Məhkəmə qərarları › İş №8(105)-136/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-136/2021

14.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-136/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, Borclu nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2017-ci il tarixli, 2(105)-3021/2017 saylı icra vərəqəsinə izah verilməsi barədə Abşeron rayonu üzrə İcra və probasiya şöbəsinin icra məmuru İ.H.Həsənovun verdiyi ərizəyə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, 2(012)- 4991/2017 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı əmlak tələbinə dair iddiası təmin edilib, cehiz əşyaları - yataq dəsti qiyməti - 2000 manat, qonaq dəsti (divan kreslo), bar - 6 stul, qiyməti 1600 manat, lustr -2 ədəd - 200 manat televizor - 400 manat, paltaryuyan - 250 manat, xalça 2 ədəd hər biri - 200 manat olmaqla 400 manat, pərdə 3 dəst - 240 manat, stolüstü işıq- 2 ədəd - 80 manat, mətbəx və qonaq üçün qabqacaq- 600 manat, tozsoran - 75 manat, ət maşını -45 manat, ütü vəütü altlığı - 50 manat, 4 dəst yorğan döşək, 6 yastıq, taxt örtüyü - 200 manat, saat - 40 manat, dəsmallar, prostinalar, stol örtükləri - 50 manat, “Tefal” çay dəsti - 80 manat, duxovka - 60 manat, “Aura” qazan dəsti - 120 manat, “Çemodan” qaşıq naboru - 150 manat, çaynik (4 ədəd) -40 manat, çaydan (1 ədəd) -20 manat, çaydan dəsti (bulud qaşığı -12ədəd) - 140 manat, boşqab dəsti - 50 manat, dərin boşqab (12 ədəd+6ədəd bulud)-200 manat, dördbuçaq podnos dəsti və yumru podnos dəsti - 40 manat, nəlbəki (32 ədəd), çaşka nəlbəki dəsti (24 dəst). Əlavə qaşıq, vilka (24 dəst), zibil vedrəsi, çörək yıqmaq üçün 2 böyük qab .vəstol üstüç.örək qabı, duz qabı xrustal (12 ədəd)- cəmi 80 manat, qənd qabı (4 ədəd) xrustal, bıçaq dəsti (12 ədəd)- 100 manat, kiçik bıçaq dəsti, ət taxtası, qozçəkən maşın, sürtkec, aşsüzən, böyük qazan, ləpə yığmaq üçün qab (2ədəd), ədviyya qabları nabor (12 dəst), hamam dəsmalı (12 ədəd), əl vəüz dəsmalı (24 ədəd), post dəsti (8 ədäd+1 tək taxtüstüədyal 1 ədəd, taxt örtüyü -lədəd), divan örtüyü, süfrə - ədəd, telefon altlığı-lədəd, xrustal st. - 12 ədəd, bagema salfetka qabı - cəmi 120 manat, cəmi 7355 manat dəyərində cehiz əşyaları və ya həmin əşyaların dəyərinin cavabdeh Borclu alınıb iddiaçı Tələbkar verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun yarısı olan 15 (on beş) manatın cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2017-ci il tarixli, 2(105)-3021/2017 saylı qətnaməsi ilə iddiaçı Tələbkar Həmzəxan qızının apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh X2 apelyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, 2(012)- 4991/2017 saylı qətnaməsi kreslo, bar - 6 stul, pərdə 1 ədəd, 3 dəst yorğan döşək, “Aura” qazan dəsti -120 manat, çaynik (4 ədəd) -40 manat, çaydan dəsti (bulud qaşığı -12ədəd) - 140 manat, boşqab dəsti - 50 manat, dərin boşqab (12 ədəd+6ədəd bulud)-200 manat, dördbuçaq podnos dəsti və yumru podnos dəsti - 40 manat, nəlbəki (32 ədəd), çaşka nəlbəki dəsti (24 dəst). əlavə qaşıq, vilka (24 dəst), zibil vedrəsi, çörək yıqmaq üçün 2 böyük qab və stol üstü çörək qabı, duz qabı xrustal (12 ədəd)- cəmi 80 manat, qənd qabı (4 ədəd) xrustal, bıçaq dəsti (12 ədəd)- 100 manat, kiçik bıçaq dəsti, ət taxtası, qozçəkən maşın, sürtkec, aşsüzən, böyük qazan, ləpə yığmaq üçün qab (2ədəd), ədviyya qabları nabor (12 dəst), hamam dəsmalı (12 ədəd), əl və üz dəsmalı (24 ədəd), post dəsti (8 ədäd+1 tək taxtüstüədyal 1 ədəd, taxt örtüyü -lədəd), divan örtüyü, süfrə - ədəd, telefon altlığı-lədəd, xrustal st. - 12 ədəd, bağema salfetka qabı - cəmi 120 manat əmlakın cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilməsi hissəsində ləğv edilərək ddia tələbi həmin əşyalara dair hissədə təmin edilməmiş, cavabdeh Borclu apelyasiya şikayəti əmlakların qiymətinin müəyyən edilməsi hissəsində təmin edilməmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2018-ci il tarixli, 2(102)-1675/2018 saylı qərarı ilə iddiaçı Tələbkar Həmzəxan qızının kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2017-ci il tarixli, 2(105)-3021/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Abşeron rayonu üzrə İcra və probasiya şöbəsinin icra məmuru İ.H.Həsənov ərizə ilə müraciət edərək göstərmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2017-ci il tarixli, 2(105)-3021/2017 saylı qətnaməsinin icra edilməsi zamanı anlaşılmazlıq və çətinliklər yaranmışdır. Belə ki, icra sənədinin icra olunması ilə əlaqədar icra vərəqəsində qeyd edilən ünvana baxış keçirilmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2017-ci il tarixli, 2(105)-3021/2017 saylı icra sənədində qeyd edilən əmlaklar bütünlüklə yerində aşkar olunmuşdur. Həmin əmlaklar tələbkara təhvil verilən zaman 1 ədəd tozsoran, 1 ədəd tefal çaydan dəsti, 1 ədəd ütü stolunun, lakin həmin ütü stolunun parçası üstündə olmadığı üçün, 1 ədəd ət maşını işlək vəziyyətdə olmadığına görə Tələbkar tərəfindən əşyalar götürülməkdən imtina edilmişdir. Qeyd olunan işlək vəziyyətdə olmayan əmlakların məhkəmə qərarında tələbkara məxsus olan cehiz əşyaların tələbkara verilən zaman istifadəyə tam yararlı vəziyyətdə tələbkara verilməsi barədə məhkəmə tərəfindən göstərilmədiyi üçün və bu halda həmin əmlakların tələbkar tərəfindən təhvil götürülməməsi icra sənədinin tam şəkildə icra olunmasına bir sıra çətinliklər yaradır. İcra vərəqəsi ilə müəyyən olur ki, qeyd olunan əmlakların özü və ya onların dəyərinin alınıb verilməsi qeyd olunmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Belə olan halda yalnışlığın aradan qaldırılması məqsədi ilə icra vərəqəsinə izah verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 9.2-ci bəndin əsasən əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə məhkəmə tərəfindən qəbul edilmiş mövcud qətnamənin nəticə hissəsi ilə icra vərəqəsini birlikdə araşdıraraq nəzərə alır ki, icra vərəqəsi tərtib edilərkən icra vərəqəsində heç bir yalnışlığa yol verilməmişdir. Ərizənin heç bir əsası yoxdur. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələblərinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400, 402, 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2017-ci il tarixli, 2(105)-3021/2017 saylı qətnaməsinə izah verilməsi barədə Abşeron rayonu üzrə İcra və probasiya şöbəsinin icra məmuru İ.H.Həsənovun ərizəsi təmin olunmasın və izah verilməkdən imtina edilsin. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar