Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-122/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar borclu X8 qarşı iş üzrə (Açar sözlər: əmlakın yenidən qiymətləndirilməsi) X14 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, Əmlakın qiymətləndirilməsi barədə icra sənədi üzrə Borclu şikayətinə əsasən çıxsarılmış Abşeron Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 8(012)-172/2024 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: Birinci instansiya məhkəməsində icraat
1. İcra sənədi üzrə Borclu nümayəndəsi və vəkili Vəkil1 Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1374/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Maraqlı şəxs icra məmuru Vadim Əliyevin sifarişi əsasında "xxxx" MMC Qiymətləndirmə şirkəti tərəfindən verilmiş Abşeron rayonu, Görədil qəsəbəsi, Görədil kəndi, N,Dadaşov küçəsi, ev 12 (yeni qaydalarla: N.Dadaşov küçəsi, ev 20) ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli hesabatının ləğv edilməsi və evin yenidən qiymətləndirilməsi barədə qərar çıxarılması barədə şikayət ilə məhkəməyə müraciət etmişdir.
2. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1374/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-333/2022 saylı qətnaməsi qismən ləğv edilsin (evin bazar dəyərinin 51500 manat müəyyən edilməsi hissəsində) və Abşeron rayonu, Görədil qəsəbəsi, Görədil kəndi, N, Dadaşov küçəsi, ev 12 (yeni qaydalarla: N.Dadaşov küçəsi, ev 20) açıq hərracda satılsın və satışdan əldə edilən pul vəsaiti Tələbkar 36/40 hissədə, X9 2/40 hissədə və Əliyeva (Əhmədova) Dürnisə Firudin qızının 2/40 hissədə paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir. Maraqlı şəxs icra məmuru tərəfindən əmlaka qiymət qoyulması üçün "xxxx" MMC Qiymətləndirmə şirkətinə sifariş məktubu göndərilmişdir. Həmin sifariş məktubuna cavab olaraq "xxxx" MMC Qiymətləndirmə şirkəti tərəfindən Abşeron rayonu, Görədil qəsəbəsi, Görədil kəndi, N,Dadaşov küçəsi, ev 12 (yeni qaydalarla: N.Dadaşov küçəsi, ev 20) ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti 26000 (iyirmi altı min) manat dəyərində qiymətləndirilmişdir. Bundan sonra icra məmuru tərəfindən hərracın keçirilməsi barədə "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli sifariş məktubu göndərilmişdir. Keçirilmiş qiymətləndirmənin nəticələri haqqında hesabatın surəti nə əmlakı qiymətləndirən şirkət tərəfindən, nə də ki, icra şöbəsi tərəfindən X7 təqdim olunmayıb və digər formada məlumatlandırılmayıb. xx.xx.2024-cü il tarixdə ona icra şöbəsi tərəfindən hərracın keçirilməsi haqqında sifariş təqdim olunduqdan sonra qiymətləndirmə barədə məlumatı olmuşdur. "xxxx" MMC Qiymətləndirmə şirkətinin rəyində qeyd olunan əmlaka qoyulmuş qiymət süni şəkildə artırılaraq reallıqdan tamamilə kənarlaşmışdır. Sözügedən fərdi yaşayış evinin 26.000 (iyirmi altı min) manat dəyərində qiymətləndirilməsi absurddur. Həmin qiymət reallığı əks etdirmir. Evin dəyəri ekspert tərəfindən dəyərindən artıq qiymətləndirilmişdir, halbuki evin dəyəri daha az məbləğ təşkil edir. Qiymətləndirən şirkət həmin hesabatda qiyməti müəyyən edərkən hansı məlumat mənbələrindən istifadə olunmasını, müqayisəli tədqiqat mənbələrini qeyd etməmişdir. Mülkiyyət hüququ əsasında iddiaçı Borclu məxsus 93.50 kv.m sahəsi olan Abşeron rayonu, Görədil qəsəbəsi, Görədil kəndi, N,Dadaşov küçəsi, ev 12 (yeni qaydalarla: N.Dadaşov küçəsi, ev 20) ünvanında yerləşən fərdi yaşayış evinə dair əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat etibarsızdır. Qiymətləndirmə aparan MMC tərəfindən evin qiymətləndirilməsi qüvvədə olan qiymətləndirmə fəaliyyəti və aparılması qaydaları barədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır. Ona görə də həmin qiymətləndirmə barədə rəy etibarsız hesab edilməlidir və həmin ev üzrə yenidən obyektiv qiymətləndirmə aparılmalıdır. Sözügedən evlə bağlı məlumatların MMC tərəfindən təhrif edilməsi nəticəsində evin qiyməti qəsdən artırılaraq yüksək göstərilmişdir. Cavabdeh tərəfindən evin süni surətdə yüksək qiymətə qiymətləndirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır. Bu səbəbdən evin hərracda satılması qadağan edilməli və qiymətləndirilən obyekt yenidən ekspert tərəfindən qiymətləndirilməlidir. Həmin qiymətlə evin hərraca çıxarılması iddiaçının hüquqlarını poza bilər.
3. Abşeron Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 8(012)-172/2024 nömrəli qərardadına əsasən (hakim Habil Əhmədov) əmlakın qiymətləndirilməsi barədə icra sənədi üzrə Borclu nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır.
4. Borclu Abşeron rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 8(012)- 172/2024 saylı qərardadından xx.xx.2024-cü il tarixdə şikayət (şikayət apellyasiya şikayəti adı altında daxil olmuşdur) verərək qərardadın ləğv edilməsini və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-172/2024 saylı qərardadına əsasən Borclu Abşeron rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 8(012)-172/2024 saylı qərardadından vermiş olduğu şikayət (şikayət apellyasiya şikayəti adı altında daxil olmuşdur) geri qaytarılmışdır.
6. Borclu Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(012)- 172/2024 saylı qərardadından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-172/2024 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(012)-172/2024 saylı qərardadından Borclu tərəfindən şikayət vermə müddəti ötürülməmiş hesab edilmişdir.
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-172/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Borclu Abşeron Rayon Məhkəməsinin 8(012)- 172/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli 2(105)- 1374/2023 saylı qətnaməsindən görünür ki, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29012)-333/2022 nömrəli qətnaməsinin qismən- Abşeron rayonu, Görədil kəndi, N.Dadaşov küçəsi, 12 saylı fərdi yaşayış evin (Yeni qaydalarla:N.Dadaşov küçəsi, ev 20) bazar dəyərinin 51500 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, qətnamənin mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
10. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1374/2023-005 nömrəli, xx.xx.2024-cü il icra sənədi üzrə icraata başlanılmış və icra hərəkətlərinin könüllü icra edilməsi üçün tərəflərə bildiriş göndərilmişdir.
11. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1374/2023-005 nömrəli, xx.xx.2024-cü il icra sənədinin icrasını təmin etmək məqsədilə ünvan 3 (yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) ünvanında fərdi yaşayış evinə qiymət qoyulmasından ötrü "xxxx" MMC-dən qiymətləndiricimütəxəssis dəvət edilməsi və əmlaka baxış keçirilməsinin təyin edilməsi qərara alınmışdır.
12. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, Borclu məxsus olan, Abşeron rayonu, Görədil kəndi, N.Dadaşov küçəsi ev 12-nin (yeni ev 20) xx.xx.2024-cü il tarixinə olan bazar dəyəri 26000 manat müəyyən edilmişdir. Həmin hesabatda mütəxəssis olaraq S.F.Nəsibov qeyd edilmişdir.
13. X11 2014-cü il tarixində verilmiş sertifikatdan görünür ki, o, həqiqətən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “Qeyri yaşayış təminatlı daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəffəqiyyətlə vermişdir.
14. xx.xx.2024-cü il tarixli Maraqlı şəxs “Hərracın keçirilməsi haqqında” sifariş məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli icraata başlanılmış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1374/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan ilkin satış qiyməti 26000 manat dəyərində qiymətləndirilən ünvan 3 (yeni qaydalarla: N.Dadaşov küçəsi, ev 20) ünvanında yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı hərracın keçirilməsi xahiş edilmişdir.
15. “X4” "xxxx" MMC-nin 47/24 nömrəli protokolundan görünür ki, xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Görədil qəsəbəsi, Görədil kəndi, N,Dadaşov küçəsində yerləşən 12 saylı fərdi yaşayış evini (yeni qaydalarla: N.Dadaşov küçəsi, ev 20) qalıb alıcı, Tələbkar 26.260 manata almışdır. Alış qiyməti ödənilərkən qalib alıcı, eyni zamanda mülkiyyətçi Tələbkar 36/40 hissədə payının məbləği nəzərə alınmalı olduğu qeyd edilmişdir.
16. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair № 01/815073 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli ********** saylı Tələbkar ərizəsinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən, mülkiyyətində olan fərdi yaşayış evi üçün qiymətləndirmə işi aparılmışdır. ünvan 2 ünvanında 0.01255 ha torpaq sahəsində 93.5 kvadrat metr sahəsi olan fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 60000 manat təşkil edir.
17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında 0.01255 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.5 kv.metr olan fərdi yaşayış evi Tələbkar adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 32 saylı reyestr kitabının, 13 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********70- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
19. Borclu nümayəndəsi Vəkil1 şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1374/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-333/2022 saylı qətnaməsinin qismən ləğv edilmiş (evin bazar dəyərinin 51500 manat müəyyən edilməsi hissəsində) və Abşeron rayonu, Görədil qəsəbəsi, Görədil kəndi, N.Dadaşov küçəsi, ev 12 (yeni qaydalarla: N.Dadaşov küçəsi, ev 20) açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaiti Tələbkar 36/40 hissədə, X9 2/40 hissədə və Əliyeva (Əhmədova) Dürnisə Firudin qızının 2/40 hissədə paylarına mütənasib surətdə bölünmüş, icra sənədi Maraqlı şəxs icra məmuru Vadim Əliyevin icraatına verilmişdir. Maraqlı şəxs icra məmuru Vadim Əliyev tərəfindən əmlaka qiymət qoyulması üçün "xxxx" MMC Qiymətləndirmə şirkətinə sifariş məktubu göndərilmişdir. Həmin sifariş məktubuna cavab olaraq "xxxx" MMC Qiymətləndirmə şirkət tərəfindən Abşeron rayonu, Görədil qəsəbəsi, Görədil kəndi, N.Dadaşov küçəsi, ev 12 (yeni qaydalarla: N.Dadaşov küçəsi, ev 20) ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti 26000 (iyirmi altı min) manat dəyərində qiymətləndirilmişdir. Bundan sonra icra məmuru tərəfindən hərracın keçirilməsi barədə "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli sifariş məktubu göndərilmişdir. Bildirir ki, keçirilmiş qiymətləndirmənin nəticələri haqqında hesabatın surəti nə əmlakı qiymətləndirən şirkət tərəfindən, nə də ki, icra şöbəsi tərəfindən Borclu təqdim olunmayıb və digər formada məlumatlandırılmayıb. xx.xx.2024-cü il tarixdə ona icra şöbəsi tərəfindən hərracın keçirilməsi haqqında sifariş təqdim olunduqdan sonra qiymətləndirmə barədə məlumatı olmuşdur. Bildirmək istəyir ki, "xxxx" MMC Qiymətləndirmə şirkətinin rəyində qeyd olunan əmlaka qoyulmuş qiymət süni şəkildə artırılaraq reallıqdan tamamilə kənarlaşmışdır. Sözügedən fərdi yaşayış evinin 26.000 (iyirmi altı min) manat dəyərində qiymətləndirilməsi absurddur. Həmin qiymət reallığı əks etdirmir. Evin dəyəri ekspert tərəfindən dəyərindən artıq qiymətləndirilmişdir, halbuki evin dəyəri daha az məbləğ təşkil edir. Qiymətləndirən şirkət həmin hesabatda qiyməti müəyyən edərkən hansı məlumat mənbələrindən istifadə olunmasını, müqayisəli tədqiqat mənbələrini qeyd etməmişdir. Bundan sonra tərəfindən evin qiymətləndirilməsinə dair müstəqil qiymətləndirmə şirkəti olan "xxxx" MMC tərəfindən qiymətləndirici dəvət edilmiş və mübahisəli mənzilə baxış keçirərək həmin mənzili 19.500 (on doqquz min beş yüz) manat dəyərində qiymətləndirmişdir. Göründüyü kimi hər iki qiymətləndirmə arasında ciddi şəkildə müqayisə mövcud olmuş, bu da ilkin qiymətləndirmənin nəticəsində şübhələr doğurmuşdur. Bununlada hesab edir ki, mülkiyyət hüququ əsasında iddiaçı Borclu məxsus 93.50 kv.m sahəsi olan Abşeron rayonu, Görədil qəsəbəsi, Görədil kəndi, N.Dadaşov küçəsi, ev 12 (yeni qaydalarla: N.Dadaşov küçəsi, ev 20) ünvanında yerləşən fərdi yaşayış evinə dair əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat etibarsızdır. Qiymətləndirmə aparan MMC tərəfindən evin qiymətləndirilməsi qüvvədə olan qiymətləndirmə fəaliyyəti və aparılması qaydaları barədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır. Ona görə də həmin qiymətləndirmə barədə rəy etibarsız hesab edilməlidir və həmin ev üzrə yenidən obyektiv qiymətləndirmə aparılmalıdır. Sözügedən evlə bağlı məlumatların MMC tərəfindən təhrif edilməsi nəticəsində evin qiyməti qəsdən artırılaraq qiyməti yüksək göstərilmişdir. Cavabdeh tərəfindən evin süni surətdə yüksək qiymətə qiymətləndirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır. Bu səbəbdən evin hərracda satılması qadağan edilməli və qiymətləndirilən obyekt yenidən ekspert tərəfindən qiymətləndirilməlidir. Həmin qiymətlə evin hərraca çıxarılması iddiaçının hüquqlarını poza bilər. Eyni zamanda qeyd etmək istəyir ki, Ali Məhkəmənin icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə xx.xx.2021-ci il tarixli qərardadının 27-ci bəndinə əsasən icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsi icra məmuru tərəfindən bu məqsədlə keçirilməli olan qiymətləndirmənin qanunvericiliyə uyğun təşkil edilməklə, həmin əmlakın hərraca qanunla nəzərdə tutulmuş satış qiyməti ilə çıxarılmasını tələb edir. İpoteka predmetinə və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın ipoteka haqqında qanunvericiliyə və ya digər qanunvericilik aktlarına analoji qaydada hərracdan bazar dəyərindən fərqlənən likvid qiymətlə satılması borclunun əmlak vəziyyətinin əsassız olaraq pisləşməsinə səbəb olur. Belə ki, həyata keçirilən məcburi icra tədbirləri borclunun mülkiyyət hüquqlarına ədalətsiz, qeyri-mütənasib müdaxiləyə rəvac verməməli, tələbkarın qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı ədalətli məhkəmə araşdırması hüququ ilə borclunun mülkiyyət hüquqlarının tarazlığı gözlənilməlidir. X1 AR qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, icra məmuru sifarişi əsasında əmlakların real bazar dəyərindən yuxarı qiymətlə açıq hərraca çıxarılması mülkiyyətçinin əmlak hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdən məhkəmə nəzarəti qaydasında və qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmənin müəyyən etdiyi qiymətləndirmə ekspertizası nəticəsində fərdi yaşayış evinin real bazar dəyəri həqiqətə uyğun olaraq müəyyən edilməli və həmin qiymətlərlə açıq hərracdan satışı həyata keçirilməlidir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikasın Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Bununla da Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı əks olunmuş hüquqi mövqeyə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyi ilə bağlı icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə müraciət edilməlidir. Beləliklə, yuxarıda göstərilən qərardan, beynəlxalq və milli məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, icra sənədlərinin icrasına həmin sənədi qəbul etmiş məhkəmə tərəfindən nəzarət olunmalıdır. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “X1” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. X1 qanunun 8-ci maddəsinin təhlili o nəticəyə gəlməyə əsas verir ki, qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumat barəsində mübahisələrə baxılarkən məhkəmə, hesabatda qiymətləndirilən obyektin bazar və digər dəyərinin “həqiqiliyini” araşdırır. Obyektin bazar dəyərinin “həqiqiliyinin” araşdırılması onu ehtiva edir ki, araşdırmanın sonunda məhkəmə, qiymətləndiricinin müəyyən etdiyi qiymətin həqiqi olub-olmaması barədə nəticəyə gəlməlidir. Həmin maddəyə istinadla qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılarkən məhkəmələr tərəfindən obyektin bazar və digər dəyəri konkret olaraq müəyyən olunmalıdır. Bu barədə məlumatlar qətnamənin əsaslandırıcı hissəsində aydın şəkildə əksini tapmalıdır. Şikayətə qarşı etirazın dəlilləri
20. Tələbkar tərəfindən xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsi ilə şikayətə qarşı yazılı etiraz daxil olmuşdur.
21. Etiraz onunla əsaslandırılmışdır ki, şikayət tamamilə əsassızdır və Abşeron Rayon Məhkəməsinin 8(105)-122/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı maddi və prosessual normalara riayət olunmaqla qəbul edilmiş ədalətli məhkəmə aktıdır. Cavabdeh tərəf hazırkı içində olduğu çətin vəziyyətdən çıxış yolu kimi vaxt qazanmaq üçün qərardaddan apellyasiya şikayəti vermişdir. Onların tərtib etdiyi apellyasiya şikayəti də özlüyündə şablon xarakterli tərtib olunmuşdur. O, yerli məhkəmədə işə baxılan zaman Mülki Məcəllənin 220-ci maddəsinin tələbinə əsaslanaraq onlara düşən cüzi payın real bazar qiymətinə uyğun olaraq kompesassiya qarşılığında tərəfindən alınması təklifini dəfələrlə bildirmişdir. Cünki mübahisə predmeti olan evin çox hissəsinə yəni 36/40 hissəsinə pay hüququ Tələbkar və qalan hissə üzrə yəni 4/40 hissəsinə cüzi pay hüququ borclu tərəfə məxsusdur. O, iddiaçı tərəf olaraq da bütün məhkəmə proseslərində iş üzrə humanist hərəkət etmiş və iş üzrə iki dəfə qiymətləndirilmə prosesi zamanı ən yüksək bazar qiymətinə uyğun kompensassiyanın verilməsinə hər an hazır olduğunu dəfələrlə bildirmişdir. X2 hər dəfəsində etiraz etmişdir. Belə olduğu halda iddiaçı tərəf olaraq ona düşən payın onlar tərəfindən alınması təklifini etmişdir. Yenə də nə etmək istədiyini bilməyən cavabdeh bu təklifədə maddi cəhətdən imkanı olmadığını bildirmiş və etiraz etmişdir. Belə olduğu halda məhkəmə iddia tələbinə uyğun olaraq məhkəmə prosesini davam etdirmiş və qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi icraya yönələn zaman hər iki tərəf Abşeron rayon icra şöbəsinə dəvət olunmuş, icra işi ilə tanış edilmiş və gedişat barədə məlumatlandırılmışdır. İcra işinin materiallarına Tağıyeva Dürnisə xanımın öz əlyazması ilə məlumatlı olduğuna dair qeyd əlavə edilmişdir. Mövcud vəziyyətdən çıxış yolu axtaran və bununla da vaxt qazanmaq istəyən borclu tərəf X12 icra məmuru Vadim Əliyevin təqdimatından məhkəməyə şikayət etmişdir. Məhkəmə proseslərində həm qərarından şikayət verilən icra məmuru həm tələbkar tərəf olaraq Tələbkar və borclu tərəf Əliyeva Dürnisə iştirak etmişlər. Proses zamanı X5 vəkili və nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, "xxxx" MMC Qiymətləndirmə şirkətinin müvafiq sertifikatı yoxdur, mövcud deyildir və belə olduğu halda verilmiş rəy də qanuna uyğun sayıla bilməz. Daha sonrasında məhkəməyə müraciət edərək bildirmişdir ki, “bu şirkətin sertifikatı və müdüriyyəti barədə rəsmi məlumat onlara təqdim olunduğu halda onlar verilmiş rəylə razılaşacaq və keçirilmiş hərracın nəticələrini özlüyündə əsaslı hesab edəcəklər” (məhkəmə tərəfindən aparılmış audio və video yazıda açıq-aşkar eşidilir). Borclu tərəfin məhkəməyə verdiyi belə bir izahatından sonra məhkəmədə qiymətləndirmə şirkətinin fəaliyyətinin qanuni olması ilə bağlı geniş araşdırma aparılmışdır. Borclu tərəfin tələb etdiyi "xxxx" MMC -yə aid müvafiq sertifikat və rəhbərliyi haqqında rəsmi məlumat əldə edilmişdir. Bundan sonra da çıxılmaz vəziyyətdə qalan və söz tapa bilməyən borclu tərəfin vəkili və nümayəndəsi bir kəlmə cümlə ilə şikayəti müdafiə etdiyini bildirmişdir. Abşeron Rayon Məhkəməsində şikayət baxılan zaman iş geniş şəkildə məhkəmə tərəfindən araşdırılmış və beləliklə müəyyən edilmişdir ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1374/2023-005 nömrəli, xx.xx.2024-cü il icra sənədi üzrə icraata başlanılmış və icra hərəkətlərinin könüllü icra edilməsi üçün tərəflərə bildiriş göndərilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1374/2023-005 nömrəli, xx.xx.2024-cü il icra sənədinin icrasını təmin etmək məqsədilə ünvan 3 (yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) ünvanında fərdi yaşayış evinə qiymət qoyulmasından ötrü "xxxx" MMC-dən qiymətləndirici-mütəxəssis dəvət edilməsi və əmlaka baxış keçirilməsinin təyin edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən Borclu məxsus olan, Abşeron rayonu, Görədil kəndi, N.Dadaşov küçəsi ev 12-nin (yeni ev 20) xx.xx.2024-cü il tarixinə olan bazar dəyəri 26000 manat müəyyən edilmişdir. Həmin hesabatda mütəxəssis olaraq S.F.Nəsibov qeyd edilmişdir. X11 2014-cü il tarixində verilmiş sertifikata əsasən o, həqiqətən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “Qeyri yaşayış təminatlı daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəffəqiyyətlə vermişdir. Odur ki, yuxarıda deyilənlərə əsasən Abşeron rayon məhkəməsinin 8(012)-172/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən qüvvəsində saxlanılması xahiş olunur.
22. Tələbkarın nümayəndəsi X6 xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsi ilə məhkəməyə məlumat ünvanlayaraq göstərmişdir ki, Tələbkar mübahisə predmeti olan evə çıxarış əldə etdikdən sonra borclu Əhmədova Durnisə və digərlərinin evdən çıxarılması tələbinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Artıq iddia tələbi qismən, yəni evdən çıxarılma hissəsində təmin edilərək müvafiq qətnamə qəbul edilmişdir. Qətnamə hal-hazırda elektron sistemə yerləşdirilmədiyindən təqdim edə bilmir.
23. Məlumata əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3516/2024 nömrəli qərardadından görünür ki, iddiaçı Tələbkar cavabdehlər Borclu və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddipa qaldırmış və iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
24. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 44.1.2. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “X1” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
26. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 8(012)-172/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 8(012)-172/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 8(012)-172/2024 nömrəli və bununla bağlı 27 avqust 2024-cü il tarixli, 8(012)-172/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iş materiallarından müəyyən olunur ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1374/2023-005 nömrəli, xx.xx.2024-cü il icra sənədi üzrə icraata başlanılmış və icra hərəkətlərinin könüllü icra edilməsi üçün tərəflərə bildiriş göndərilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1374/2023-005 nömrəli, xx.xx.2024-cü il icra sənədinin icrasını təmin etmək məqsədilə ünvan 3 (yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) ünvanında fərdi yaşayış evinə qiymət qoyulmasından ötrü "xxxx" MMC-dən qiymətləndirici-mütəxəssis dəvət edilmiş, əmlaka baxış keçirilmiş, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən Abşeron rayonu, Görədil kəndi, N.Dadaşov küçəsi ev 12-nin (yeni ev 20) xx.xx.2024-cü il tarixinə olan bazar dəyəri 26000 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli Maraqlı şəxs “Hərracın keçirilməsi haqqında” sifariş məktubuna əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1374/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə ilkin satış qiyməti 26000 manat dəyərində qiymətləndirilən ünvan 3 (yeni qaydalarla: N.Dadaşov küçəsi, ev 20) ünvanında yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı hərracın keçirilməsi xahiş edilmişdir. “X4” "xxxx" MMC-nin 47/24 nömrəli protokoluna əsasən, xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Görədil qəsəbəsi, Görədil kəndi, N,Dadaşov küçəsində yerləşən 12 saylı fərdi yaşayış evini (yeni qaydalarla: N.Dadaşov küçəsi, ev 20) qalıb alıcı, Tələbkar 26.260 manata almışdır. Alış qiyməti ödənilərkən qalib alıcı, eyni zamanda mülkiyyətçi Tələbkar 36/40 hissədə payının məbləği nəzərə alınmalı olduğu qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında 0.01255 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.5 kvadratmetr olan fərdi yaşayış evi Tələbkar adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Bundan sonra, borclu şikayət ərizəsi ilə müraciət edərək qeyd olunan əmlaka qoyulmuş qiymətin süni şəkildə artırılaraq reallığı əks etdirmədiyini, evin dəyərinin ekspert tərəfindən dəyərindən artıq qiymətləndirildiyini, halbuki evin dəyərinin daha az məbləğ təşkil etdiyini, həmçinin icra məmurunun hərəkətlərinin qanunsuz olduğunu göstərmiş, əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC Qiymətləndirmə şirkəti tərəfindən verilmiş Abşeron rayonu, Görədil qəsəbəsi, Görədil kəndi, N,Dadaşov küçəsi, ev 12 (yeni qaydalarla: N.Dadaşov küçəsi, ev 20) ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli hesabatının ləğv edilməsi və evin yenidən qiymətləndirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə əmlakın qiymətləndirilməsi barədə icra sənədi üzrə Borclu nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır.
30. Məhkəmə öz mövqeyini onunla əsaslndırmışdır ki, məhkəmə araşdırması zamanı icra sənədi üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə əsas olan hallar müəyyən edilmədiyindən, həmçinin, şikayətə əsaslı dəlillər olmadan qiymət verilməsi mümkün olmadığından şikayət əsaslı deyildir, ona görə də təmin edilməməlidir.
31. Məhkəmə qərarı ilə razılaşmayan Borclu şikayət vermişdir.
32. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası qeyd məhkəmə qərardadından verilmiş şikayətin dəlilləri şikayət ərizəsinin dəlilləri ilə eyni olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillər üzrə araşdırma aparıldığından, təkrar qiymətləndirmə aparılmasına zərurət görmür və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Kollegiya hesab edir ki, icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir.
33. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1374/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı 15 aprel 2024-cü il tarixdə keçirilmiş hərrac baş tutaraq, müvafiq protokol imzalanmış, hərracın qalibi olan Tələbkar əmlak üzərində hüquqları 11 may 2024-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla, sonuncunun mülkiyyətindədir.
34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.
35. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 8(012)-172/2024 nömrəli və bununla bağlı 27 avqust 2024-cü il tarixli, 8(012)-172/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.