Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-124/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İcra sənədi üzrə X1nun icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə ərizəyə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-494/2023 saylı qərardadından icra sənədi üzrə X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İcra sənədi üzrə X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin 3 ilə yaxın müddət ərzində icra olunmadığına görə Maraqlı şəxs rəisi İlqar Abdurahmanov və icra məmuru Hikmət Quliyev barəsində tədbir görülməsini, həmçinin icra sənədi icra olunmadığına görə dəymiş maddi ziyan kimi 150000 manat və mənəvi ziyan kimi 10000 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-494/2023 saylı qərardadı ilə icra sənədi üzrə X1nun icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Məlahət Abbasova). X1 qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-494/2023 saylı qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi üzrə Borclu1 MMC-nin iştirakçısı Borclu4 ünvan 1 ünvanında qeydiyyatda olduğuna görə qətnamə ona aid hissədə icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. İcra sənədi icra məmurunun icraatına verildikdən sonra dövlətin adından çıxan qərar bir kənara atılaraq, icra sənədi üzrə heç bir icra tədbirləri görülməmişdir. Dəfələrlə icra məmuru müraciətə baxmayaraq, müraciətlərə heç bir məhəl qoyulmamış və icra sənədi tam icrasız qalmışdır. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmadığından qərardad ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-494/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X2 hazırki şikayət ərizəsindən görünür ki, o, ərizədə tərəflərin statusunu qeyd etməmiş, sonda isə hansı məhkəmə aktının çıxarılmasını göstərməmişdir. Bundan başqa, A.İ.İsmayılovun Maraqlı şəxsndən dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması barədə tələbinə məhkəmədə baxılmalı deyildir. Hazırda qüvvədə olan prosessual qanunvericiliyə görə iddia ərizəsinin bir hissəsinin geri qaytarılması, bir hissəsinin isə qəbulundan imtina edilməsi nəzərdə tutulmadığından məhkəmə hazırki ərizənin bütünlüklə geri qaytarılması nəticəsinə gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarından müəyyən edilir ki, ərizəçi Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin 3 ilə yaxın müddət ərzində icra olunmadığına görə Maraqlı şəxs rəisi İlqar Abdurahmanov və icra məmuru Hikmət Quliyev barəsində tədbir görülməsini, həmçinin icra sənədi icra olunmadığına görə dəymiş maddi ziyan kimi 150000 manat və mənəvi ziyan kimi 10000 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının İİ bəndinə görə qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Plenum Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda, məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Bu Qərarda göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Sadalanan qanunvericilik normalarına görə icra icraatı zamanı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə narazılıq müvafiq şəxs tərəfindən şikayət ərizəsi vasitəsilə bildirilir. Tərəflər ərizəçi və maraqlı şəxs kimi qeyd edilir və yekunda məhkəmə mübahisə üzrə qərardad qəbul edir. X2 hazırki şikayət ərizəsindən isə görünür ki, o, ərizədə tərəflərin statusunu qeyd etməmiş, sonda isə hansı məhkəmə aktının çıxarılmasını göstərməmişdir. Bununla da ərizənin forması və məzmunu qanunvericiliyin tələblərinə, yəni MPM-nin 149-cu maddəsinə uyğun deyildir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki işdən görünür ki, şikayət ərizəsinin forma və məzmununa riayət edilmədiyindən X1nun icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-494/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-494/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-124/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-124/2023
07.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver