Məhkəmə qərarları › İş №8(105)-128/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-128/2021

08.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-128/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər Yasamal Rayon İcra və probasiya şöbəsi tərəfindən icra sənədinə xitam verilməsi barədə qərarından Tələbkar ASC-nin şikayət ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-96/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar ASC Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi (18.02.2021-ci il tarixli) ilə müraciət edərək, Bakı şəhər Yasamal Rayon İcra və probasiya şöbəsinin 15.05.2020-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən Tələbkar ASC-nin Bakı şəhər Yasamal Rayon İcra və probasiya şöbəsi tərəfindən icra sənədinə xitam verilməsi barədə qərarından şikayət ərizəsi Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-96/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Tələbkar ASC Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-96/2021 saylı, 23 fevral 2021ci il tarixli qərardadından şikayət (16.03.2021-ci il tarixli) verərək ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-96/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası MPM-nin 150.0.3-cü maddəsinin tələbləri pozulduğundan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-96/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Tələbkar ASC Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-96/2021 saylı, 19 mart 2021ci il tarixli qərardadından şikayət (06.05.2021-ci il tarixli) verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-96/2021 saylı, 16 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar ASC-nin nümayəndəsi X2 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli 8(060)-96/2021 saylı qərardadına əsasən iddiaçı Tələbkar ASC-nin cavabdeh Borclu qızma qarşı Bakı Şəhər Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinə xitam verilməsi barədə qərarından şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Hesab edir ki, qərardad tamamilə qanunsuz və əsassız, həmçinin Tələbkar ASC-nin mənafelərinə ziddir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli 8(060)-96/2021 saylı qərardadına əsasən iddiaçı Tələbkar ASCnin cavabdeh Borclu qızma qarşı Bakı Şəhər Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinə xitam verilməsi barədə qərarından şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Borclunun sözügedən qərardad üzrə şikayətə əlavə edilən sənədlərin siyahısında 4 adda sənəd qeyd edilməsinə baxmayaraq həmin sənədlər şikayətə əlavə edilməməsi səbəbindən geri qaytarılmışdır. Halbuki, şikayət ərizəsinə qeyd edilən sənədlər tam olaraq əlavə edilmişdir. 19 mart 2021-ci il tarixli 8(060)-96/2021 saylı qərardadından verilmiş şikayətdə Natiq Novruzovun Tələbkar ASC-nin işçisi olmasına dair və həmçinin ona verilmiş etibarnamənin əsli əlavə edilmişdir. Beləliklə, şikayət ərizəsində Bakı Şəhər Yasamal Rayon İcra və Probasiya Şöbəsinin 15.05.2020-ci tarixli qərarının ləğv olunması və 2(060)-1043/2010 saylı 17.06.2010-cu il tarixli icra sənədi üzrə icra işinin davam etdirilməsi barədə müvafiq qərar qəbul edilməsini qeyd etmişlər. Odur ki, Sumqayıt şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli 8(060)-96/2021 saylı şikayət ərizəsinin geri qaytarılması barədə qərardadının ləğv edilməsi, 18.02.2021-ci il tarixli, RB-05/PK-1699 saylı şikayət ərizəsinin baxılması və Yasamal Rayon İcra və Probasiya Şöbəsinin 15.05.2020-ci tarixli qərarının ləğv olunması və 2(060)-1043/2010 saylı 17.06.2010-cu il tarixli icra sənədi üzrə icra işinin davam etdirilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Yasamal rayon İcra və probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-96/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-96/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayəti geri qaytarılmasın qənaətinə gələrkən Tələbkar ASC-nin qanuni təmsilçisinin X3 olmasını, şikayətin Natiq Novruzov tərəfindən imzalanmasını, ona etibarnamənin Elçin Qədimov tərəfindən verilməsini, lakin Natiq Novruzovun Tələbkar ASC-nin işçisi olmasına dair sənədlər şikayətə əlavə edilməməsi, həmçinin ona verilmiş etibarnamənin kserosurətinin əlavə edilməsini müəyyən etmişdir. Eyni zamanda şikayətə əlavə edilən sənədlərin siyahısında 4 adda sənəd qeyd edilməsinə baxmayaraq həmin sənədlər şikayətə əlavə edilməmişdir. Bu barədə Sumqayıt şəhər Məhkəməsinin müvafiq əməkdaşları tərəfindən 03.02.2021-ci il tarixli 11 saylı akt tərtib edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 363-cü maddəsinə əsasən apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, şikayət geri qaytarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yuxarıda qeyd edilən qərarlardan şikayət verilərkən şikayəti imzalayan şəxsin şikayəti imzalamaq səlahiyyətinin olması iş materialları ilə təkzib edilmişdir. Belə ki, şikayət ərizəsi imzalanaraq məhkəməyə təqdim edilən zaman şikayəti imzalamış Natiq Novruzovun Tələbkar ASC-nin işçisi olmasına dair sənədlər şikayətə əlavə edilməiş, həmçinin ona verilmiş etibarnamə kserosurət olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə borclunun şikayətdə göstərdiyi dəlilləri əsassız hesab edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-96/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-96/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar