Məhkəmə qərarları › İş №8(105)-133/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-133/2024

30.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-133/2024 30.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Tələbkar icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi barədə ərizəsinə dair iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(029)-15/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İcra sənədi üzrə Tələbkar şikayətlə məhkəməyə müraciət edərək, Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi barədə” qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-877/2022-012 saylı icra sənədi üzrə Borclu həmin icra sənədinin icrasına maneçilik törətməyəcəyi ilə bağlı iltizam alınaraq icraata xitam verilmiş və icra sənədi Qusar Rayon Məhkəməsinə geri qaytarılmışdır. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, icra sənədinin icrası ilə əlaqədar Qusar rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, Hikmət Maqsudov onu və cavabdeh Borclu Qusar rayon İcra və Probasiya şöbəsinə dəvət edərək, cavabdeh Borclu Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-877/2022 nömrəli qətnaməsinə əsasən müdaxilə və maneçiliklərin ona qadağan edildiyini bildirdiyini və bununla əlaqədar cavabdehdən iltizam alındığını bildirmişdir. Bundan sonra Qusar rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, Hikmət Maqsudov tərəfindən xx.xx.2024-cü il tarixli qərara əsasən icraata xitam verilmişdir. Lakin cavabdeh Borclu yenidən öz qanunsuz hərəkətlərini davam etdirərək onun şəxsi mülkiyyətinə məxsus torpaq sahəsindən istifadəsini mümkünsüz etmişdir. Göstərilənləri nəzərə alaraq Qusar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi barədə” qərarının ləğv edilərək icra sənədinin yenidən icraata yönləndirilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(029)-15/2024 nömrəli qərardadı ilə (hakim Əli Cəlilov) şikayət təmin edilmiş, Qusar rayon İcra və X5 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-877/2022 saylı icra sənədinin xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Məhkəmə müəyyən etmişdir ki, Borclu Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-877/2022 nömrəli qətnaməsinə icra edəcəyi barədə, Tələbkar maneçilik hərəkətlərinə yol verməyəcəyi barədə iltizamı imzalaması şərtinə görə Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-877/2022-012 saylı icra sənədi icraata xitam verilərək Qusar Rayon Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Borclu iltizamda göstərilən şərtləri yerinə yetirmir. Borclu qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır, qanunsuzdur və ləğv edilməlidir. Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 10/12 saylı qərarı ilə onun və 3 nəfər ailə üzvünün X2, X1 İlqar Didar oğlunun-mülkiyyətinə Qusar rayonun Balaqusar kəndi ərazisində 0.40 hektar torpaq sahəsi verilmiş, daha sonra onlara həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən edən JN-085F KOD 30106018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. 35 ildən artıqdır ki, həmin torpaq sahəsindən istifadə edir və torpaq sahəsinin iddiaçının iddia etdiyi hissəsində ikimərtəbəli yaşayış evi inşa etmişdir. 27 aprel 2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə təkrarən müraciət olunmuş və ərizəyə xx.xx.2022-ci il tarixli, **********22 nömrəli məktubla cavab vermiş və 0.40 ha torpaq sahəsinin təkrarən adına qeydiyyata alınaraq ona çıxarış verilməsindən imtina etmişdir. Necə ola bilər ki, 35 ildən artıq istifadə etdiyi torpaq sahəsi başqasının adına rəsmləşdirmişdir. Bundan əlavə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, övladları həmin evdə dünyaya gəlib və hal-hazırda orda yaşayırlar. Belə olduğu halda hansı əsasla özünə məxsus torpaq sahəsinə girişinə qadağa qoyulmuşdur. Məhkəmə ərizəni təmin edərkən mühüm əhəmiyyətli bütün halları aydınlaşdırmamışdır. Şikayətdə də qeyd olunduğu kimi iddiaçının iddia etdiyi hissə də daxil olmaqla Qusar rayonun Balaqusar kəndi ərazisində 0.40 hektar torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 10/12 saylı qərarı ilə onun və 3 nəfər ailə üzvünün mülkiyyətinə verilmiş, bu barədə JN-085F KOD 30106018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib olunmuş və uzun müddətdir ki, həmin torpaq sahəsinin sahibi və istifadəçisidir və torpaq sahəsinin iddiaçının iddia etdiyi hissəsində yaşayış evi inşa etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(029)-15/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(029)-15/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(029)-15/2024 nömrəli qərardadı ləğv edilməli, Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından verilmiş şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-877/2022 saylı icra sənədinin surəti, icra sənədi üzrə icraata xitam verilməsi barədə Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı və icra məmuru tərəfindən tətib olunmuş icra sənədinin xitamı üçün əsas hesab olunan müvafiq sənəd iş materiallarında mövcud olmamışdır. Birinci instansiya məhkəməsi isə yalnız tərəflərin və icra məmurunun izahatlarına əsaslanaraq, icra məmurunun icraata xitam verilməsi barədə qərarını ləğv etmişdir. Hərçənd ki, biricni instansiya məhkəməsi icra sənədinin, qeyd olunan qərarın və həmin qərarın qəbul edilməsnə əsas olmuş icra hərəkətləri ilə bağlı tərtib edilmiş sənədin surətlərini tələb edərək iş materillarına əlavə etməli idi. Həmin sənədlərin mövcud olmaması iş üzrə qəti nəticəyə gəlmək üçün əsas verməməkdədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında mövcud olmayan icra sənədi üzrə icraata xitam verilmə barədə qərara və borclu tərəfindən yazılmış iltizama istinad edərək müvafiq qərar qəbul etməklə əsaslı olmayan məhkəmə aktı qəbul etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və hazırkı qərarda qeyd olunan göstərişlərə müvafiq olaaq sənədlər əldə edilməklə verilmiş şikayətə yenidən baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Borclu şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(029)-15/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(029)-15/2024 nömrəli qərardadı ləğv edilsin. Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi barədə” qərarından verilmiş şikayətə baxılması üçün iş Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar