Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-133/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Abbasova (Səfərova) Mahirə Adıgözəl qızının mülkiyyətində olan “KİA OPTİMA” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulub açıq hərracda satılması və əldə olunan vəsaitin tələbə yönəldilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şirəli Pirəliyevin təqdimatına dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 8(060)-775/2023 nömrəli qərardadından icra sənədi üzrə borclu Abbasova (Səfərova) Mahirə Adıgözəl qızı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2-406/2003 saylı, xx.xx.2003-cü il tarixli icra sənədinə əsasən cavabdeh Abbasova (Səfərova) Mahirə Adıgözəl qızının Azərbaycan Respublikası Beynəlxalq Bankının Nəsimi filialına ödəməli olduğu 5.350 ABŞ dolları məbləğində əsas kredit, 1.830 ABŞ dolları məbləğində faiz, ümumillikdə 7.180 ABŞ dolları məbləğində borc ödənildiyi gün üçün müəyyən edilmiş manata məzənnə nisbəti ilə M.Abbasovadan alınaraq Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialına verilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şirəli Pirəliyev Şəhər Məhkəməsinin 2-406/2003 saylı, xx.xx.2003-cü il tarixli icra sənədinin icrası ilə bağlı əmlakın üzərinə həbs qoyulub açıq hərracda satılması və əldə olunan vəsaitin tələbə yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra vərəqəsi xx.xx.2022-ci il tarixdə idarənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Daha sonra müvafiq orqanlara sorğular verilmiş və Azərbaycan Respublası Ədliyyə Nazirliyi Elektron İcra İnformasiya Sistemindən əldə olunan məlumata əsasən borclu şəxs Abbasova Mahirə Adıgözəl qızına məxsus avtomaşın aşkar edilmişdir. Belə olan halda öhdəlik yerinə yetirilmədiyi üçün və tərəflər arasında razılıq olmadığından tələbin təmin edilməsi məqsədilə borclunun xüsusi və ya ümumi mülkiyyətində olan əmlaklar üzərinə həbs qoyula bilər. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-775/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şirəli Pirəliyevin Sumqayıt Şəhər Məhkəməsinin 2-406/2003 saylı, xx.xx.2003-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Abbasova (Səfərova) Mahirə Adıgözəl qızının mülkiyyətində olan «KİA OPTİMA» minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınnmışdır (hakim Aynur Behbudova). Həmin qərardaddan narazı qalan borclu Abbasova (Səfərova) Mahirə Adıgözəl qızı Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-775/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şirəli Pirəliyev təqdimat ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2-406/2003 saylı, xx.xx.2003-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclunun mülkiyyətində olan “KİA OPTİMA” minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması, əmlakın açıq hərracdan satılaraq əldə olunan vəsaitin tələbə yönəldilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi AR MPM-in 263-268-ci maddələrini rəhbər tutaraq, iş üzrə çıxardığı 8(060)- 775/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimatı qismən təmin etmiş və mübahisə obeykti olan əmlakın üzərinə həbs qoyulmasına dair qərardad qəbul etmişdir. Təqdimat qalan hissədə təmin edilməmişdir. Hesab edir ki, qərardad tam qanunsuz və əsassızdır. İş üzrə qərardad onun hüquqlarını pozur. Bu səbəblə qərardadın ləğv olunması və şikayət ərizəsi üzrə araşdırma aparılaraq şikayətinin təmin olunmasına dair yeni qərardad qəbul edilməlidir. Qanunvericiliyin normasından da göründüyü kimi, məhkəmənin iş üzrə çıxardığı qərarlar dövlətin adından çıxarılır və bu səbəblə həmin qərarların qanuni və əsaslı olması, eyni zamanda tərəflərin hüquqlarının pozulması ilə nəticələnməməsi zəruri və məcburidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Məhkəmənin çıxardığı qərar qanuna söykənməlidir. Hazırki iş üzrə çıxarılan qərar tam qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edə biləcəyi təqdirdə hüquqlarını müdafiə edə və işə lazımi sübutlarını təqdim edə bilərdi. Ailə və sağlamlıq vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak də bilməyəcəyini, lakin məhkəmə iclasında iştirakının zəruri olduğunu bildirərək məhkəməyə teleqram ünvanlasa da, məhkəmə xahişini nəzərə almadan işə baxmışdır. İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Hazırkı iş üzrə mülkiyyətində olan əmlakın üzərinə həbsin qoyulması tam qanunsuzdur. Belə ki, ilkin olaraq qeyd etmək istərdi ki, icra sənədinə əsas olan məhkəmə qətnaməsindən onun məlumatı olmamışdır. Hətta məhkəməyə ünvanladığı teleqramda da bununla bağlı məlumat vermişdi. Bundan başqa, o, həmin məhkəmə qətnaməsinin alınmasına dair artıq məhkəməyə müraciət etmiş və Mili Arxiv İdarəsinin Sumqayıt Filialı tərəfindən qətnamə ona xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Hazırda həmin qətnamədən apellyasiya şikayəti verir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə çıxarılan məhkəmə qərarından apellyasiya və kassasiya şikayətləri verildiyi təqdirdə icra işi üzrə icraat dayandırılır. Bundan başqa, sözügedən əmlak onun adına rəsmiləşmiş olsa da, həmin nəqliyyat vasitəsi faktiki olaraq oğlunun sahibliyində və istifadəsindədir. Oğlu hərbçidir və həmin nəqliyyat vasitəsini halal zəhməti ilə qazandığı vəsait hesabına əldə etmişdir. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi və sənədləşmə işləri aparılarkən oğlu işi ilə əlaqədar Bakı şəhərindən kənarda olması səbəbilə nəqliyyat vasitəsi formal olaraq onun adına rəsmiləşmişdir. Yəni, hazırda məhkəmənin qəbul etdiyi qərardad həm onun, həm də oğlunun hüquqlarını əsassız yerə pozur. Sumqayıt şəhər Məhkəməsinin 8(060)-775/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-775/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, borclu Abbasova (Səfərova) Mahirə Adıgözəl qızının Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-775/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Günel Tanrıverdiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 2-406/2003 saylı, xx.xx.2003-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Abbasova Mahirə Adıgözəl qızının Azərbaycan Respublikası Beynəlxalq Bankının Nəsimi filialına ödəməli olduğu 5.350 ABŞ dolları məbləğində əsas kredit, 1.830 ABŞ dolları məbləğində faiz, ümumillikdə 7.180 ABŞ dolları məbləğində borc ödənildiyi gün üçün müəyyən edilmiş manata məzənnə nisbəti ilə M.Abbasovadan alınaraq Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialına verilməlidir. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli qərardan görünür ki Sumqayıt Şəhər Məhkəməsinin 2-406/2003 saylı, xx.xx.2003-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 iyul 2022-ci il tarixli, 153999/22/37 nömrəli Abbasova Mahirə Adıgözəl qızına ünvanlanmış bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-406/2003 saylı, xx.xx.2003-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmək üçün 10 gün müddətində vaxt verilmişdir. Bu müddət başa çatdıqdan sonra göstərilən tələb məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmiş, Borclu xx.xx.2023-cü il tarixdə qərar və bildiriş ilə tanış olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şirəli Pirəliyev tərəfindən qəbul edilmiş 12 oktyabr 2022-ci il tarixli borclunun axtarılması barədə qərardan görünür ki, xx.xx.1984-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan Abbasova Mahirə Adıgözəl qızı barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Borclu tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış izahatdan görünür ki, onun bu iş barədə məlumatı yoxdur. Odur ki, bu məbləği ödəyə bilmir. Məhkəmə qərarının icra olunmadığı halda məsuliyyəti barədə xəbərdarlığı vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 2647/37 nömrəli Sumqayıt şəhər X2 və X3 ünvanlanmış məlumatdan görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatında olan Sumqayıt Şəhər Məhkəməsinin 2-406/2003 saylı, xx.xx.2003-cü il tarixli icra sənədi ilə əlaqədar borclu şəxs Abbasova Mahirə Adıgözəl qızına məxsus “Kia Optima” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomaşının axtarılması barədə qərar icra edilməsi üçün göndərilmiş və nəticəsi barədə məlumat vermək xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba cavabından görünür ki, Borclu məxsus Kia Optima markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara mərkəzi informasiya sistemində həbs qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici Konstitusiya norma və prinsiplərinə riayət etmək şərtilə məhkəmə qərarlarının icrası sahəsində istənilən modeli müəyyən etməkdə sərbəstdir. Məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarında olan Elektron portaldan əldə edilən məlumatdan görünür ki, borclu Abbasova Mahirə Adıgözəl qızının mülkiyyətində icra işində tələb olunan «KİA OPTİMA» minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Bu səbəbdən kollegiya borclunun əmlakının üzərinə xx.xx.2023-cü il tarixli yuxarıda göstərilən qərardadla qoyulmuş həbsin götürülməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Abbasova (Səfərova) Mahirə Adıgözəl qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 8(060)-775/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-133/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-133/2023
30.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver