Məhkəmə qərarları › İş №8(105)-129/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-129/2022

17.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-129/2022 17.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İcra sənədi üzrə Borclu məxsus bank hesabındakı pul vəsaitinin üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin təqdimatı üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərardadından Tələbkar Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim M.A.Abbasova) təqdimatın qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2(012)-70/2019 saylı icra sənədi üzrə Borclu məxsus Tələbkar ASC-nin depozit hesabında olan 310.000 manat pul vəsaitinin üzərinə, cəmi 288245,16 manat hissədə həbsin qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Abşeron Rayon Məhkəməsinin 2(012)-70/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə Tələbkar ASC-nin depozit hesabında olan Borclu məxsus 310000 manat pul vəsaitinin üzərinə cəmi 288352 manat məbləği həcmində həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslaqndırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2(012)-70/2019 nömrəli icra sənədinə əsasən Borclu 16 dekabr 2009-cu il tarixli 01 saylı kredit müqaviləsi üzrə 124755 manat, 30 dekabr 2014-cü il tarixli İKM 04 saylı kredit müqaviləsi üzrə 106.461 manat məbləğində pul və rüsuma görə 30 manat məbləğində pul alınıb, Tələbkar ASC-yə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan cəmi 400 manat pul cavabdeh Borclu alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. İcra sənədi 17 iyun 2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, borclunun ünvanına çagırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin təstiq etdiyi 3M-1704 saylı 11 avqust 2021-ci il tarixli tələb hüququnun alqı-satqı müqaviləsinə əsasən X2 ləğv prosesində olan Tələbkar ASC-ki hesabında olan ******* manat pul məbləgindən 310000 manat pul hissəsi üzərində tələb hüquqları borclunun mülkiyyətinə qəbul olunmuşdur. Şöbəyə təqdim olunmuş ləğv prosesində olan Tələbkar ASC-nin 03 iyul 2020-ci il tarixli məktubunda həmin bankda vətəndaş O.A.Əliyevə məxsus ******* manat məbləğində pul vəsaitinin oldugu müəyyən edilmişdir. İcra sənədində göstərilən tələb könüllü qaydada təmin edilmədiyindən Borclu tələbkarın hesabına qalıq 268988 manat məbləğində borc və icra sənədi üzrə tutulmalı pul məbləğinin 7% həcmi olan 18864 manat məbləğində pul tutularaq Abşeron rayon İcra şöbəsinin depozit hesabına ödənilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İcra sənədi üzrə tələbkar LPO Tələbkar ASC şikayəti onunla əsaslandırmışdır ki, onun bütün hüquqları pozulmuşdur. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə mübahisəni həll edərkən tələbkarın qanuni maraqlarını nəzərə almamışdır. Borclu krediti təminatsız kreditdir və X6 borclunun zamini deyildir. Həmçinin, qərar qəbul edilərkən tələbkar bankın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və həbsin qoyulmasına dair tələbkarın heç bir razılığı da olmamışdır. İcra sənədi üzrə Borclu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə qərarını icra etməkdən yayınmış və bu günədək Tələbkar ASC-yə olan öhdəliyini icra etməmişdir. LPO Tələbkar ASC-nin dövlət və ayrıayrı şəxslər qarşısında öz öhdəlikləri vardır və borclu şəxslərin (fiziki və ya hüquqi) məsuliyyətdən yayınması bu öhdəliklərin icrasında əlavə çətinliklər yaradır. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 8(012)-520/2022 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2(012)-70/2019 nömrəli icra sənədinə əsasən Borclu 16 dekabr 2009-cu il tarixli 01 saylı kredit müqaviləsi üzrə 124755 manat, 30 dekabr 2014-cü il tarixli İKM 04 saylı kredit müqaviləsi üzrə 106.461 manat məbləğində pul və rüsuma görə 30 manat məbləğində pul alınıb, Tələbkar ASC-yə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan cəmi 400 manat pul cavabdeh Borclu alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. İşdə olan Bakı şəhəri 14 saylı notariat ofisində təstiq edilmiş ZM/-1704 saylı 11 avqust 2021-ci il tarixli tələb hüququnun alqı-satqı müqaviləsindən görünür ki, X3 Ləğv prosesində olan Tələbkar ASC-ki hesabında olan ******* manat pul məbləğindən 310000 manat pul hissəsi üzərində tələb hüquqları Borclu mülkiyyətinə qəbul olunmuşdur. Borclu alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. İcra sənədi 17 iyun 2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, borclunun ünvanına çagırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. İcra sənədində tələb edilən ümumi vəsait 269388 (124755+37742+106461+30+400) manat təşkil edir. Bu məbləgin icra məmurunun fəaliyyəti nəticəsində tutulmasına görə «İcra haqqında» Qanunun 78.1-ci maddəsinə görə icra ödənişi 18857,16 manat təşkil edir. Bank hesabındakı vəsait hər iki ödənişin ödənilməsini təmin etdiyi müəyyən edilmişdir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 45.1ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə kollegiyası tələbkarın işə onların nümayəndəsinin iştirakı olmadan baxılması barədə dəlili qəbul etmir, belə ki, işdə olan çıxarışdan məlum olur ki, tərəf məhkəmənin yeri və vaxtı barədə rəsmi məlumatlandırılmışdır (i.v.25). Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Tələbkar LPO Tələbkar Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 17 avqust 2022-ci il tarixli 8(012)-520/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar