Məhkəmə qərarları › İş №8(105)-125/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-125/2021

24.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-125/2021 24.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Tələbkar: Borclu, Borclu: Cavabdeh iştirakları ilə, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 05 noyabr 2019-cu il tarixli 2(067)- 2825 saylı iş üzrə verilmiş icra sənədi üzrə borclu Cavabdeh ölkədən getmə hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərardadından tələbkar Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim E.X.Hüseynov) Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 05 noyabr 2019-cu il tarixli 2(067)-2825 saylı iş üzrə verilmiş icra sənədi üzrə borclu Cavabdeh ölkədən getmə hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun təqdimatın təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Lamiyə Hüseynquliyeva məhkəməyə təqdimatla müraciət edərək, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 05 noyabr 2019-cu il tarixli 2(067)-2825 saylı iş üzrə verilmiş icra üzrə borclu Cavabdeh ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 05 noyabr 2019-cu il tarixli 2(067)-2825 saylı iş üzrə verilmiş icra sənədinə əsasən borclu Cavabdeh 16 fevral 2005-ci il təvəllüdlü X2 və 07 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat aliment tutulub Borclu verilməlidir. İcra məmuru tərəfindən 28 avqust 2020-ci il tarixdə icraata başlanılmış və borcun könüllü qaydada icra edilməsi üçün borcluya rəsmi qaydada bildiriş göndərilmiş, lakin borc ödənilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Tələbkar Borclu şikayəti onunla əsaslandırmışdır ki, borclunun hazırda ona 3390 manat aliment borcu var. O, könüllü olaraq aliment borcunu ödəmir. Lakin buna baxmayaraq onun ölkədən getmək hüququ məhdudlaşdırılmamışdır. Bu qanunsuzdur. Çünki hazırda onun xeyli məbləgdə aliment borcu var. Borclu borcu ödəməkdən yayınır. Əgər borclu ölkə ərazisini tərk edərsə, o zaman qətnamənin icrası ümumiyyətlə mümkünsüz olacaq. Qərardad ləğv edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 8(060)-181/2021 saylı qərardadın ləğv olunması və təqdimatın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tələbkar Borclu şikayətin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Borclu Cavabdeh şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə təqdimat verən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdə olan Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 05 noyabr 2019-cu il tarixli 2()67)-2825 saylı icra sənədindən görünür ki, borclu E.H,Şıxqayıbovun 16 fevral 2005-ci il təvəllüdlü Aygün və 07 mart 2010-cu il təvüllüdlü Emiliyanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat aliment tutulub Borclu verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmr bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, Həmçinin, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilir ki, icra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan MR-nın Agır Cinayətlər Məhkəməsinin, Agır cinayətlər Məhkəmələrinin, İnzibati-İqtisadi Məhkəmələrin, Hərbi məhkəmələrinin, rayon (şəhər) məhkəmələrinin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrinin mülki, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını həyata keçirirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İşdə olan 29 yanvar 2021-ci il tarixli, 09 mart 2021-ci il tarixli, 11 mart 2021-ci il tarixli və 21 aprel 2021-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən Borclu müvafiq olaraq 150 manat, 100 manat, 100 manat və 150 manat ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri secə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasıya dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqlar naminə, ictimai qaydanı qoruman üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Məhkəmə kollegiyası tələbkarın qərardadın qanunda zidd olmasının birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması barədə gətirdiyi dəlili qəbul etmir. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Tələbkar Borclu şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 22 aprel 2021-ci il tarixli 8(060)-181/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar