Məhkəmə qərarları › İş №8(105)-131/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-131/2023

14.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-131/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə dair iş üzrə Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)–7/2023 saylı qərardadından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin şikayətinin təmin edilməsi, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(105)-1691/2015 qətnaməsinin icra olunması ilə əlaqədar icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır (hakim Sərdar Mehrəliyev). Borclu Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-7/2023 saylı qərardadından şikayət vermişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(105)-108/2023 saylı qərardadı ilə Borclu şikayəti qismən təmin edilərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və onunla bağlı xx.xx.2023-cü il tarixli qərardadlarının ləğv edilməsi, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün işin Şuşa Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)–7/2023 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)- 1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Abşeron rayon X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)–7/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandılrmışdır ki, tələbkar olaraq Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə xx.xx.2022-ci il tarixli qərarından birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, birbaşa Sumqayıt Apellyasiya məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinə müraciət olunması göstərilərək, şikayət geri qaytarılmışdır. Qərardad Masazır bələdiyyəsinə rəsmi olaraq 12 sentyabr tarixində daxil olsa da bələdiyyə xx.xx.2022-ci il tarixdə icra məmurunun qərarından şikayəti Abşeron Rayon Məhkəməsinə təqdim etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)597/2022 saylı, xx.xx.2022-ci il qərardadı ilə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan tələbkar tərəfindən verilmiş şikayət Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bu qərardaddan verilmiş şikayət əsasında Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-137/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli və 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadları ləğv edilmiş və iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Borclu tərəfindən verilmiş apelyasiya şikayəti Abşeron Rayon Məhkəməsinin 8(012)-292/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilərək, Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından tələbkar tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)- 292/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə tələbkar tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-292/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhz bu qərardaddan sonra Masazır bələdiyyəsi müddəti ötürmədən xx.xx.2023-cü il tarixdə Şuşa Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X2 şikayəti müdafiə edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin bu iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinə müddətin ötürülməsi məsələsinin dəqiq araşdırılması həvalə olunmuşdur. Birinci instansiya məhkəməsindəki iclasda Maraqlı şəxs1 nümayəndəsi iştirak etmiş və işlə bağlı bütün sənədləri məhkəməyə təqdim etmişdir. Bu zaman məlum olmuşdur ki, qərarı 12 avqust 2022-ci il tarixində almışlar və mübahisələndirmə müddətini ötürməmişlər. Məhkəmə müddət məsələsini onların iştirakı olmadan müzakirə edib və prosesin tarixi barədə də təhrif olunmuş məlumat verib. xx/xx/15781Q saylı, xx.xx.2022-ci il tarixli məktubu var. Borclu məhkəmə qərarı icra şöbəsinə təqdim olunmaq üçün məhkəmə tərəfindən verilməyib. O özbaşına olaraq qərarı icra şöbəsinə təqdim edib. Səma adlı xanım Masazır Bələdiyyəsinin işçisidir. Ona təqdim olunan sənəd həmin qərar olmayıb. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)–7/2023 saylı qərardadınin ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası barədə məhkəmə bildirişi ilə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs1 nümayəndəsi və Borclu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosssual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edlən şəxslərin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(077)–7/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə müəyyən etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı Abşeron Rayon Masazır Bələdiyyəsinə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Həmin qərardan Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət Şuşa Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Qərardan qanunla müəyyən edilmiş müddət keçdikdən sonra şikayət verildiyindən və prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən, şikayət geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı Abşeron Rayon Masazır Bələdiyyəsinə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Həmin qərardan 30 gün müddətinə şikayət verilməli olduğu halda Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət Şuşa Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş və prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən, şikayət geri qaytarılmalıdır. Həmçini işə apellyasiya qaydasında birinci dəfə baxılarkən məhkəmə kollegiyasının iclasında tələbkarın nümayəndəsi X6 rayon Masazır Bələdiyyəsini əməkdaşı olduğunu, lakin sornadan onun işdən azad edildiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, qərardan müddət ötürülməklə şikayət verilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq şikayəti geri qaytarmışdır. Sadalananlardan yekun nəticəyə gələn məhkəmə kollegiyası belə hesab edir ki, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(077)– 7/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)–7/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar