Məhkəmə qərarları › İş №8(105)-134/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-134/2022

02.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-134/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(119)-883/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclunə məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin təqdimatı üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərardadından tələbkar Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim M.A.Abbasova) təqdimatın qismən təmin edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(119)-883/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclunə məxsus “İveco Astra yük” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı və “İveco Astra yük” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(119)-883/2021 saylı icra sənədinə əsasən Borclunə məxsus olan “İveco Astra yük” markalı, **-JU-*** dqn-lı, “Tecnocar Yarımqoşqu” markalı, 10-ZH544 dqn-lı, “İveco Astra yük” markalı, **-AD-*** dqn-lı, “İveco Astra yük” markalı, 01-AD236 dqn-lı, “İveco Astra yük” markalı, **-AD-*** dqn-lı, “İveco Astra yük” markalı, 01- AD249 dqn-lı, “İveco Astra yük” markalı, **-AD-*** dqn-lı, “İveco Astra yük” markalı, 01-AD243 dqn-lı, “İveco Astra yük” markalı, **-AD-*** dqn-lı, “X7 yük” markalı, **-AD-*** dqn-lı, “İveco yük” markalı, **- AD-*** dqn-lı, “İveco Trakker yük” markalı, 01- AD-363 dqn-lı, “İsuzu NQR71P yük” markalı, **-JN-*** dqn-lı, “Ford Transit yük” markalı, **-AD-*** dqn-lı, “Maz 642208 (232P13) yük” markalı, **-JN-*** dqn-lı, “Maz 953000 (010) Yarımqoşqu” markalı, **-ZF-*** dqn-lı, “ADR 4LW Yarımqoşqu” markalı, **-ZH-*** dqn-lı, “Maz 953000 (010) Yarımqoşqu” markalı, **-ZF-*** dqn-lı, “Maz 642508 (233) yük” markalı, **-JO-*** dqn-lı, “İveco AT440S43TX/P yük” markalı, **-JO-*** dqn-lı, “Ford Cargo 3535 D yük” markalı, **-JN-*** dqn-lı, “Toyota Hilux minik” markalı, 90- AC747 dqn-lı, “Maz 953000 (010) yarımqoşqu” markalı, **-ZF-*** dqn-lı, “Maz yük” markalı, “**-JN-*** dqn-lı, “Toyota Hilux minik” markalı, **-PD-*** dqn-lı, “SX5234GJBJS384 YÜK” markalı, **-JN-*** dqn-lı, “Toyota Hilux minik” markalı, **-PE-*** dqn-lı, “Kamaz 5320 yük” markalı, **-JP-*** dqn-lı, “Maz 642208 232P14 Yük” markalı, **-JP-*** dqn- lı, “Maz 953000 014 Yarımqoşqu” markalı, **-ZH-*** dqn-lı, “Maz 642208 232P14 YÜK” markalı, **-JR-*** dqn-lı, “Maz 953000 014 yarımqoşqu“ markalı, **-ZH-*** dqn-lı, “VAZ 21214 minik” markalı, **-PE-*** dqn- lı, “Kamaz 5320 Xüsusi Yanacaq DA” markalı, 90- JT-465 dqn-lı, “İveco Astra yük” markalı, **-AD-*** dqnlı, “İsuzu NQR 71R yük” markalı, **-JL-*** dqn-lı, “Maz 642208-(232P13) yük” markalı, **- JP-*** dqn-lı, “Mitsubishi L200 minik” markalı, **-AC-*** dqn-lı, “Mitsubishi L200 minik” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması və tələbin borclunun ümumi mülkiyyətdə olan payına yönəlməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, təqdimata görə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-883/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclundən 15679,56 manat pul vəsaitinin tutularaq Tələbkar MMC-yə ödənilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədi Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, “İcraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir Lakin hazırki günədək icra sənədi üzrə tələb könüllü olaraq borclu tərəfindən təmin edilməmişdir. Belə olan halda, məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. “Elektron icra” informasiya sistemindən əldə olunan məlumata əsasən borclunun mülkiyyətində qeyd edilən avtomobillərin olduğu müəyyən olunmuşdur. Belə olan halda borclunun əmlakı üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İcra sənədi üzrə Borclu şikayəti onunla əsaslandırmışdır ki, Məhkəmə borc tələbinin həcmindən kənara çıxaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl etmmişdir. Belə ki, əmlak üzərinə həbs iddia tələbi çərçivəsində olmalıdır. Borc tələbi 15679,56 manat olduğu halda ümumilikdə qiyməti borc məbləğində qat-qat yüksək olan 2 nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qanunvericiliyin tələblərinə ziddir. Həmçinin həbs qoyulmuş nəqliyyat vasitələrinin dəyəri müəyyən olunmamışdır. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən borclunun əmlakının öncə qiymətləndirilməsi həyata keçirilməli, daha sonra borc tələbi həcmində tədbir görülməlidir. Əmlak üzərinə həbs qoyulması geniş anlayış olmaqla, özündə əmlak üzərində olan sahiblik, istifadə və sərəncam vermə hüquqlarının məhdudlaşdırılmasını ehtiva edir. Odur ki, mübahisəli əmlakın üzərinə həbs qoyulması mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bundan başqa məhkəmə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən birinci növbədə borclunun bank hesabları araşdırılmalı və onlar üzərinə həbs qoyulması ilə bağlı icra məmuru təqdimatla müraciət etməlidir. Qanunda həbslə bağlı icra tədbirlərinin ardıcıllığı aydın əks olunmuşdur. Həmçinin borclu şikayət ərizəsində qeyd edir ki, prosessual hüquq normalarının pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmədə borclunun iştirakı təmin olunmamış, keçirilmiş məhkəmə iclasları barədə borcluya məlumat verilməmişdir. Yəni borclu barəsində belə bir məhkəmə prosesinin olmasından məlumatsız olmuşdur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)- 521/2022 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul olunmasını və təqdimatın rədd olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 45.1ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə kollegiyası borclunun işə onların nümayəndəsinin iştirakı olmadan baxılması barədə dəlili qəbul etmir, belə ki, işdə olan ərizədən məlum olur ki, tərəfin nümayəndəsi məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və təqdimatın rədd edilməsini məhkəmədən xahiş etmişdir (i.v.26). Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsi borclunun tələbkara olan borcu ilə üzərinə həbs qoyulması əmlaklarının dəyərinin mütənasibliyi baxımından məhkəmə digər əmlakların üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab edilməsini məhkəmə kollegiyası düzgün hesab edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Borclu nümayəndəsi X2 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 31 avqust 2022-ci il tarixli 8(012)-521/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar