Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-138/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 8(012)-515/2022 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 8(012)-515/2022 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) ərizəçi X6 Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-350/2020 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi, yaxud həmin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməmişdir. Borclu şikayət verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli mqərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-350/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilib, X10, X4, X7, X8 və X2 ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılmaqla həmin evin və evin yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmişdir. X3 oğlu ərizə ilə məhkəməyə müraciət edib, Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-350/2020 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi, yaxud həmin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-350/2020 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin iddiası təmin edilib, X4, X7, X8, X5 və X6 ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılmaqla həmin evin və evin yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmişdir. Maraqlı şəxs 17 iyun 2022-cu il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hazırda başqa yaşayış yerləri olmadığı üçün həmin evdən çıxmaqları mümkün deyildir. Bu səbəbdən də həmin qətnamənin icrasına möhlət verilməsi, icra üsulunun və qaydasını dəyişdirməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ X3 tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi 22 avqust 2022-ci il tarixli qərardadı qəbul edərkən MPM-nin 231.1-ci maddəsinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hazırda işsizdir, əmlakı da mövcud deyil, başqa yaşayış yeri olmadığı üçün həmin evdən çıxması mümkün deyildir. Bu səbəblə həmin qətnamənin icrasına möhlət verilməsi, icra üsulunun və qaydasını dəyişdirməsi bir ehtiyacdır. Bununla birlikdə həmin qətnamə üzrə borcunu icra edə bilmək üçün əlindən gələni etməyə çalışır. Bütün bunlar əsas verir ki, həmin qətnamənin icrasına dair ona möhlət verilsin və ya həmin qətnamənin hissə-hissə icra eməyinə, yaxud onun icra üsulunun və qaydasının dəyişdirilməsinə icazə verilsin. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, ərizənin təmin edilməsini xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qətnaməsinin icrasına möhlət verilməsi, yaxud qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəni təmin etməkdən imtina etdikdə gəldiyi nəticəni MPM-nin 231.5-ci maddəsinə istinad etməklə hesab etmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir, ipoteka saxlayan "xxxx" KB ASC-nin 19 avqust 2022-ci il tarixli etiraz ərizəsi ilə belə razılıq olmadığından borclunun ərizəsi təmin oluna bilməz. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-350/2020 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin iddiası təmin edilib, X4, X7, X8, X5 və X6 ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılmaqla həmin evin və evin yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmişdir. Maraqlı şəxs 17 iyun 2022-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-350/2020 nömrəli qətnaməsi icraata qəbul edilərək tələbin könüllü icrası barədə borclulara bildiriş göndərilmişdir. "xxxx" X12 Səhmdar Cəmiyyətinin 19 avqust 2022-ci il tarixli etiraz ərizəsi ilə X6 Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-350/2020 nömrəli qətnamənin icrasına möhlət verilməsi, yaxud həmin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsinin təmin olunmaması xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə, icra üzrə icraatı dayandırmağa haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddədə nəzərdə tutulan məhkəmə aktının icrasına möhlət verilməsi icra hərəkətlərinin daha gec bir vaxta keçirilməsi kimi başa düşülür. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. MPM-nin 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdır. Borclu şikayətin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və ərizəsinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Ona görə də, şikayət əsassız hesab edilib təmin edilməməlidir. MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: X1 verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 8(012)-515/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-138/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-138/2022
15.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver