Məhkəmə qərarları › İş №8(105)-134/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-134/2021

08.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-134/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Tələbkar2 və X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7001/2017 saylı, 31.05.2017-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Sumqayıt Şəhər İcra İdarəsinin icra məmuru X2 tərəfindən verilmiş təqdimatına dair Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-156/2021 saylı, 09 aprel 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7001/2017 saylı, 31.05.2017-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu və X3 müştərək qaydada 8900 manat tutularaq iddiaçılar Tələbkar2 və Tələbkar1 ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7001/2017 saylı, 31.05.2017-ci il tarixli icra sənədi qanuni qüvvəyə mindiyindən icraya yönəldilmişdir. Sumqayıt Şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Borclu məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2021-ci il tarixli, 8(060)-156/2021 saylı qərardadı ilə təqdimat təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7001/2017 saylı, 31.05.2017-ci il tarixli icra sənədi üzrə Borclu məcburi qaydada gətirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu narazı qalaraq şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2021-ci il tarixli, 8(060)-156/2021 saylı qərardadını ləğv edib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7001/2017 saylı, 31.05.2017-ci il tarixli icra sənədi üzrə onun məcburi gətirilməsi barədə Sumqayıt Şəhər İcra İdarəsinin icra məmuru X2 tərəfindən verilmiş təqdimatın təmin edilməməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08.05.2021-ci il tarixli, 8(060)-156/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisənin mahiyyətini nəzərə almadan əsassız olaraq təqdimatın təmin edilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə öz qərardadını hansı əsasla təmin etməsini əsaslandırmamış, qanunvericiliyin normalarını sadalamaqla kifayətlənmişdiur. Ö cümlədən məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Bildirir ki, göstərilən pul məbləğinin ona aidiyyatı yoxdur. Tələbkarlar həmin pul məbləğini keçmiş həyat yoldaşı Vəliyə 15000 manat beh şəklində vermişlər. Sonradan həmin pul məbləğinin böyük bir hissəsi tərəfindən qaytarılmış, yerdə qalan hissəsinə isə borc müqaviləsi bağlanmışdır. Tələbkarların Vəliyə etibarı olmadığı üçün və həmin vaxt Vəlidən şikayətçi olmamaları üçün onun adı borc müqaviləsində borcalanlardan biri kimi göstərilmişdir. Həmin borcdan yenə də 2000 ABŞ dolları Tələbkar2 şəxsən vermişdir. Lakin Tələbkar1 bildirmişdir ki, heç bir məbləğdə pul qaytarılmayıb. Digər tərəfdən icra məmuru da işdə qərəzlidir. Çünki burda təkcə o borclu deyil. Əsas borclu olan Vəli İcra məmuru ilə birləşərək pulu ona ödətdirmək istəyirlər. İcra məmuru tərəfindən ona yazılı, nə də şihafi məlumat verilməmişdir. Hazırki icra sənədi uzun müddət Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatında olmuş, həmin pul məbləği Vəlidən tələb edilirdi. Sonradan isə Sumqayıt İcra İdarəsinə göndərilmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2021-ci il tarixli, 8(060)-156/2021 saylı qərardadını ləğv edib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7001/2017 saylı, 31.05.2017-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Sumqayıt Şəhər İcra İdarəsinin icra məmuru X2 tərəfindən verilmiş təqdimatın təmin edilməməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar2 şikayətə etiraz edərək şikayətin əsassız olmasını, bu səbəbdən şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2021-ci il tarixli, 8(060)-156/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında X4 şikayətə etiraz edərək şikayətin əsassız olmasını, bu səbəbdən şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2021-ci il tarixli, 8(060)-156/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Borclu və Abşeron Rayon icra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2021-ci il tarixli, 8(060)-156/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə təqdimatı təmin edərkən müəyyən etmişdir ki, borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun çağırışına baxmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəziəfli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7001/2017 saylı, 31.05.2017-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu və X3 müştərək qaydada 8900 manat tutularaq iddiaçılar Tələbkar2 və Tələbkar1 ödənilməlidir. Lakin Borclu borcunu ödəməmiş və icra məmurunun çağırışlarına getməmişdir. İş materiallarından görünür ki, tələbin könüllü icrası üçün borcluya 31.07.2018-ci il tarixdə, daha sonra 04.09.2020-ci il tarixdə bildiriş göndərilmiş, 23.12.2020-ci il tarixdə Borclu bildirişlə tanış olmuş, həmin gün borclunun izahatı alınmışdır. Qeyd edilən müddətdən sonra da borclu icra sənədini icra etməmiş, icra məmuru 05.03.2021-ci il tarixdə borclunun məcburi gətirilməsi üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Göründüyü kimi borclu icra məmurunun çağırışlarına məhəl qoymamış və icra şöbəsinə getməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, borclu icra sənədi üzrə borcunu ödəməmiş, icra məmurunun çağırışlarına getməmişdir. Belə olan halda onun icra idarəsinə məcburi gətirilməsi üçün də əsaslar vardır. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə borclunun şikayətdə göstərdiyi dəlilləri əsassız hesab edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-156/2021 saylı, 09 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-156/2021 saylı, 09 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar