Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-129/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, Sumqayıt şəhər məhkəməsinin 21 dekabr 2020-ci il tarixli, 8(060)-492/2020 saylı qərardadından X1 Rüfət oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 21 dekabr 2020-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər 4 saylı notariat ofisinin 8İ-13061 saylı, 30.10.2020-ci icra sənədi üzrə «İcra qərarının icraatına xitam verilməsi» barədə X1 Rüfət oğlunun ərizəsi təmin edilməməsi qərara alınmışdır. X1 Rüfət oğlu qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər məhkəməsinin 21 dekabr 2020-ci il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt Şəhər 4 saylı notariat ofisinin 8İ-13061 saylı, 30.10.2020-ci il tarixli icra sənədi üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyəti xeyrinə 19.09.1995-ci il təvəllüdlü Quliyev Məhəmməd Rüfət oğlundan BPM**********35 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4432 manat 62 qəpik, əlavə olaraq 20 manat dövlət rüsumu ümumilikdə 4452,62 manat pul tutulmalıdır. Hazırda X1 Rüfət oğlu Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Sumqayıt şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru Lamiyə Hüseyinquliyeva 182756/2020 saylı icra qərarı üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ X1 Rüfət oğlu Sumqayıt şəhər məhkəməsinin 21 dekabr 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır, ləğv olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını, məruzəçini dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 21 dekabr 2020-ci il tarixli və onunla bağlı 30 aprel 2021-ci il tarixli qərardadları ləğv edilməli, iş üzrə icraata xitam verilməsinə dair yeni qərardad qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsini bu barədə əsaslı olan heç bir sənəd təqdim etməməsi ilə əsaslandırmışdır. Bu nəticə ilə razılaşmayan X1 Rüfət oğlu qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində icraata xitam verilməsinin əsasları göstərilmişdir. Həmin maddəyə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.2. maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.5. maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, borclu Məhəmməd Quliyev icraata xitam verilməsi ilə bağlı icra məmuruna müraciət etməli olduğu halda, birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmə isə ərizənin yolverilməzliyinə görə geri qaytarmaq əvəzinə ərizəyə baxaraq qərardad qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 21 dekabr 2020-ci il tarixli və onunla bağlı 30 aprel 2021-ci il tarixli qərardadları ləğv edilməli, iş üzrə icraata xitam verilməsinə dair yeni qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 21 dekabr 2020-ci il tarixli və onunla bağlı 30 aprel 2021-ci il tarixli qərardadları ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-129/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-129/2021
02.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver