Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-14/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Tələbkar iştirakı ilə, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(067)-148/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim İ.Xəlilov) Borclu Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-444/2016 saylı qətnaməsinə əsasən Borclu 1690 (min altı yüz doxsan) manat məbləğində pul, hüquqi yardıma görə 50 (əlli) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-444/2016 saylı qətnaməsi qanuni qüvvəyə mindiyindən icraya yönəldilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-444/2016 saylı qətnaməsinin icrasına 2 (iki) il müddətinə möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-444/2016 saylı qətnaməsinə əsasən Borclu 1690 (min altı yüz doxsan) manat məbləğində pul, hüquqi yardıma görə 50 (əlli) manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Maddi vəziyyəti çox ağırdır, hazırda pul məbləğini ödəyə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Borclu Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-444/2016 saylı qətnaməsinə əsasən Borclu 1690 (min altı yüz doxsan) manat məbləğində pul, hüquqi yardıma görə 50 (əlli) manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Maddi vəziyyəti çox ağırdır, hazırda pul məbləğini ödəyə bilmir. Ona görə də qətnamənin icrasına 2 (iki) il müddətinə möhlət verilməsini xahiş etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Tələbkar şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə borcluya, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tələbkarın izahatını dinləyib, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsini qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında icra edilməməsinin tələbkarın qanunla qorunan hüquq və mənafelərinə zidd olmasını, tələbkarda ədalət mühakiməsinin nüfuzuna inamın azalmasına səbəb ola biləcəyini, həmçinin, borclun qətnamənin icrasına möhlət verilməsi üçün göstərdiyi əsaslara dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır (Mülki Prosessual Məcəllənin 231.1. maddəsi). Məhkəmə daha sonra xatırladır ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (bax, Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-İİİ). Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hər bir kəs üçün icrası məcburidir. Lakin məhkəmə əmlak və digər halları ilə əlaqədar tərəfin ərizəsi əsasında məhkəmə qətnamənin hissə-hissə icra etmək qaydasını müəyyən edə bilər. Bu da yalnız o zaman mümkündür ki, qətnamənin icra edilməməsi üçün real əsaslar mövcud olsun. Borclu işləyə bilməməsini, acınacaqlı vəziyyətdə dolandığını göstərsə də, qətnamə icraya yönəldiyi müddətdə kifayət qədər imkana malik olmuşdur ki, bu da borclunun dəlillərinin əsassız olduğunu göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Borclu şikayəti təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-14/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-14/2021
27.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver