Məhkəmə qərarları › İş №8(105)-139/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-139/2023

05.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-139/2023 05.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun təqdimatının təmin edilməməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(027)-387/2023 nömrəli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(027)- 1900/2022 saylı icra sənədinə əsasən cavabdeh Borclu cəmi 4356,31 manat və 63,56 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Quba Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli, 2(027)-1900/2022 saylı icra vərəqəsinə əsasən Borclu cəmi 4356,31 manat və 63,56 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 236076/22 saylı icra işi açılmış və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş edir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(027)-387/2023 nömrəli qərardadı ilə təqdimatın təmin edilməməsi qərara alınmışdır (hakim Vüqar Seyidov). Tələbkar ASC Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 8(027)-387/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərmiş və həmçinin borclunun hər hansı bir daşınar və ya daşınmaz əmlakının olub olmaması, onun işləyib işləməməsi və hər hansı bir bank hesabının olub olmaması barədə müvafiq dövlət orqanlarına sorğular göndərilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıla bilər. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1900/2022 saylı icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi təqdimatın təmin olunması üçün əsas ola bilər. Həmçinin bildirmək istəyirlər ki, Borclu borcunu ödəmək iqtidarındadır. Əgər onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılarsa o, borcunu tam ödəyə bilər və bununla da, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1900/2022 saylı icra sənədi icra olunmuş olar. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(027)-387/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(027)-387/2023 nömrəli qərardadı ləğv edilməli, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.1-ci maddəsinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İcra məmuru tərəfindən mövcud icra sənədinin icrası ilə bilavasitə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında səbəbli əlaqənin olması, borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılmasının icra sənədinin icrasına nə kimi təsir edəcəyi, belə bir zərurətin yarandığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi müvafiq təqdimata baxarkən ətraflı araşdırma aparmayıb, icra işini tələb edib borclunun icra mərhələsində işə cəlb edilməsi, icraata başlamaq haqqında icra məmurunun qərarının mövcudluğundan xəbərdar olub-olmaması, bununla da borcun borclu tərəfindən icranı könüllü həyata keçirməməsi nəticəsində yaranıb-yaranmamasını yoxlamamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi göstərilən məsələləri araşdırmadan mübahisələndirilən nəticəyə gəlmişdir. Bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatının təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(027)-387/2023 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(027)-1900/2022 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimata, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar