Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-130/2022 04.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-18/2014 nömrəli, 13 may 2014-cü il tarixli icra sənədi üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 10 avqust 2014-cü il tarixli qərarından icra sənədi üzrə tələbkar Abşeron Rayonu X1 tərəfindən verilmiş şikayətə dair Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 8(012)-593/2022 nömrəli qərardadından Abşeron Rayonu X1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron rayonu X1 Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-18/2014 saylı, 13 may 2014-cü il tarixli icra sənədi üzrə “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin 10 avqust 2014-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 8(012)-593/2022 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-18/2014 saylı, 13 may 2014-cü il tarixli icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinin 10 avqust 2014-cü il tarixli qərarından icra sənədi üzrə tələbkar Abşeron rayonu X1 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakim M.Abbasova) İcra sənədi üzrə tələbkar Abşeron rayonu X1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-593/2022 saylı qərardadından şikayət verərək onun ləğv edilməsini və işin icraata qabul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən icra sənədinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq icra sənədi icra edilməmişdir. Tələbkar tərəfindən dəfələrlə aidiyyatı üzrə məhkəməyə və icra şöbəsinə müraciət edilməsinə baxmayaraq qanuni qüvvəsini alımış məhkəmə aktının icra edilməməsinin səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin müvafiq qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, icra məmurunun qeyd edilən qərarının ləğv edilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 8(102)-593/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadında Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edilməli olduğu bildirilərək, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin bu mövqeyi qəbul edilməzdir. Belə ki, tələbkar ilk öncə hazırkı qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-110/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qəradadı ilə şikayət geri qaytarılaraq, eyni qaydada Abşeron Rayon Məhkəməsinə müraciət edilməli olduğu bildirilmişdir. Belə olan halda, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı və qanuni hesab edilə bilməz. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 8(012)-593/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını şikayətlə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 8(012)-593/2022 nömrəli qərardadı ləğv edilməli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-18/2014 nömrəli, 13 may 2014-cü il tarixli icra sənədi üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 10 avqust 2014-cü il tarixli qərarından icra sənədi üzrə tələbkar Abşeron Rayonu X1 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. İşdən görünür ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 10 avqust 2014-cü il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-18/2014 nömrəli, 13 may 2014-cü il tarixli icra sənədi Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. İcra sənədi üzrə tələbkar həmin qərardan Abşeron Rayon Məhkəməsinə şikayət vermiş və məhkəmə daha öncə də qeyd olunduğu kimi şikayəti geri qaytarmışdır. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası yaranmış mübahiə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 2-ci bəndinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məlumdur ki, icra sənədinin qaytarılması halları “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsi ilə tənzimlənir. Həmin qanunun 23.7-ci maddəsində qeyd olunur ki, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin öz qərarında istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərhinə dair qərardır ki, həmin qərar icra sənədi üzrə icraata xitam verilməsi, eləcə də, qərardan şikayət verilməsi ilə bağlı məsələləri tənzimləyir. Hazırkı işdə şikayət isə icra sənədinin geri qaytarılması haqqında qərardan verilmişdir ki, kollegiya hesab edir ki, həmin qərardan şikayət məhz Abşeron Rayon Məhkəməsinə verilməlidir. Belə ki, bu halda qəbul edilmiş məhkəmə aktları üzrə məhkəmə icraatının ənənəvi pilləlik prinsipi yaranır ki, məhz bu hal tərəfin qərardan şikayət verilməsi kimi fundamental hüququn qorunmasına xidmət edir. Bundan əlavə, işdə olan məhkəmə qərardaddından məlum olur ki, hazırki məsələyə daha öncə də baxılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-110/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qəradadı ilə şikayətə birinci instansiya məhkəməsi tərəfindən baxılmalı olması izah edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normanı rəhbər tutaraq hesab edir ki, sadalanan faktiki hallar nəzərə alınmaqla, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 8(012)-593/2022 nömrəli qərardadı ləğv edilməli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-18/2014 nömrəli, 13 may 2014-cü il tarixli icra sənədi üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 10 avqust 2014-cü il tarixli qərarından icra sənədi üzrə tələbkar Abşeron Rayonu X1 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 8(012)-593/2022 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-18/2014 nömrəli, 13 may 2014-cü il tarixli icra sənədi üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 10 avqust 2014-cü il tarixli qərarından icra sənədi üzrə tələbkar Abşeron Rayonu X1 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-130/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-130/2022
04.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver