Məhkəmə qərarları › İş №8(105)-124/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-124/2024

15.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-124/2024 15.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X25 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, X3 iştirakı ilə, X3 qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsinin geri qaytarılmasına dair ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ X6 məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-515/2021 nömrəli xx.xx.2021-ci tarixli qətnaməsinin icrasına möhlət verilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2019cu il tarixli, 2(012)-564/2019 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfıyeva) iddiaçı Tələbkar cavabdehlər X16, X17, X1 və X10 qarşı evdən çıxarılma, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, X21, X22, X5 və X8 Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, 43 saylı evdən çıxarılmaları, evin Tələbkar təhvil verilməsi, mənəvi zərərə görə 2000 manat və 30,40 manat dövlət rüsumuna görə pulun X21, X22, X4 və X7 müştərək qaydada tutulub Tələbkar verilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. O və onun ailə üzvləri - Şakir Səfər oğlu, X5, X18 və maraqlı şəxs X19 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(105)-515/2021 nömrəli qətnaməsi ilə cavabdehlər X14, Şakir Səfər oğlunun, X2, X8 və maraqlı şəxs X11 apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(012)-561/2019 nömrəli qətnaməsi mənəvi zərərə görə 2000 manatın X21, X22, X5 və X7 müştərək qaydada tutulub Tələbkar verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-515/2021 nömrəli qətnaməsi icraya yönəldilmişdir. Qətnamənin icrası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Sözügedən ünvanda o və onun ailə üzvləri - X5 (xx.xx.1962-ci il təvəllüdlü anası), X19 (xx.xx.1984-cü il təvəllüdlü qardaşı), X20 (xx.xx.1996-cı il təvəllüdlü qardaşının arvadı), X12 (xx.xx.2015ci il təvəllüdlü qardaşının qızı), X23 (xx.xx.2011-ci il təvəllüdlü oğlu), X15 (xx.xx.2024-cü il təvəllüdlü qardaşının qızı) yaşayır. Həmin evdə yaşayan X19, X20, X12, X23, X15 qətnamədə adları qeyd olunmayan şəxslərdir. Hal-hazırda icra vərəqəsi məcburi qaydada icraya yönəldilmişdir. İcra olunması üçün icra vərəqəsi aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Atası 2021-ci il tarixində vəfat etmişdir. Yuxarıda adları qeyd olunan şəxslərə o baxır. Maddi vəziyyəti çox ağırdır. Başqa yaşayış yeri yoxdur. Halhazırda evdən çıxarılsalar, çöldə qalacaqlar. Uzun müddətdir ki, kirayə ev axtarmaqlarına baxmayaraq tapa bilməmişdir. Dəfələrlə mövcud vəziyyətini icraçıya bildirərək ona vaxt verilməsini xahiş etsə də, müraciətləri nəzərə alınmamışdır. O və ailə üzvləri çox uzun zamandır ki, həmin ünvanda yaşayırlar. Anası yaşlı qadındır və müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ailədə körpə uşaqları var. Yaşamaq üçün heç bir yerləri yoxdur. İcra vərəqəsinin icrasından imtina etmir. Sadəcə mövcud vəziyyətlə əlaqədar olaraq ona və ailə üzvlərinə vaxt verilməsini və icra vərəqəsinin icrasının təxirə salınmasını xahiş edir. O, yenidən yazılı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, qətnamənin icrasına möhlət verilməsi ilə bağlı həmin ərizənin geri qaytarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, ərizədən imtina edilməsini tənzimləyən bilavasitə norma olmadığından, oxşar münasibətlərin tənzimləyən, qətnamədən verilmiş apellyasiya şikayətindən imtina edilməsi ilə bağlı münasibətləri tənzimləyən normalara uyğun ərizəyə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 11.1. maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır (Mülki Prosessual Məcəllənin 363.1.4. maddəsi) Mülki Prosessual Məcəllənin 369.2. maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, X6 qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsini geri götürdüyündən, ərizə ona geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 263, 264., 369-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Ərizə təmin edilsin, qətnamənin icrasına möhlət verilməsi barədə X3 ərizəsi ona geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar