Məhkəmə qərarları › İş №8(105)-13/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-13/2023

01.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-13/2023 01.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair tələbkar X2 ərizəsinin təmin edilməsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-829/2022 nömrəli 24 noyabr 2022-ci il tarixli qərardadından borclu Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ X6 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Dadaş Fərhadovun 2(060)-8711/2018 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin təkrar icraya yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 nömrəli icra sənədinə əsasən borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 X3 məxsus ünvan 1 ünvanından çıxarılmaları müəyyən edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli 2(060)-8711/2018 saylı icra sənədinə xitam verilməsi haqqında qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8711/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 X3 məxsus ünvan 1 ünvanına yenidən özbaşına daxil olaraq orada yaşamağa başlamışdır. Ona görə də hazırda Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli 2 (060)-8711/2018 nömrəli icra sənədinə xitam verilməsi haqqında qərarın ləğv edilməsinə və qətnamənin təkrar icraya yönləndirilməsinə zərurət yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-829/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir (hakim Əfqan Ələkbərov). Həmin qərardaddan narazı qalan borclu Cavabdeh1 şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-829/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razı deyil və hesab edir ki, həmin qərardadla onun mənzilə olan mülkiyyət hüququ pozulmuşdur. Belə ki, məhkəmədə verdiyi izahatında göstərmişdir ki, o və digər borclular mübahisəli mənzildə yaşayırlar və tələbkara qarşı əasssız varlanma nəticəsində onlara dəymiş maddi və mənəvi tələbi üzrə məhkəmədə mühabisəyə baxılır. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsnin xx.xx.2016-cı il tarixli, 2(103)-3891/16 nömrəli qətnaməsi ilə onun mübahisəli mənzilə dair olan hüquqları bərpa edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir və hal-hazırda da icra edilməmişdir. Bütün bunları məlum olmayan səbəblərdən məhkəmə nəzərə almamış və iş üzrə əsassız müvafiq qərar çıxarmışdır. Məhkəmə tərəfindən AR MPM-nin 14-cü və 88-ci maddələrinin tələbləri aşkar şəkildə pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-829/2022 nömrəli 24 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Dadaş Fərhadovun xx.xx.2021ci il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən 2(060)-8711/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata icra sənədi tam təmin edildiyindən xitam verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi RX seriyalı ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 5/11 saylı evin 31 nömrəli mənzilinin mülkiyyətçisi X4r və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsinə əsasən, bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. Həmin Qanunun 72.4-cü maddəsinə əsasən, icra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tələbkarın yaşayış sahəsindən maneəsiz istifadəsi təmin olunmamış, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair tələbkar X2 ərizəsinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-829/2022 nömrəli 24 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar