Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-128/2020 16.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Tələbkar nümayəndəsi və vəkili X5, Borclu nümayəndəsi və vəkili X1, Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(067)-115/2020 saylı qərardadından Tələbkar şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(067)-115/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim İlkin Xəlilov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11129/2019 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,80 ha, 1,0 ha, 0,06 ha, 0,12 ha, 0,39 ha, 0,38, 0,03 ha və Şabran rayonu, Dəvəçi kəndində yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, DAF FT FX 105.460 yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı və Temsa Safari SD Avtobus markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Xaçmaz rayon İcra və probasiya şöbəsinin təqdimatının təmin edilməməsi qərara alınmış, tələbkar qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11129/2019 saylı icra vərəqəsinə əsasən Borclu 113100 ABŞ dolları məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. Xaçmaz rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,80 ha, 1,0 ha, 0,06 ha, 0,12 ha, 0,39 ha, 0,38, 0,03 ha və Şabran rayon Dəvəçi kəndində yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, DAF FT FX 105.460 yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı və Temsa Safari SD Avtobus markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin üzərində sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin torpaq sahələrinə və avtonəqliyyat vasitələrinə yönəldilməsi məsələsinə baxılmasını xahiş etmiş və təqdimatını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11129/2019 saylı icra sənədinə əsasən Borclu 113100 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borclu mülkiyyətində Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,80 ha, 1,0 ha, 0,06 ha, 0,12 ha, 0,39 ha, 0,38, 0,03 ha və Şabran rayonu, Dəvəçi kəndində yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, DAF FT FX 105.460 yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı və Temsa Safari SD Avtobus markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri qeydə alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(067)-115/2020 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11129/2019 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,80 ha, 1,0 ha, 0,06 ha, 0,12 ha, 0,39 ha, 0,38, 0,03 ha və Şabran rayonu, Dəvəçi kəndində yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, DAF FT FX 105.460 yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı və Temsa Safari SD Avtobus markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Xaçmaz rayon İcra və probasiya şöbəsinin təqdimatının təmin edilməməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Miilki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11129/2019 saylı icra sənədinə əsasən Borclu 113100 ABŞ dolları məbləğində pul tutularaq ona verilməlidir. Borclunun kifayət qədər vardövləti olsa da, qətnamə qəsdən icra edilməmiş və onun xeyrinə pul ödənilməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-115 saylı, xx.xx.2020-ci il tarixli qərardadının surəti ilə xx xxxxxxxx 2020-ci il tarixdə tanış olmuş və rəsmi qaydada Xaçmaz rayon İcra və probasiya şöbəsindən almışdır. Məhkəmə qanunsuz və əsassız olaraq icra məmurunun təqdimatını təmin etməmiş, onun xeyrinə ödəniləcək məhkəmə qətnaməsinin icrasına maneçilik törətmişdir. Belə ki, məhkəmə sadəcə formal tələblərə əsaslanmışdır. Məhkəmə icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri ilə bağlı zəruri məlumatların olmaması ilə əlaqədar təqdimatı təmin etməmişdir. Bu isə onun ziyanına icra edilməmiş məhkəmə qətnaməsinə formal yanaşmadır. Şikayətdə iş üzrə qərardadın ləğv edilməsi və təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar nümayəndəsi X9 şikayətdə göstərilənlərə uyğun izahat verdi. Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru X6məhkəmə iclasında tələbkarın şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Borclu nümayəndəsi X4 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə qərardadın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Borclu tərəfindən qətnamənin icrası ilə bağlı tələbkara 10.000 ABŞ dolları ödənilmişdir. Borclu qətnamənin icrasından boyun qaçırmır. Tələbkar və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11129/2019 saylı icra vərəqəsinə əsasən Borclu 113100 ABŞ dolları məbləğində pulun tutularaq Tələbkar ödənilməlidir. İş materiallarında olan şəxsin kartoçkasından çıxarışdan görünür ki, Borclu mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,80 ha, 1,0 ha, 0,06 ha, 0,12 ha, 0,39 ha, 0,38, 0,03 ha və Şabran rayon Dəvəçi kəndində yerləşən 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, DAF FT FX 105.460 yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı və Temsa Safari SD Avtobus markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin qanunun 45.2-ci maddəsinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin qanunun 45.5-ci maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Həmin qanunun 45.7-ci maddəsinə görə tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimatdan görünür ki, icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri və başqa sərvətlərinin olub-olmaması araşdırılmamış və müvafiq araşdırmanın aparılmasına dair sənədlər təqdimata əlavə edilməmişdir. “İcra haqqında” qanunun 49.2-ci maddəsinə görə fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 3-cü bəndinə görəfiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. İcra məmuru təqdimatla məhkəməyə müraciət edərkən “İcra haqqında” qanunun 49.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 3-cü bəndinin tələblərini nəzərə almamış, Borclu əsas məşğuliyyətinin kənd təsərrüfatı olub-olmamasını aydınlaşdırmamış, bundan asılı olaraq borcluya məxsus 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulub-qoyulmamasının zəruriliyini əsaslandırmamışdır. Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatının təmin edilməməsinə baxmayaraq qərardaddan şikayət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, tələbkarın şikayətdə göstərilən dəlillərini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 397-398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(067)-115/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №8(105)-128/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-128/2020
16.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver