Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-137/2023 05.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X20 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X1 məxsus əmlakın üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2590/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq X4 X10 xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev məhkəməyə təqdimatla müraciət edərək, X2nun adına Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən 3,6657 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2590/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq X4 X10 xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Belə ki, göstərilən iş üzrə X2nun hal-hazırki vaxta qədər icra sənədində göstərilmiş tələbləri yerinə yetirməmiş və göstərilən borc məbləğindən iş üzrə tələbkara ümumiyyətlə heç bir ödəniş etməmişdir. “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, X2nun adına Zərdab rayonu, Xanməmmədli kəndində 3.6657 ha kənd təsərrüfatı təyinatlı(əkin) torpaq sahəsi qeydiyyata alınmışdır. Qeyd edilənlərə əsasən, icra məmuru təqdimatın təmin edilməsin xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadı ilə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatının təmin edilməsi, X2nun mülkiyyətində olan Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən 3,6657 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır (hakim Elman Məmmədov). Həmin qərardaddan borclu X15 şikayət verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 saylı qərardadındın ləğv edilməsini və Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatının rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2590/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq X4 X10 xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev məhkəməyə təqdimatla müraciət edərək, X2nun adına Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən 3,6657 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsi 01 iyun 2023-cü il tarixli 8(012)- 312/2023 saylı qərardadla təqdimatı təmin edərək, X2nun mülkiyyətində olan Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən 3,6657 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinin üzərinə həbs qoymuşdur. Qeyd olunan qərardad 01 iyun 2023-cü ildə qəbul edilsə də, həmin qərardaddan məlumatı olmamış, bu barədə icra məmuru ona məlumat verdikdə, 21 iyul 2023-cü ildə məhkəməyə müraciət edib qərardadı almışdır və xx.xx.2023-cü ildə asan nömrə və asan imza almaqla, qanunla müəyyən edilmiş 10 gün müddətində şikayət tərtib edilmişdir. Hesab edir ki, qeyd olunan qərardad əsassız olduğuna görə ləğv edilməli, yeni qərardad qəbul edilməklə təqdimat rədd edilməlidir. Belə ki, üzərinə həbs qoyulmuş Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən 3,6657 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi MH seriyalı ******* saylı çıxarışa əsasən 1,8329 ha hissəsi qardaşı Əfqan Qocayevin, 0,9164 ha hissəsi anası Həqiqət Qocayevanın xüsusi mülkiyyətində, yalnız 0,9164 ha hissəsi onun xüsusi mülkiyyətində olmaqla naturada bölünməmiş və bölünməsi mümkün olmayan torpaq sahəsidir. Anası və qardaşı hazırki icra sənədi üzrə borclu olmadığı, icra sənədində göstərilən borcu hissəhissə ödədiyi halda, icra məmurunun başqalarına məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimat verməsi əsassız və qanunsuzdur. Üzərinə həbs qoyulmuş daşınmaz əmlakın cüzi bir hissəsi onun mülkiyyətində olsa da, əsas torpaq sahəsi qardaşı və anasının xüsusi mülkiyyətindədir. Onların mülkiyyətində olan əmlaka onun borcuna görə həbs qoyulması isə mülkiyyət hüquqlarının pozulmasına əsas ola bilər. Məhkəmənin qeyd olunan maddəyə istinad etməklə icra sənədində borclu kimi qeyd edilməyən şəxslərin mülkiyyətində olan əmlaka həbs qoyması gələcəkdə həmin şəxslərin icra şöbəsinə və dövlətə qarşı iddia qaldırmalarına səbəb ola bilər. Onun aliment borcuna görə ailə üzvləri kiminsə qarşısında öhdəlik götürməmişlər. İcra sənədi üzrə tələbkar onun maddi imkanının yaxşı olduğu vaxtda yanında olur, maddi vəziyyəti bir qədər çətin olduğu və işdən çıxdığı anda ondan ayrılıb ona qarşı aliment, evə köçürülmə və digər iddialar qaldırır. O, müvvəqəti işləmədiyinə görə alimentin ödənilməsini bir qədər gecikdirsə də, iş tapana kimi müvəqqəti taksi fəaliyyəti və fəhləlik edərək azyaşlı uşaqlarının saxlanılması üçün alimenti ödəməyə çalışır. Buna baxmayaraq, əvvəlki dövr üzrə bir qədər aliment borcu qalmışdır ki, onu da qısa müddət ərzində ödəyəcəkdir. Bundan başqa, icra məmuru, üzərinə həbs qoyulmuş torpaq sahəsinin mülkiyyətçisi barədə məhkəməyə düzgün sənəd təqdim etməmişdir. Halbuki, dövlət reyestrindən çıxarış ilə həmin torpaq sahəsi ailə üzvlərinə aiddir ki, onlar icra sənədi üzrə borclu olmadıqlarına görə, torpaq sahəsinə həbs qoyulması düzgün qərar deyildir. O, onsuz da alimentin icrasından yayınmır və yayınmaq fikri də yoxdur. Aliment onun övladlarının yaşamı üçün lazımdır ki, bir müddət işləmədiyinə görə ödənilmədə gecikmə yaranmışdır. Birinci instansiya məhkəməsi borcun ödənilməsi üçün üzərinə həbs qoyduğu əmlakın sənəd üzrə sahibini düzgün müəyyən etməmiş, nəzərə almamışdır ki ,həmin torpaq sahəsinin yalnız cüzi bir hissəsi ona aid olsa da, əsas hissəsi anasına və qardaşına məxsus olmaqla həmin torpaq sahəsinin naturada bölünməsi və ayrıca satılması qeyri-mümkündür. Eləcə də, tərəfindən icra sənədi üzrə ödənişlər işsizlikdən və maddi imkansızlıqdan gecikdirilsə də, o, həm yeni yığılan alimenti, həm də köhnə borcunu hissə-hissə ödəyir və ödəmə ilə bağlı heç bir mübahisə yoxdur. Birinci instansiya məhkəməsi üzərinə həbs qoyulmuş əmlakın ona məxsus olmasını qeyd etsə də, həmin qeydin səhv olmasını və ya icra məmurunun yanlış sənəd təqdim etməsini nəzərə almamışdır. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş dövlət reyestrindən çıxarış şikayətə əlavə olunmuşdur. Borclu qeyd etdiklərinə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadı ilə borclu X6 şikayətinin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. X3 şikayətə etiraz ünvanlayaraq təmin edilməməsini xahiş etmişdir. Tələbkar qeyd etmişdir ki, X2 işləməsinə baxmayaraq icra sənədinə əsasən ödəməli olduğu alimenti vaxtında ödəmir və ya icra məmurunun xəbərdarlığından sonra çox az məbləğdə ödəmə edir. Hal-hazırda da borcu mövcuddur. Göründüyü kimi borclu tərəfindən ödənişlər vaxtında ödənilmədiyindən icra məmuru tərəfindən haqlı olaraq təqdimat verilərək məəhkəmənin qərardadına əsasən borclunun mülkiyyətindəki olan sözügedən torpaq sahəsinə həbs qoyulmuşdur. Bundan başqa, məhkəmənin nəzərinə çatdırıram ki, icra məmuru tərəfindən borcluya alimentin ödənilməsi barədə dəfələrlə şifahi və yazılı olaraq xəbərdarlıq olunmasına baxmayaraq, qərəzli şəkildə bilərəkdən ödəniş etmədiyindən icra məmururun təqdimatına əsasən Abşeron rayon Məhkəməsi 09 iyun 2023-cü il tarixli 3(012)-1028/2023 saylı qərardadı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qeyd etmək istəyirəm ki, borclu həbsi çəkdikdən sonra da işləməsinə baxmayaraq yenə də alimenti vaxtında ödəməkdən yayınmağa çalışır. Ödənişi ancaq məhkəmə iclaslarına yaxın və ya icra məmururun sonuncu xəbərdarlığından sonra qismən edir. Göründüyü kimi borclu aldığı cəzadan heç bir nəticə çıxarmayaraq hazırki vaxtadək üzərinə düşən öhdəliyi mütəmadi olaraq pozaraq alimenti ödəmir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadı qismən ləğv edilməli, təqdimat Zərdab rayonu Xanməmmədli kəndində yerləşən 3,6657 ha torpaq sahəsinin yalnız X2na məxsus paya, yəni 0,9164 ha hissəsinə münasibətdə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş çıxarışın surətindən məlum olunmuşdur ki, Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən 3,6657 ha torpaq sahəsinin 1,8329 ha hissəsi X8, 0,9164 ha hissəsi Həqiqət Qocayevanın xüsusi mülkiyyətində, yalnız 0,9164 ha hissəsinin X7 məxsus olması müəyyən edilmişdir. Ona görə də təqdimat qismən təmin edilməli və yalnız borcluya aid torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi göstərilən məsələləri araşdırmadan mübahisələndirilən nəticəyə gəlmişdir. Bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduqda, məhkəmə aktının icrası mümkünsüz olduqda, həmin imkanların olmadığı və ya tükəndiyi halda icra məmuru borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.3-cü mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vаrdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimata baxarkən ətraflı araşdırma aparmayıb, üzərinə həb qoyulmasına xahiş etdiyi əmlakın hüquqi vəziyyətini müəyyən etməmişdir. Ona görə də, X2nun şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadı qismən - Zərdab rayonu Xanməmmədli kəndində yerləşən 2,7493 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsə dair hissədə ləğv edilməli, qərardad X2na məxsus 0,9164 ha torpaq sahəsinə qoyulmuş həbsə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-312/2023 nömrəli qərardadı qismən - Zərdab rayonu Xanməmmədli kəndində yerləşən 2,7493 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsə dair hissədə ləğv edilsin. Qərardad X2na məxsus 0,9164 ha torpaq sahəsinə qoyulmuş həbsə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-137/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-137/2023
05.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver