Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-124/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X14 (məruzəçi), X5 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İcra sənədi üzrə tələbkar X3 aliment məbləğinin indeksasiyasına dair ərizəsi üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-77/2025 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətinin bərpasına dair borclu Maraqlı şəxs ərizəsinin təmin edilməməsi barədə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-77/2025 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ İcra sənədi üzrə tələbkar X6 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1302/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Xaçmaz rayonu Hülövlü kəndi qeydiyyatda olan və yaşayan Maraqlı şəxs hər ay uşağa görə tutulan 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Maraqlı şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1302/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Maraqlı şəxs hər ay 100 manat məbləğində sabit pul məbləğində aliment alınaraq X4 verilməlidir. Hesab edir ki, onun xeyrinə tutulan 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqında müəyyən edilməlidir. Cavabdehin maddi imkanı yaxşıdır, ölkəmizdə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin isə maddi imkanı yaxşıdır. Cavabdehin yüksək məbləğdə aliment ödəməyə qadirdir. Ata kimi uşaqlarını saxlamaq cavabdehin valideynlik borcudur. Cavabdehlə aralarında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. Məlum olduğu kimi, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci ildə yaşayış minimumu 400 manat müəyyən edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-77/2025 nömrəli qərardadı ilə ərizənin qismən təmin edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1302/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli həddində sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq X4 ödənilməsi, ərizənin qalan hissədə rədd edilməsi qərar alınmışdır (hakim Sərxan Səmədzadə). Borclu Maraqlı şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)- 77/2025 saylı qərardadından apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 8(067)-77/2025 nömrəli qərardadını xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirildiyi və həmin tarixdə qərardadın tərəfindən alındığı göstərilmişdir, qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddətin axını da məhz həmin tarixdən başladığı və xx.xx.2025-ci il tarixdə bitdiyi göstərilmişdir. O, şikayətin poçt vasitəsilə qəbul ediləcəyini düşünürdü. O, şikayət vermək üçün prosessual müddəti ötürməmiş şikayəti yazaraq poçt vasitəsilə məhkəməyə göndərmişdir. Lakin asan imzası bir ildən çoxdur ki bağlanıb və işləmir. Bu səbəbdən o elektron qaydada şikayəti həmin müddətdə verə bilməmişdir. O, asan imzanı yenidən xx.xx.2025-ci il tarixdə saat 17:00-da almışdır. Onun elektron qaydada qərardaddan şikayət vermək imkanı mövcud olmamışdır. Bildirir ki, o həqiqətən də elektron kabinetdən və asan imzada istifadə etmək və şikayəti qanunda nəzərdə tutulmuş vaxta vermək üçün imkanı olmamışdır. Lakin buna baxmayaraq o şikayəti şikayət müddətini ötürməmiş poçt vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə göndərmişdir. Belə ki, məhkəmə qərarının ona şəxsən çatdırılmaması həmin qərardan xəbərsiz qalmağına, məhkəməyə müraciət hüququndan məhrum olmağına səbəb olur. Beləliklə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmə sənədlərinin lazımi qaydada göndərilməməsi ədalətli məhkəmə araşdırmasımı pozuntusu kimi qiymətləndirilir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)-77/2025 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)-77/2025 saylı qərardadından borclu Maraqlı şəxs buraxılmış şikayətin verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilməmişdir. Maraqlı şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 8(067)-77/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddəti bərpa edərək işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin göstərilən qərardadı ilə, tələbkar X1 Apelyasiyya məhkəməsinin 2(105)-1302/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ondan tutulan 100 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq, sonrakı artımlar da nəzərə alınmaqla hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 8(067)– 77/2025 nömrəli qərar qəbul edərək tələbkarın ərizəsini qismən təmin etmişdir. Belə ki, həmin qərardadın qərara aldı hissəsində xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanıması üçün Sumaqayıt Apelyasiyya Məhkəməsinin 2(105)-1302/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq X8ma ödənilsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsi xx.xx.2025-cil tarixli 8(067)- 77/2025 nömrəli iş üzrə qərardadından narazı qaldığı üçün şikayət vermişdir. Həmçinin buraxılmış prosessual müddətin bərpası üçün məhkəməyə ərizə vermişdir. Xaçmaz Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 8(067)-77/2025 saylı qərardadı ilə 03 mart 2025-ci il tarixli 8(067)-77/2025 saylı qərardadından onun buraxılmış şikayətin verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilməmişdir. Xaçmaz Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 8(067)-77/2025 nömrəli qərardadını xx.xx.2025-cü il tarixdə elektron kabinetə yerləşdirildiyi və həmin tarixdə qərardadın tərəfindən alındığı göstərilmişdir, qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddətin axını da məhz həmin tarixdən başladığı və 11.4.2025-ci il tarixdə bitdiyi göstərilmişdir. O, şikayətin poçt vasitəsilə qəbul ediləcəyini düşünmüşdür. Şikayəti vermək üçün prosessual müddəti ötürməmiş şikayəti yazaraq poçt vasitəsilə məhkəməyə göndərmişdir. Lakin asan imzası bir ildən çoxdur ki bağlanıb və işləmir. Bu səbəbdən o elektron qaydada şikayəti həmin müddətdə verə bilməmişdir. Asan imzanı yenidən xx.xx.2025- ci il tarixdə saat 17:00-da almışdır. Onun elektron qaydada qərardaddan şikayət vermək imkanı mövcud olmamışdır. O, həqiqətən də elektron kabinetdən və asan imzadan istifadə etmək və şikayəti qanunda nəzərdə tutulmuş vaxta vermək üçün imkanı olmamışdır. Lakin buna baxmayaraq şikayəti şikayət müddətin ötürməmiş poçt vasitəsilə Xaçmaz rayon məhkəməsinə göndərmişdir. Bununla o edilməli prosessual hərəkəti vaxtında etmiş, şikayət üçün nəzərdə tutulmuş vaxt başa çatmadan qərardaddan şikayəti məhkəməyə göndərmişdir. Lakin şikayət üçün nəzərdə tutulan vaxtda şikayət versə də hakim tərəfindən qərəzli şikayətinin qəbulundan imtina olunaraq müddət bərpası ilə əlaqədar ərizəsi təmin edilmir. Onun Konstitusiyon hüquqları pozulmaqda davam edir. Onun məhkəmə əlçatanlığı, işinə Apellyasiya inistansiyasında baxılmaq hüququndan, ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilir. İşinə mahiyyəti üzrə baxılmasını, məhkəmə araşdırmasında hüquqlarının bərpa olunmasını istəyir. Lakin hakim müddəti bərpa etmir və işinə mahiyyəti üzrə baxılmır. Belə ki, məhkəmə qərarının ona şəxsən çatdırılmaması onun həmin qərardan xəbərsiz qalmağına, məhkəməyə müraciət hüququndan məhrum olmağına səbəb olur. Beləliklə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmə sənədlərinin lazımi qaydada göndərilməməsi ədalətli məhkəmə araşdmnasının pozuntusu kimi qiymətləndirilir. Bir sıra qərarlarında Konstitusiya Məhkəməsinin Plenumu işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməsinin və məhkəmə sənədlərinin rəsmi qaydada təqdim olunmasının hüquq və azadlıqların məhkəmədə müdafiəsinin təmin edilməsi baxımından əhəmiyyətinə dair hüquqi mövqelərini ifadə etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, həmin mövqeləri nəzərə almayaraq, məhkəmələr tərəfindən oxşar səhvlərin buraxılması yolverilməz hesab edilir və prosessual qanunvericiliyin tələblərinin pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə şikayəti vermək üçün prosessual müddəti ötürməmiş şikayəti yazaraq poçt vasitəsilə məhkəməyə göndərdiyini, lakin asan imza bir ildən çoxdur ki bağlanıb və işləmədiyini və bu səbəbdən elektron qaydada şikayəti həmin müddətdə verə bilməməsini nəzərə almamışdır. O, asan imzanı yenidən xx.xx.2025-ci il tarixdə saat 17:00-da almışdır. Onun elektron qaydada qərardaddan şikayət vermək imkanı mövcud olmamışdır. Həqiqətən elektron sistem vasitəsliə şikayət verilməsi tərəfindən üzürlü səbəblərdən mümkün olmamışdır. Bildirir ki, həqiqətən də elektron kabinetdən və asan imzadan istifadə etmək və şikayəti qanunda nəzərdə tutulmuş vaxta vermək üçün imkanı olmamışdır. Lakin buna baxmayaraq o şikayəti şikayət müddətin ötürməmiş poçt vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə göndərmişdir. Bununla o edilməli prosessual hərəkəti vaxtında etmiş, şikayət üçün nəzərdə tutulmuş vaxt başa çatmadan qərardaddan şikayəti məhkəməyə göndərmişdir. Lakin hakim bunların heç birini nəzərə almamış, məhkəmə qərarı əsaslandırılmamışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-77/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)- 77/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-77/2025 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs elektron kabinetinə yerləşdirilmişdir. Borclu şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü səbəbdən baş verməsini təsdiqləyən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Həmin dəlillər müddət bərpa barədə ərizə ilə eyniməzmunlu olmaqla mübahisələndirilən qərardadın ləğvi üçün heç bir əsasa söykənmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qərardaddan şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-77/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-77/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-124/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-124/2025
25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver