Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-135/2025 22.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi ləğv prosesində olan "xxxx" ASC-nin müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsi üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X15 və X1 ibarət tərkibdə, X19 qızının katibliyi ilə, Ərizəçi ləğv prosesində olan "xxxx" ASC-nin əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-14/2025 nömrəli qərardadından Maraqlı şəxs ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Ləğv prosesində olan "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinin üzərinə Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-2531/2019 nömrəli qərardadı əsasında qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 02SF saylı kredit müqaviləsinə əsasən 1.980.000 (bir milyon doqquz yüz səksən min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Borclu məxsus Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksi ipoteka müqaviləsi əsasında bank qarşısında yüklü edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-20/2014 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 1.515.273,80 (bir milyon beş yüz on beş min iki yüz yetmiş manat, 80 qəpik) əsas borc, 31.820,77 (otuz bir min səkkiz yüz iyirmi manat, 77 qəpik) müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 11.319, 95 manat cərimə borcu olmaqla, ümumilikdə 1.543.414,52 (bir milyon beş yüz qırx üç min dörd yüz on dörd manat, 52 qəpik) manat məbləğində pulun tutulması, tutmanın Borclu məxsus Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinə yönəldilməsi qət edilmişdir. Qətnamənin icrasının təmin edilməsi məqsədilə Quba Rayon Məhkəməsi tərəfindən həmin əmlakın üzərinə həbs qoyulmasına dair xx.xx.2019-cu il tarixli, 2(027)-2531/2019 nömrəli qərardad qəbul edilmişdir. Daha sonra ləğv prosesində olan "xxxx" ASC ilə "xxxx" MMC, Borclu, X11, LPO "xxxx" ASC və "xxxx" MMC arasında LPO "xxxx" ASC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2009-cu il tarixli, “02SF” saylı kredit müqaviləsi üzrə ümumilikdə 1.558.414,52 (bir milyon beş yüz əlli səkkiz min dörd yüz on dörd manat əlli iki qəpik) manat və 20 (iyirmi) manat dövlət rüsumunun "xxxx" MMC-dən tutulması, tutmanın Borclu məxsus Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan, 4,0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın hərracdan satılaraq borcun ödənilməsi tələbi, Borclu LPO "xxxx" ASC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbi, LPO "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı kredit müqaviləsinin icrası üzrə gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 708.249,63 (yeddi yüz səkkiz min iki yüz qırx doqquz manat altmış üç qəpik) manat pulun tutulması və tutmanın Borclu məxsus Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan, 4,0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilməsi tələbi, X5 Borclu qarşı Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan, 4,0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin bölünməsi barədə mübahisənin həlli ilə əlaqədar mediasiya prosesində təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00355 nömrəli barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-9173/2024 nömrəli qətnaməsi ilə təsdiq edilmişdir. Hazırkı xüsusatda hesab edir ki, tərəflər arasında barışıq əldə olunduğundan əmlakın həbsdə qalmasının heç bir hüquqi və faktiki zərurəti mövcud deyildir. Bu səbəbdən müvafiq əmlakın üzərinə qoyulmuş həbs götürülməlidir. Əlavə olaraq bildirmişdir ki, “İpoteka haqqında” Qanunun 7.3-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmeti üzərində ipoteka predmetinə tələb yönəldikdə üstünlük hüququ mövcuddur.
3. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X8 izahatında ərizəsini müdafiə etdiyini, tərəflər arasında barışıq sazişi bağlandığını bildirmiş və ərizənin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X13 izahatında müvəqqəti təminat üzrə həbs qoyulmuş əmlak üzrə digər icra işləri üzrə də məhdudiyyət qoyulduğunu bildirmişdir
5. İşdən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)- 2531/2019 nömrəli qərardadı ilə iddiaçı X5 cavabdeh Borclu qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair iddiası üzrə mülki işlə bağlı X5 iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qutarana kimi Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisənin hər hansı formada özgəninkiləşdirilməsi cavabdeh Borclu və üçüncü şəxslərə qadağa edilmiş, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
6. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-616/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA Seriyalı, ******* nömrəli, **********38-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011ci il qeydiyyat tarixli Çıxarışla Borclu adına dövlət qeydiyyatına alınmış Quba rayonu, Aşağı-Xuc kəndində 4 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi X11 ilə Borclu arasında bərabər bölünməsi, həmin əmlak kompleksinin ½ hissəsinə Borclu və ½ hissəsinə isə X5 payının müəyyən edilməsi qət edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1466/2024 nömrəli qərardadı ilə iddia tələbindən imtina qəbul edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-616/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
8. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-9173/2024 nömrəli qətnaməsindən görünür ki, ləğv prosesində olan "xxxx" ASC ilə maraqlı şəxslər X11, Borclu, "xxxx" MMC, "xxxx" MMC və ləğv prosesində olan "xxxx" ASC arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/12/2024-00355 nömrəli barışıq sazişi təsdiq edilmişdir.
9. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-14/2025 nömrəli qərardadı ilə (hakim Aydın Babayev) Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(027)-2531/2019 saylı qərardadı ilə Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisənin hər hası formada özgəninkiləşdirilməsi barədə müvəqqəti təminat tədbiri ləğv olunması qərara alınmışdır.
10. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-14/2025 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-14/2025 nömrəli qərardadı ilə (hakim Aydın Babayev) şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
12. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 8(027)-14/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı Maraqlı şəxs hüquq və maraqlarına toxunduğundan ləğv edilməlidir. Əvvəla sözügedən əmlak kompleksi üzərinə qoyulmuş həbs götürülərkən Maraqlı şəxs da tərəf kimi işə cəlb edilməli idi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, barışıq sazişinin tərəflərindən biri olan Borclu ilə Maraqlı şəxs arasında uzun müddət davam edən məhkəmə mübahisələri olmuşdur. Belə ki, Maraqlı şəxs 2011-ci ildə cavabdeh Borclu və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 78366 manat məbləğində borcun və həmin borca görə hesablanmış 8228,40 manat məbləğində faizin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)-5314/2011 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu əsas borca görə 78.366 manat və həmin borca hesablanmış faiz borcuna 8224.40 manat, cəmi 86594.40 manat və 20 manat dövlət rüsumunun alınaraq iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Borclu apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1711/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)- 5314/2011 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixli icra vərəqəsi verilmiş, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zaur Əzizov tərəfindən xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra icraatı çərçivəsində məcburi icra tədbirlər həyata keçirilmiş, lakin borclu qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə öz öhdəliklərini yerinə yetirməməmiş və məhkəmə qərarı üzrə pul vəsaitini iddiaçıya ödəməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1711/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyulmasına dair Nəsimi rayon icra şöbəsinin icra məmuru Ə.Hüseynov təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 8(006)- 1412/2013 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(102)-1680/2014 nömrəli icra sənədi üzrə Borclu məxsus Quba rayonu, Aşağı Xuc kəndində yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulmuşdur. Quba Rayon Məhkəməsinin (hakim V.Seyidov) 15 mart 2023-cü il tarixli, 2(027)-346/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli, 2(006)-5314/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 78.366 manat əsas borc məbləğinə illik 5 (beş) faiz olmaqla hesablanan 39.183 (otuz doqquz min yüz səksən üç) manat məbləğində pul və 188,70 manat dövlət rüsumunun alınaraq iddiaçı Maraqlı şəxs verilməsi qət edilmişdir. Daha sonra cavabdeh Borclu tərəfindən qətnamədən apellyasiya şikаyəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(027)-346/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdeh Borclu tərəfindən sözügedən qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1068/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sözügedən iş üzrə icra vərəqəsi çıxarılmış və iş hazırda Quba Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Bildirmişdir ki, Borclu tərəfindən Maraqlı şəxs sözügedən borc məbləğlərinin tam ödənilməsi həyata keçirilməmişdir və hazırda hüquqlarını təmsil etdiyi şəxsə ödənilməmiş borcu vardır. Bütün bunlara əsasən Maraqlı şəxs sözügedən iş üzrə maraqlı şəxs qismində cəlb edilməli olduğu halda iş üzrə, ümumiyyətlə, prosesə maraqlı şəxs qismində cəlb edilməmişdir. İş üzrə maraqlı şəxs olan Maraqlı şəxs hüquqlarına və mənafelərinə toxunduğu halda işə cəlb edilməmiş və onun iştirakı olmadan qərardad qəbul edilmişdir. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9173/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə digər şəxslərə mülkiyyət hüququnun verilməsi nəzərdə tutulan əmlakın üzərinə icra icraatı çərçivəsində dövlətin adından çıxarılan qətnamənin icra edilməsi üçün həbs qoyulmuş əmlakdır. Belə olan halda, Bakı Kommersiya Məhkəməsi qətnamə və qərardadı ilə dövlətin adından çıxarılan qərarın icra edilməsini məhdudlaşdırmışdır. İcra qanunverciliyinin əsas prinsipi icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Belə ki, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(103)-1711/2012 nömrəli icra sənədinə əsasən Borclu 78366 manat məbləğində pul alınaraq tələbkar Maraqlı şəxs verilməlidir. İcra sənədi xx.xx.2013-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Başlanılmış icraat zamanı borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1680/14 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" ASC, "xxxx" MMC, Borclu nümayəndəsi X12 və X7 arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir: 1-"xxxx" ASC, "xxxx" MMC-yə X4 qarşı olan Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi üzrə ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və BakıApellyasiya Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və 0.0931 ha torpaq sahəsinin açıq hərracda satılması və həmin satışdan əldə olunmuş puldan "xxxx" MMC-nin "xxxx"-a borcunun ödənilməsinə yönəldilməsi barədə tələbindən imtina etməklə qeyd olunan əmlakı ipotekadan azad edir və gələcəkdə X4 qarşı həmin əmlakla bağlı hər hansı bir tələbinin olmayacağını bildirir. 2-"xxxx" MMC və onun təsisçisi və direktoru olan Borclu "xxxx" ASCnin xx.xx.2008-ci il tarixə və 16.02.201-ci il tarixə olan iddiaları üzrə ümumilikdə 3.333.017 (üç milyon üç yüz otuz üç min on yeddi) ABŞ dolları məbləğində borcu olduğunu etiraf edir və qeyd olunan barışıq sazişi təsdiq olunduqdan sonra 1 (bir) ay müddətində məbləğin "xxxx" ASC-yə ödənilməsini təmin edir. 3-"xxxx" MMC və onun təsisçisi və direktoru olan Borclu bu saziş üzrə öhdəliklərini icra etmədikdə müvafiq məhkəmə tərəfindən icra vərəqəsi verilir və icra üçün müvafiq icra şöbəsinə göndərir. "xxxx" ASC "xxxx" MMC-dən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 3.333.017 ABŞ dolları məbləğinin ödənilməsini izah edir. 4-X7 Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2013cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə verdiyi kassasiya şikayətindən imtina edir və bununla bağlı imtina ərizəsini AR Ali məhkəməsinə təqdim edir. 5-Tərəflər barışıq sazişini bağlayarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3,261.0.5, 262.4-cü maddəllərini rəhbər tuturlar və həmin maddələrin tələblərin xəbərdardırlar. Bakı Apellyasiya Məhkəməsi Müki Kollegiyasının bu iş üzrə xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv ediməlidir. İcra sənədi icra olunması üçün xx.xx.2014-cü il tarixdə Quba rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Həmçinin Nəsimi rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsi Borclu aid hissədə tədbirlərin görülməsi üçün xx.xx.2015-ci il tarixdə Quba rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən xx.xx.2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqələri üzrə borclu eyni olduğundan onların bir icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda Quba rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə Borclu məxsus Quba rayonu, Aşağı Xuc kəndində yerləşən əmlakın üzərinə həbs qoyulmuşdur. Həmin qərardad məlumat üçün DƏDRX-nin 5 saylı Ərazi idarəsinə göndərilmişdir. Eləcə də Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2014cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən ******* mant alınaraq "xxxx" ASCyə verilməlidir. Tələb borclu Alim Heydərova məxsus Quba rayonu, 22-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməli və həmin əmlakın ilkin satış qiyməti 150000 manat qiymətləndirilmişdir. Bundan əlavə tələb digər Borclu məxsus Quba rayonu, Aşağı Xuc kəndində 4 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilməli və həmin əmlakın ilkin satış qiyməti ******* manat qiymətləndirilərək açıq hərracda satılmalıdır. İcra sənədi xx.xx.2015-ci il tarixdə Quba rayon icra şöbəsinə göndərilmiş və müvafiq qaydada icraata başlanılmışdır. Qeyd olunan hər üç icra sənədi üzrə borclu və əmlak eyni olduğundan bir icraatda birləşdirlmə haqqında qərar qəbul edilmişdir. Bundan sonra hər üç icra sənədi ümumi bir icraatda birləşdirildiyindən icra tədbirləri hər üç icra sənədinə görə davam etdirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə iclasında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 izahatında ərizəni qəbul etmədiyini, 3 icra işinin birləşdiyini, ərizənin təmin olunması icra işinin tam başa çatdırılmasına və icra tədbirləri ilə bağlı 7%-in tutulmasına mane olduğunu bildirmişdir. Lakin icra məmurunun haqlı etirazı məhkəmə tərəfindən nəzərə alınmamış, həmçinin ümumi icraatda birləşdirilmiş üç icra sənədindən pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(103)-1711/2012 nömrəli icra sənədinə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Eləcədə həmin icra vərəqəsi üzrə tələbkar Maraqlı şəxs məhkəmə baxışına dəvət olunmamış və ona bu barədə məlumat verilməmişdir. Nəticədə qeyd olunan icra sənədi üzrə tələb icrasız qalmışdır. Həmçinin tərəflər arasında saziş bağlanarkən “İcra haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq tutulmalı olan 7% icra ödənişinə toxunulmamasına baxmayaraq qərardad qəbul edərkən məhkəmə buna əhəmiyyət verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Hazırkı halda məhkəmə öz qətnaməsi ilə bu maddənin tələblərini kobudcasına pozmuş, tələbkarın öz hüquqlarını bərpa etmək istiqamətində atdığı addımları - onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Həmçinin "xxxx" ASC, Maraqlı şəxs və X9 arasında 07 mart 2016-cı il tarixli tələbin güzəşti barədə müqavilə bağlanılmışdır. Əlavə olaraq bildirmişdir ki, Maraqlı şəxs ilə Borclu arasında müvafiq razılaşma əldə olunmuşdur. Tərəflər arasında olan ərizələrə əsasən Maraqlı şəxs borcun ödənilməsi tam həyata keçirilənədək əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
13. Ləğv prosesində olan "xxxx" ASC şikayətə qarşı yazılı etirazına qeyd etmişdir ki, "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 02SF saylı kredit müqaviləsinə əsasən 1.980.000 (bir milyon doqquz yüz səksən min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Borclu məxsus Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksi ipoteka müqaviləsi əsasında bank qarşısında yüklü edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-20/2014 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 1.515.273,80 (bir milyon beş yüz on beş min iki yüz yetmiş manat, 80 qəpik) əsas borc, 31.820,77 (otuz bir min səkkiz yüz iyirmi manat, 77 qəpik) müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 11.319, 95 manat cərimə borcu olmaqla, ümumilikdə 1.543.414,52 (bir milyon beş yüz qırx üç min dörd yüz on dörd manat, 52 qəpik) manat məbləğində pulun tutulması, tutmanın Borclu məxsus Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinə yönəldilməsi qət edilmişdir. Daha sonra ləğv prosesində olan "xxxx" ASC ilə "xxxx" MMC, Borclu, X11, LPO "xxxx" ASC və "xxxx" MMC arasında LPO "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, MŞB/12/2024- 00355 nömrəli barışıq sazişi bağlanılmışdır. Həmin Sazişə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-20/2014 nömrəli qətnaməsinin icrası məqsədilə yuxarıda qeyd edilən ipoteka predmetinin bölgüsü aparılmış, bir hissəsi Borclu saxlanılması, bir hissəsinin isə LPO Banka verilməklə borcun bağlanılması barədə razılıq əldə edilmiş, həmin Saziş Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edilmiş və icrası məqsədilə icra vərəqəsi verilmişdir. Lakin əmlak kompleksinin üzərində həbs olduğundan sözügedən qətnaməsinin icrasında çətinliklər yaranmışdır. Bu səbəbdən məhkəməyə Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-2531/2019 nömrəli qərardadı əsasında əmlak kompleksinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair tərəfindən xx.xx.2025-ci il tarixli, 12-5/2-573/2025 nömrəli ərizə ünvanlanmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-14/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, əmlakın üzərinə qoyulmuş həbs götürülmüşdür. Qərardaddan narazı qalan Maraqlı şəxs tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-14/2025 nömrəli qərardadından şikayət vermişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-14/2025 nömrəli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, aşağıdakı əsaslara görə maraqlı şəxsin şikayəti təmin edilməməlidir və Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-14/2025 nömrəli qərardadı qüvvədə saxlanılmalıdır. Belə ki, sözügedən əmlak kompleksi LPO Bankla Borclu "xxxx" MMC arasında rəsmiləşdirilmiş kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Yəni, həmin əmlak üzərində ipoteka saxlayanın məhdud əşya hüququ yaranmışdır. Belə olan halda həmin əmlakın realizə edilməsi zamanı ilk növbədə ipoteka saxlayan kimi LPO Bankın üstünlük hüququ tanınmalı və ilk növbədə LPO Bank qarşısında olan öhdəliklər ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 7.3-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmeti üzərində ipoteka predmetinə tələb yönəldikdə üstünlük hüququ mövcuddur. Bundan başqa qeyd edilməlidir ki, 2014-cü ildə qəbul edilmiş və bugünədək icra edilməmiş qətnamənin icrası barədə kreditor ilə borclu və eyni zamanda ipoteka qoyan arasında razılığın əldə edilməsi və həmin razılığın məhkəmə tərəfindən təsdiq edilməsi, 10 ildir Quba Rayon İcra şöbəsinin icrasını təmin edə bilmədiyi icra sənədinin tərəflərin öz təşəbbüsü ilə icra edilməsi deməkdir. Lakin hazırda açıq-aşkar görünür ki, Maraqlı şəxs Yaqibəli oğlu 10 ildir icra edilməyən məhkəmə qətnaməsinin icrasına mane olmağa çalışır. Belə ki, hazırda qüvvədə olan məhkəmə qətnaməsi ilə Borclu Maraqlı şəxs xeyrinə 78.366 manat əsas, 39.183 manat faiz borcunun tutulması qət edilmişdir. Həmin tutulmalı olan borcun 3.900.000 manat dəyərə olan əmlaka yönəldilməsi və həmin əmlakın ipoteka predmetinin olmasının nəzərə alınmaması və həmin əmlakın üzərində həbsin qoyulması özlüyündə absurd bir haldır. Halbuki 78.366 manat əsas, 39.183 manat faiz borcunun Borclu tutulması məqsədilə sonuncunun adına digər daşınar və daşınmaz əmlakların olmasını müəyyən etməklə yönəldilməsi təmin edilə bilərdi. 78.366 manat əsas, 39.183 manat faiz borca mütənasib olan əmlaklarının, bank hesablarının üzərinə və ya pensiyasına yönəldilməsi yolu ilə təmin edilə bilərdi. Qeyd edilənlərlə yanaşı zəruri məqamlardan biri də odur ki, LPO Bank ilə "xxxx" MMC və ipoteka qoyan Borclu arasında bağlanılmış və Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə təsdiq edilmiş barışıq sazişi ilə ipoteka predmetinin bölgüsü aparılmış, borc əvəzi əmlakın bir hissəsinin LPO Banka verilməsi, digər hissəsi Borclu qalması nəzərdə tutulmuşdur. Həmin qətnamə icra edildikdən sonra Borclu saxlanılması nəzərdə tutulan hissə LPO Bank tərəfindən ipoteka yüklülüyündən azad edilməyəcəkdir və belə olan halda, yenə də Maraqlı şəxs xeyrinə tutulmalı olan 78.366 manat əsas, 39.183 manat faiz borcu Borclu qalan hissəyə yönəldilə bilər. Göründüyü kimi, Maraqlı şəxs maraqlarına toxunulmamış və məhkəmə haqlı olaraq ərizənin təmin edilməsinə dair qərar qəbul etmişdir. Əlavə olaraq bildirmişdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş kredit müqaviləsi X6 vəsaiti hesabına maliyyələşdirilmişdir. Yəni, dövlət tərəfindən sahibkarlığın inkişafı məqsədilə güzəştli şərtlərə ayrılmış vəsaitdir. Həmin vəsaitin qaytarıldığı təqdirdə LPO Bankın ləğvedicisi tərəfindən növbədən kənar qaydada X2ytarılacaqdır. Həmçinin qalan iki icra vərəqi üzrə barışıq sazişinin icrasının səmərəliliyinin və operativliyinin təmin edilməsi məqsədilə, Bakı Apellyasiya Məhkəməsini xx.xx.2012-ci il tarixli, 2(103)-1711/2012 nömrəli icra sənədi həmin icraatdan ayrılmalıdır. Lakin icra məmuru tərəfindən bu istiqamətdə heç bir tədbir görülməmişdir. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, həmin icra vərəqinin icra olunmaması qalan iki icra vərəqi üzrə icraatın xitam verilməsinə və əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə mane olmamalıdır. Bu hal məhz icra qanunvericiliyinin ədalətlilik və qanunun aliliyinin təmin olunması prinsiplərinə ziddir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Maraqlı şəxs tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-14/2025 nömrəli qərardadından verilmiş şikayəti təmin etməyərək Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)- 14/2025 nömrəli qərardadını qüvvədə saxlanılması xahiş edilir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.4. İddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
15. Maddə 162. Müvəqqəti təminat tədbirinin ləğv olunması 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.2. Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər və ya arbitraj mübahisəsinin tərəfləri iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində baxılır və həll edilir. 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. 162.4. İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. 162.5. Arbitraj mübahisəsi tərəfləri müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsas olmuş hallarda baş vermiş əhəmiyyətli dəyişikliklər, habelə arbitraj icraatının başa çatması və mübahisəni mahiyyəti üzrə həll edən yekun arbitraj qərarının çıxarılması barədə məhkəməyə dərhal məlumat verməlidirlər. Məhkəmə bu halları qiymətləndirdikdən sonra öz mülahizəsi əsasında müvəqqəti təminat tədbirinin ləğvi, habelə müvəqqəti təminat tədbirinin nə zaman qüvvədən düşəcəyi barədə qərardad qəbul edir.
16. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
18. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. İşdən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)- 2531/2019 nömrəli qərardadı ilə iddiaçı X5 cavabdeh Borclu qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair iddiası üzrə mülki işlə bağlı X5 iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qutarana kimi Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi kimi müəssisənin hər hansı formada özgəninkiləşdirilməsi cavabdeh Borclu və üçüncü şəxslərə qadağa edilmiş, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
23. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-616/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA Seriyalı, ******* nömrəli, **********38-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011ci il qeydiyyat tarixli Çıxarışla Borclu adına dövlət qeydiyyatına alınmış Quba rayonu, Aşağı-Xuc kəndində 4 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi X11 ilə Borclu arasında bərabər bölünməsi, həmin əmlak kompleksinin ½ hissəsinə Borclu və ½ hissəsinə isə X5 payının müəyyən edilməsi qət edilmişdir.
24. Qətnamədən ləğv prosesində olan "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
25. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-616/2020 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(027)-616/2020 saylı qətnaməsinin mülki işdə iştirak etməyən "xxxx" ASC-nin hüquq və vəzifələrinə toxunması müəyyən edilmiş, apellyasiya şikayəti mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1466/2024 nömrəli qərardadı ilə iddia tələbindən imtina qəbul edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-616/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
27. Göründüyü kimi, həmin işə mahiyyəti üzrə baxılmış və iş üzrə müvəqqəti təminat tədbirinin tətbiqinə zərurət qalmamışdır.
28. Mülki Prosessual Məcəllənin 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər.
29. Digər tərəfdən, işdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-9173/2024 nömrəli qətnaməsi ilə ləğv prosesində olan "xxxx" ASC ilə maraqlı şəxslər X11, Borclu, "xxxx" MMC, "xxxx" MMC və Ləğv prosesində olan "xxxx" ASC arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/12/2024-00355 nömrəli barşıq sazişi təsdiq edilmişdir.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-2531/2019 nömrəli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
31. Odur ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından, şikayət təmin olunmamalı, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-14/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-14/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.