Məhkəmə qərarları › İş №8(105)-133/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-133/2021

09.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-133/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İcra sənədi üzrə borclu X1 iştirakı ilə, Quba Rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2(027)-2806/2018 saylı icra sənədi üzrə tələbkar Abdiyeva (Adıgözəlova) Magiya Nizami qızının Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 15.03.2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından verdiyi şikayət ərizəsinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 8(027)-94/2021 saylı qərardadından Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Quba rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2(027)- 2806/2018 saylı icra sənədinin icrası mümkün olmadığından, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 15.03.2021-ci il tarixli 2(027)-908/2018 saylı qərarı ilə məhkəməyə geri qaytarılmışdır. Abdiyeva (Adıgözəlova) Magiya Nizami qızı şikayət ərizəsilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 8(027)-94/2021 saylı qərardadı ilə (hakim V.Seyidov) şikayət ərizəsi təmin edilmiş, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Quba Rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2(027)- 2806/2018 saylı icra sənədi üzrə 15.03.2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarı ləğv edilmişdir. Qərardaddan narazı qalan Quba rayon İcra və Probasiya Şöbəsi şikayət verərək, Quba Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 8(027)-94/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli, 8(027)-94/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, həmin məhkəmənin 23.04.2021-ci il tarixli, 8(027)-94/2021 saylı qərardadından Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən edilmiş müddəti keçirməklə şikayət verildiyindən, məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Məhkəmə kollegiyasının iclasında borclu X2 bildirdi ki, o da qətnamənin icra edilməsində maraqlıdır, lakin Abdiyeva (Adıgözəlova) Magiya Nizami qızı öz övladını gəlib aparmır. O, verilmiş şikayətin mümkünlük məsələsinin həll edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. İcra sənədi üzrə tələbkar, habelə Quba rayon İcra və Probasiya Şöbəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 266.1-ci maddəsinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Yenə həmin Məcəllənin 268-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Eyni Məcəllənin 396.2-ci maddəsinə əsasən əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müdəti qərardadın elan edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinə əsasən apelyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, 23 aprel 2021-ci il tarixdə işə baxılarkən Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, qərardaddan şikayəti tərtib etmiş X5 məhkəmə iclasında iştirak etmiş və iş üzrə məhkəmənin qərardadı onun iştirakı ilə elan edilmişdir. Belə olan halda həmin qərardaddan şikayət vermə müddətinin axımı da həmin andan başlayaraq 10 gün müddətinə, yəni 03 may 2021-ci il tarixədək davam edir. Yenə işdən görünür ki, iddiaçı Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 həmin qərardaddan 07.05.2021-ci il tarixdə şikayət vermiş, şikayət 08.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, müəyyən olunan prosessual müddəti ötürmüş və buraxılmış müddətin üzrlü hesab olunub bərpa olunmasına dair məhkəməyə müraciət etməmişdir. Lakin birinci instansiya məhkəməsi bu məsələlərə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, həmin qərardadın iddiaçı Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən gec əldə edilməsinə əsaslanmaqla ondan verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir, halbuki yuxarıda da qeyd edildiyi kimi, bu məsələdə 10 günlük şikayət etmə müddətinin axımı qərardadın rəsmi qaydada alınması ilə deyil, məhkəmə iclasında elan edilməsilə başlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin verilməsi müddəti ilə bağlı məsələni müzakirə etməmiş, nəticədə müddət axımını nəzərdə tutan prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayət üzrə prosessual müddət məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş şikayətə apelyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apelyasiyanın qeyrimümkün hesab edilməsindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 399, 400,402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Quba Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 8(027)-94/2021 saylı qərardadından Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar