Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-136/2023 04.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 icra hərəkətinin qanunsuz hesab edilməsi barədə ərizəsinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-411/2023 nömrəli qərardadından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(105)- 1031/2022 nömrəli icra vərəqəsinə əsasən, Maraqlı şəxs tərəfindən verilmiş 17/75 №650- 2V nömrəli, xx.xx.2023-ci il tarixli sifariş üzrə borclu X4 məxsus, tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən, 2 otaqlı 53.7 kv.m ümumi, 34,0 kv.m əsas, 19,7 kv.m yardımçı sahədən ibarət olan 34 nömrəli mənzilin açıq hərracda satılması qeyd olunmaqla, açıq hərracın keçirilməsi 11 avqust 2023-cü il tarixə saat 10:00a təyin edilmiş və “X2”nın nəzdində yaradılmış "xxxx" MMC-də keçiriləcəyi bildirilmişdir.
2. xx.xx.2023-cü il tarixdə “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53,7 kv.m olan 34 nömrəli mənzilin açıq hərracda satılması”na dair Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə göndərdiyi 17/75 №650-2V nömrəli sifarişin, qərar və bildirişin etibarsız hesab olunması barədə borclu X5 tərəfindən verilmiş şikayət ərizəsi məhkəmənin icraatına daxil olmuşdur.
3. Məhkəmə iclasında borclu X5 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(105)-1031/2022 nömrəli icra vərəqəsinə əsasən, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 2 otaqlı 53.7 kv.m ümumi, 34,0 kv.m əsas, 19,7 kv.m yardımçı sahədən ibarət olan 34 nömrəli mənzil onun xəbəri olmadan Maraqlı şəxs tərəfindən verilmiş 17/75 №650-2V nömrəli, xx.xx.2023-cü il tarixli sifariş məktubu ilə hərraca çıxarılmış və hərracın keçirilməsini "xxxx" MMC-yə sifariş etmişdir. Ona bu barədə heç bir bildiriş göndərilməmiş, məhkəmə qərarı əsasında icra vərəqəsinin icaraya yönəldilməsi barədə onun məlumatı olmamışdır. Hərracın keçirilməsi ilə bağlı qərar və bildiriş ona göndərilərkən, onun bu barədə məlumatı olmuşdur. Hesab edir ki, xüsusi mülkiyyətində olan mənzilin hərraca çıxarılması barədə Maraqlı şəxs "xxxx" MMC-yə göndərdiyi xx.xx.2023-cü il tarixli 17/75 №650-2V nömrəli sifariş məktubu, qərar və bildirişin etibarsız hesab olunması barədə qərar qəbul olunmalıdır. Ona görə də göstərilənlərə əsasən, şikayətin təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X9 şikayəti ilə bağlı izahatında göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(105)- 1031/2022 nömrəli icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs icraatına daxil olmuş, sonradan icra işi onun icraatına daxil olmuşdur. O, bu barədə borcluya SMS bildiriş göndərmişdir. Hesab edir ki, şikayət əsassızdır. Bu səbəbdən də şikayətin təmin olunubolunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
5. İşdə olan Maraqlı şəxs xx.xx.2023-ci il tarixli, 17/75 №650-2V saylı “Hərracın keçirilməsi barədə sifarişi”ndən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(105)-1031/2022 saylı icra vərəqəsinə əsasən, X4 məxsus və ilkin satış qiyməti 70000 (yetmiş min) manat dəyərində qiymətləndirilən ünvan 1 ünvanında yerləşən, 2 otaqlı 53.7 kv.m ümumi, 34,0 kv.m əsas, 19,7 kv.m yardımçı sahədən ibarət olan 34 saylı mənzilin satılması ilə bağlı hərracın keçirilməsi xahiş olunmuşdur.
6. “X2” "xxxx" MMC-nin 18 iyul 2023-cü il tarixli 1786/23 saylı açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, X4 və digər tərəflərə Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 17/75 №650-2V saylı sifariş üzrə borclu X4 məxsus, tələbkar "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən, 2 otaqlı 53.7 kv.m ümumi, 34,0 kv.m əsas, 19,7 kv.m yardımçı sahədən ibarət olan 34 saylı mənzilin açıq hərracda satılması və ilkin hərracın keçirilmə vaxtının 11 avqust 2023-cü il tarixə, saat 10:00-a təyin edilməsi bildirilmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 8(012)-411/2023 nömrəli qərardadına əsasən, borclu X5 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 17/75-650-2V saylı “Hərracın keçirilməsi barədə sifariş”inin ləğv edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(105)-1031/2022 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmış, tələbkar tərəfindən borcun ödənilməsinin təmin edilməsi məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi nəticəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(105)-1031/2022 saylı icra sənədi qəbul edilərək icraya yönəldilmiş və həmin icra sənədi əsasında icra məmuru tərəfindən "xxxx" MMC-yə “Hərracın keçirilməsi barədə sifariş” məktubu göndərilmişdir. Həmin sifariş məktubundan görünür ki, bu barədə məktubun surətinin "xxxx" MTK-nə və "xxxx" ASC-yə göndərilməsi ilə bağlı qeydiyyat aparılsa da, borclunun adı həmin məktubda qeyd olunmamışdır. Bundan sonra “X2” "xxxx" MMC tərəfindən X4 və digər tərəflərə Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 17/75 №650-2V saylı sifariş üzrə açıq hərracın keçirilməsi ilə bağlı 18 iyul 2023-cü il tarixli 1786/23 saylı bildiriş göndərilmiş və həmin bildiriş əsasında borclunun bu barədə məlumatı olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, icra şöbəsi tərəfindən göndərilmiş hərracın keçirilməsi haqqında sifariş ləğv olunaraq, icra hərəkətləri davam etdirilməlidir.
9. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borclu X5 şikayətində Maraqlı şəxs tərəfindən qəbul edilmiş qərar və bildirişin ləğv olunmasını bildirsə də, həmin qərar və bildiriş şikayətə əlavə olunmamış, məhkəmə iclası zamanı da sözügedən qərar və bildiriş məkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir.
10. Qərardaddan tələbkar "xxxx" ASC şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.
11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-411/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
12. Şikayət onunla əsaslandırılmışdır ki, “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Eyni zamanda, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin satış qiyməti göstərilir. Həmin qanunun, 62-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Göründüyü kimi, qanunvericilikdə hərracın keçiriləsinə dair icra məmuru tərəfindən verilən sifariş məktubunun borcluya göndərilməsinə dair heç bir tələb yoxdur. Əlavə olaraq məhkəmə qərardadında heç bir məhkəmə qanunvericilik aktına istinad etmədən şikayəti əsassız olaraq qismən təmin etmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
13. Şikayətə qarşı X5 yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməmsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
“İcra haqqında” Azərbaycan Respubikasının Qanunu:
14. Maddə 26. İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
15. Maddə 87. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. (...) 87.3. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. 87.4. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)
18. Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
19. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
21. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
23. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsində icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun məhkəməyə şikayət verə bilməsi göstərilmişdir.
24. Qərardadda göstərilmişdir ki, “X2” "xxxx" MMC tərəfindən X4 və digər tərəflərə Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 17/75 №650-2V saylı sifariş üzrə açıq hərracın keçirilməsi ilə bağlı 18 iyul 2023-cü il tarixli 1786/23 saylı bildiriş göndərilmiş və həmin bildiriş əsasında borclunun bu barədə məlumatı olmuşdur.
25. Göründüyü kimi hərracın keçirilməsi vaxtı və yeri haqqında borcluya məlumat verilmişdir. Mübahisələndirilən məsələ isə sifariş barədə məktubun məlumat üçün borcluya göndərilməməsi ilə bağlıdır. Hərracların hazırlanması və keçirilməsi ilə bağlı müddəalar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsində göstərilmişdir.
26. Birinci instansiya məhkəməsi borclunun adının mübahisələndirilən sifarişdə qeyd olunmamasına əsaslanaraq məktubu ləğv etmiş, məktubu ləğv etmənin zəruriliyini, bunun borclunun hansı hüququnu pozmasını qərardadda əsaslandırmamış, məhkəmə iclasında icra məmuru borcluya bu barədə sms göndərildiyini bildirsə də, bu cür mübahisələrə baxılan zaman zəruri olsa da icra işi üzrə materiallar tələb edilib tədqiq edilməmiş, o cümlədən qərardaddan verilən şikayətin dəlilləri yoxlanılmamış və araşdırılmamışdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 8(012)-411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar araşdırılmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.