Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-128/2024 31.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-332/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixl qərardadından Tələbkar BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakim H.Əhmədov) Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 2(012)-641/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinin izah edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Tələbkar BOKT Açıq Səhmdar Cəmiyyəti qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-332/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar BOKT ASC-nin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixində verdiyi şikayət ərizəsinin təmin edilməməsi və şikayət baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Abşeron Rayon Məhkəməsinin 2(012)-641/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən, 112 saylı fərdi yaşayış evindən Borclu istifadə hüququna xitam verilməsi, Borclu Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən, 112 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-641/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsində göstərilən Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 112 saylı fərdi yaşayış evindən Borclu başqa orada yaşayan digər şəxslərin həmin evdən çıxarılması məsələsinə aydınlıq gətirilməklə icra sənədinə müvafiq izahın verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar BOKT Açıq Səhmdar Cəmiyyəti Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)- 332/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-641/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilməsi barədə Abşeron Rayon İcra şöbəsi tərəfindən verilən ərizənin təmin edilməsi, əks halda şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-641/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Tələbkar BOKT ASC-nin Borclu qarşı iddiası təmin edilmiş, Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən, 112 saylı fərdi yaşayış evindən Borclu istifadə hüququna xitam verilməsi, Borclu Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən, 112 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Qətnamə qüvvəyə minmiş, icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 112 saylı evdə olan zaman orada Borclu başqa digər şəxslərin olması müəyyən edilmiş, borclu şəxs qeyd olunan evdən çıxarılmışdır. Bu barədə müvafiq akt tərtib edilmişdir. Daşınmaz əmlakın boşaldılıb mülkiyyətçiyə təhvil verilməsi məqsədi ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-641/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsində göstərilən Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 112 saylı fərdi yaşayış evindən Borclu başqa orada yaşayan digər şəxslərin həmin evdən çıxarılması məsələsinə aydınlıq gətirilməklə icra sənədinə müvafiq izahın verilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-332/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardad belə əsaslandırılmışdır ki, qətnamənin izah edilməsi onun məzmununun dəyişdirilmədən izah edilməsi kimi nəzərdə tutulmuşdur, qətnamənin nəticə hissəsi qeyri-müəyyən olduqda, bu da qətnamənin icrasında ziddiyyət, qeyri-müəyyənlik və anlaşılmazlıq yaratdıqda, qətnamənin izah olunmasına yol verilir və hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi aydın, anlaşılan qaydada yazılmış, məhkəmə həmin qətnamədə iddia tələbinə uyğun qətnamə çıxarmışdır, bu səbəbdən də məhkəmə hesab edir ki, qətnamədə ziddiyyət, qeyri-müəyyənlik və anlaşmazlıq olmadığından qətnaməyə izah verilməsinə ehtiyac yoxdur və hazırda tələb olunan formada qətnaməyə izah verilməsi qətnamənin məzmununun dəyişdirilməsi ilə nəticələnəcəkdir. Hesab edir ki, aşağıdakı səbəblərə görə sözügedən qərardad ləğv edilməli və icra məmurunun izah barədə ərizəsi təmin edilməlidir. Yuxarıda qeyd edilənlərdən və icra işinin materiallarından göründüyü kimi, icra sənədinin icra edilməsinə baxmayaraq, Tələbkar BOKT ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 112 saylı fərdi yaşayış evi boşaldılıb mülkiyyətçiyə təhvil verilməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-641/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilsə də hazırda Borclu istifadə hüquqlarına xitam verilməsi və onun həmin evdən çıxarılmasına baxmayaraq, mülkiyyət hüququ ilə Tələbkar BOKT ASC-yə məxsus əmlakda digər şəxslərin qeydiyyatsız yaşaması əmlakın boşaldılması və mülkiyyətçiyə təhvil verilməsinə maneçilik törədir. Bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Abşeron Rayon İcra şöbəsi tərəfindən yuxarıda qeyd edilən qətnaməni çıxaran hakimə qətnaməyə izah verilməsi barədə ərizə verilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini qətnamədə ziddiyyət, qeyri-müəyyənlik və anlaşmazlıq olmadığından qətnaməyə izah verilməsinə ehtiyac olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1. maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə görə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamənin aydın və dəqiq, eləcə də ziddiyyətli olması müəyyən edilmədiyindən, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Tələbkar BOKT Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli və onunla bağlı 30 sentyabr 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-128/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-128/2024
31.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver