Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-138/2025 21.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu hakimlər Dəmirov İlqar Kamal oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(027)-91/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 20 iyul 2017ci il tarixli, 2(027)-919/2017 nömrəli qətnaməsinə əsasən 16 noyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ünvan 1i ünvanında yaşayan Borclu hər ay tutulan 117 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, onun xeyrinə hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Borclu ilə 2013-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Quba Rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli, 2(027)-919/2017 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan anadan olmuş 16 noyabr 2015-ci il təvəllüdlü X9 onun himayəsində saxlanılmış, uşaqların yetkinik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. 2022-ci ildən qarşılıqlı razılaşma əsasında Borclu 170 manat aliment ödəmişdir. Hal-hazırda həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir, cavabdeh isə bundan artıq aliment ödəməyə razı deyil. O, uşağı təkbaşına çox çətinliklə saxlayır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğdə aliment uşağın təlabatlarını heç cür ödəmir. Bu məbləğlə uşağın qida xərclərini belə ödəmək mümkün deyildir. Halbuki cavabdehin daha yuxarı məbləğdə aliment ödəməyə imkanı vardır. Onun xeyrinə 16 noyabr 2015-ci il-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu tutulan aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,60 faiz mislində müəyyən edilməlidir. Quba Rayon Məhkəməsinin 01 may 2025-cü il tarixli, 8(027)-91/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-919/2017 nömrəli qətnaməsinə əsasən, 16 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu tutulan aliment məbləği 24 aprel 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.01 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Borclu həmin qərardaddan xx.xx.2025-ci il tarixdə şikayət verərək, Quba Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-919/2017 nömrəli qətnaməsinə əsasən16 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan tutulan aliment məbləği 24 aprel 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.01 misli həddində indeksasiya olunmuşdur. Göstərilən alimenti ödəyə bilməyəcəkdir. Çünki iş yeri üzrə aldığı maaş buna kifayət etmir. Quba Rayon Məhkəməsinin 11 iyun 2025-cü il tarixli qərardadı ilə Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir, Belə ki, Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-919/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Borclu ilə cavabdeh Əliyeva (Sultanova) Gülnar Fərrux qızı arasında Quba rayon İHB-nın Küpçal İƏD üzrə nümayəndəliyində 23 iyun 2013-cü il tarixdə bağlanmış, akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, 16 noyabr 2015-ci il təvəllüdlü X3 və tərbiyyə olunması üçün anası Əliyeva (Sultanova) Gülnar Fərrux qızının yanında saxlanılmış, 16 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Borclu 20 iyul 2017-ci il tarixdən başlayaraq 117 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Əliyeva (Sultanova) Gülnar Fərrux qızına ödənilsin qət edilmişdir X2 ərizə ilə məhkəməyə müraciət edərək Quba Rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli, 2(027)-919/2017 nömrəli qətnaməsinə əsasən 16 noyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ünvan 1i ünvanında yaşayan Borclu hər ay tutulan 117 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, onun xeyrinə hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razılaşır və mövqeyini bu cür şərh edir. İndeksasiyanın 20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması (alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir), habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən minimum aylıq əmək haqqının məbləği 2017-ci il üzrə 01 yanvar 2017-ci il tarixdən 116 manat və 2025-ci il üzrə 01 yanvar 2025-ci ildən 400 manat müəyyən edilmişdir. İşə baxan məhkəmə yetkinlik yaşına çatmayanların mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-919/2017 nömrəli qətnaməsinə əsasən, 16 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği 2017-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.01 misli həddində indeksasiya edilməsi qənaətinə gəlmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, ərizədə əmək haqqının 0.60 misli həddində sabit pul məbləğində müəyyən edilməsi xahiş olunsa da, qeyd edildiyi kimi, qətnamə ilə tutulmuş aliment məbləğinin indeksasiyası ilə hesablanmaqla 1.01 misli həddində nəticə əldə olunduğundan indeksasiya qismən oluna bilməz. Bununla belə kollegiya qeyd edir ki, tələbkar borclunun gəlirləri (qazancı), onun hazırkı maddi vəziyyəti və ayda minimum əmək haqqının 1,01 misli həddində aliment ödəmək imkanına malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də kollegiya izah edir ki, indiyədək uşaq üçün 117 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 1.01 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət hazırkı halda təmin edilməməli, Quba Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(027)-91/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(027)-91/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-138/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-138/2025
21.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver