Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-13/2024 29.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və X4 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 8(074)-78/2023 nömrəli qərardadından İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq, Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədində göstərilən “Tələbkar ona məxsus Şamaxı rayonu Məlhəm kəndi ərazisində başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayan 10,0679 ha torpaq sahəsindən Seriya MH ******* nömrəli çıxarışa uyğun olaraq, istifadə hüququ təmin edilsin” ifadəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsas kimi başa düşülməsi qərara alınmışdır. 14 saylı Şamaxı Ərazi İdarəsi həmin qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-78/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. 14 saylı Şamaxı Ərazi İdarəsi 14 iyul 2023-cü il tarixli qərardaddan yenidən şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-78/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. 14 saylı Şamaxı Ərazi İdarəsi 14 iyul 2023-cü il tarixli qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-78/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-119/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi və şikayət Azərbaycan Respublikası MPM-nin 269, 396.1, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin həmin məhkəməyə qaytarılması qərara alınmışdır Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-ci il tarixli, 8(074)-78/2023 nömrəli qərardadından İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. 14 saylı Şamaxı Ərazi İdarəsi 14 iyul 2023-cü il tarixli qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin Şamaxı Rayon Məhkəməsinin 8(074)-78/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət vermə müddətinin bərpa edilməsi, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin izah olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, 2011-ci ildə torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin vəzifələrinə aid edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti torpaq sahələrinin üzərində yaranmış hüquqların qeydiyyatını aparan orqan olmuşdur. Şamaxı Rayon Məhkəməsinin icraatında olmuş 2(074)-16/2011 nömrəli mülki iş üzrə Ərazi İdarəsi üçüncü şəxs qismində prosesə cəlb olunmuşdur və məhkəmə prosesi zamanı Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə məlumat verərək mübahisələndirilən torpaq sahəsinin Şamaxı-Pirqulu yolununorta oxundan 385 metrə məsafədə yerləşdiyini bildirmişdir. Məhkəmə prossesi zamanı Ərazi İdarəsinin nümayəndəsinin mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxması, qeyri-qanuni məhkəmə qərarının çıxarılması anlamına gətirmir. Məhkəmə qətnaməsi ilə Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə, həmin qətnamədən vaxtında apellyasiya şikayəti verilməmişdir. Hesab edir ki, məhkəmə işinin hər tərəfli araşdırılmasında məhkəmə prossesində üçüncü şəxs qismində tərəf olan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi maraqlı olmuşdur və apellyasiya şikayəti onun tərəfindən verilməli idi. Şamaxı Rayon Məhkəməsinin icraatında olmuş 2(074)-16/2011 nömrəli mülki iş üzrə məhkəmə prosesi zamanı məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin olunmuşdur. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2010-cu il tarixdə ekspertizanın keçirilməsi üçün xüsusi avadanlıq olmadığına görə, ekspertizanın aparılmasından imtina edilmişdir. Buna baxmayaraq, Məhkəmə tərəfindən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin nümayəndələrinin birgə iştirakı ilə mübahisəli əraziyə baxış keçirilib, əsassız olaraq torpaq sahəsindən istifadə hüququnun başlanğıç nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlandığı müəyyən edilmişdir. Tələbkar 10.0679 ha torpaq sahəsini Şamaxı rayonun Məlhəm kənd sakinlərinin xüsusi mülkiyyətinə verimiş pay torpaqlarını alqı-satqı yolu ilə almışdır (alqı-satqı müqavilələri əlavə olunur). Məlhəm kəndi ərazisindən alınan torpaq sahələri yanaşı torpaqlar olduğu üçün Tələbkar Ərazi İdarəsinə təqdim etdiyi ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli ərizəsinə əsasən həmin torpaqlar birləşdirilərək seriya MH0010931 nömrəli vahid reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənilmişdir. Qeyd olunan torpaq sahələrinin xx.xx.2008-ci il tarixdə müayinəsi aparılmış və müayinə aktı tərtib olunmuşdur. Qeyd olunan müayinə aktı Tələbkar tərəfindən imzalanmışdır. Torpaq sahəsinin sənədləşdirilməsi zamanı torpaq sahəsinin koordinatları dəyişdirilməmişdir. Qeyd olunan torpaq sahəsinin sənəd üzrə koordinatlarının başlanğıç nöqtəsi həm köhnə DVJ (İslahat) xəritəsində, həmdə yeni tərib olunmuş X2 X3 (TEKUİS) Şamaxı-Pirqulu yolunun mərkəzi hissəsindən 385 metr məsafədə yerləşir. Şamaxı Rayon Məhkəməsinin icraatında olmuş 2(074)-16/2011 saylı mülki iş üzrə düzgün qətnamə çıxarılmadığına görə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən mübahisəli torpaq sahəsinin koordinatlarını dəyişdirə bilməmiş və nəticədə məhkəmə qətnaməsi bu vaxta qədər icra olunmamış qalmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini ərizənin əsaslı olması ilə əsaslandırmışdır. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023cü il tarixli və onunla bağlı 12 dekabr 2023-cü il tarixli qərardadları ləğv edilməli, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Şamaxı Rayon Məhkəməsinin 2(074)- 16/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinin izah olunması barədə ərizəyə yenidən baxılması üçün iş Şamaxı Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin izah edilməsi onun məzmununun dəyişdirilmədən izah edilməsi kimi nəzərdə tutulmuşdur. Qətnamənin nəticə hissəsi qeyrimüəyyən olduqda, bu da qətnamənin icrasında ziddiyyət, qeyri-müəyyənlik və anlaşmazlıq yaratdıqda qətnamənin izah olunmasına yol verilir. Bu halda məhkəmə qətnaməsində olan belə çatışmazlıqlar qətnamənin izah edilməsi yolu ilə aradan qaldırılır. Lakin icra məmurunun ərizəsini təmin edən birinci instansiya məhkəməsi ərizənin MPM-nin 230.1-ci maddəsinin tələbinin uyğunluğunun yoxlamamış, eləcə də qətnamədə qeyri-müəyyənliyin, anlaşmazlığın və qətnamənin icrası zamanı hansı ziddiyət yarandığını və s. bu kimi işin hallarına əhəmiyyət verməmiş, zərurət yarandığı halda icra işlərini tələb edib baxış keçirməmiş və tərəflərin bu məsələyə münasibətini ətraflı müzakirə etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Halbuki Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi icra məmurunun ərizəsinə baxan birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli və onunla bağlı 12 dekabr 2023-cü il tarixli qərardadları ləğv edilməli, qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinin izah olunması barədə ərizəsinə yenidən baxılıb məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli və onunla bağlı 12 dekabr 2023-cü il tarixli qərardadları ləğv edilsin. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinin izah olunması barədə ərizəsinə yenidən baxılması üçün iş Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-13/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-13/2024
29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver