindən həmin qərardaddan xəbərsiz olmuşdur. Odur ki, yuxarıda göstərilən üzürlü səbəblərdən şikayə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Xızı Rayon Məhkəməsinin 8(068)-10/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Xızı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 8(068)10/2023 saylı qərardadı 26 aprel 2023-cü il tarixdə Borclu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə çatdırılmış, həmçinin işdə olan poçt xəbərnaməsindən görünür ki, həmin qərardadın surəti Borclu tərəfindən 30 aprel 2023-cü il tarixdə şəxsən qəbul edilmişdir. Beləliklə də, Borclu Xızı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 8(068)-10/2023 saylı qərardadından şikayət vermək üçün qanunda nəzərdə tutulmuş 10 günlük prosessual müddəti ötürməsi mülki işin materialları ilə təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir 10-1.3, 10-1.5 və 10-1.8-ci maddələrinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 128.3-cü maddəsinə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 135.5 və 135.6-cı maddələrinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Sadalanan normaların tələblərindən aydın olur ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə bütün sənədlərin, o cümlədən apellyasiya şikayətlərinin məhkəməyə göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir və bu qaydadan istisna nəzərdə tutulmamışdır. Həmçinin məhz bu qaydada göndərilmiş məhkəmə sənədləri tərəfə rəsmi qaydada verilmiş hesab edilir. Hazırki işdən görünür ki, Xızı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 8(068)10/2023 saylı qərardadı 26 aprel 2023-cü il tarixdə Borclu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə çatdırılmış, həmçinin işdə olan poçt xəbərnaməsindən görünür ki, həmin qərardadın surəti Borclu tərəfindən 30 aprel 2023-cü il tarixdə şəxsən qəbul edilmişdir. Borclu isə 13 sentyabr 2023-cü il tarixdə qeyd olunan qərardaddan şikayət vermiş və şikayətinə "prosessual müddətin bərpasına dair" ərizə əlavə etmişdir. Göründüyü kimi borclu birinci instansiya məhkəməsinin qərardadının qəbulundan təxminən 5 aya yaxın vaxt keçdikdən sonra qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında ərizə vermişdir. Həmçinin borclunun hazırda şikayət verdiyi qərardad qəbul edilərkən borclu məhkəmə iclasında iştirak etmiş, bundan sonra həmin qərardad 26 aprel 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə çatdırılmış, həmçinin 30 aprel 2023-cü il tarixdə şəxsən qəbul etməklə rəsmi qaydada almışdır. Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Borclu qərardaddan şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini bildirilsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edilməmiş, müddətin üzürlü səbəbdən ötürülməsi əsaslandırılmamışdır. Həmçinin borclunun elektron kabineti idarə edə bilmədiyindən həmin qərardaddan xəbərsiz olması barədə dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən qərardad qəbul edilərkən borclu məhkəmə iclasında iştirak etmiş, həmçinin qərardad ona poçt vasitəsiilə də göndərilmiş və xəbərnaməyə imza edilməklə alınmışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, borclunun ərizədə göstərdiyi dəlillər onun qərardaddan şikayət verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir. Məhkəmə kollegiyası şikayət vermə müddətinin bərpası barədə ərizəni təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xızı Rayon Məhkəməsinin 8(068)-10/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-122/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-122/2023
24.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver