Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-14/2024 25.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X19 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, X2 iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 nömrəli icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayətə dair iş üzrə Şuşa Rayon Məhkəməsinin sədri X3 X5 tərəfindən verilmiş etiraza Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şuşa Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(077)-2/2012 saylı qətnaməsi ilə iddiaçı X6 cavabdehlər X9 və X14 qarşı “torpağın alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair” iddiası təmin edilməmiş, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron rayon Masazır bələdiyyəsinin cavabdehlər X9 və X14 qarşı DT və XK-nın Abşeron rayon şöbəsinin tərtib etdiyi yerquruluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, DƏDRX-nin Abşeron Ərazi idarəsi tərəfindən verilmiş **********78 reyestr nömrəli çıxarışa düzəliş edilməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, X7 adına **********78 reyestr nömrəsi ilə qeydə alınmış, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş ayrılmış 0,10 ha torpaq sahəsinin yerinin qeyd edildiyi yerquruluşu planından çıxarış və X20 kitabında xx.xx.2007-ci il tarixdə 4430 nömrəsi ilə uçota alınmış A 026710 saylı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 20 dekabr 1993-cü il tarixli, 827 saylı sərəncamına əsasən X9 ayrılmış ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinin yerquruluşu planından çıxarışın və torpaq sahəsinin plan ölçüsünün yenidən hazırlanmasının DT və XK-nın Abşeron rayon şöbəsinə həvalə edilməsi, X9 ayrılmış torpaq sahəsinin yerləşdiyi yerə dair yerquruluşu planından çıxarış və torpaq sahəsinin plan və ölçüsü hazırlandıqdan sonra həmin koordinatlar əsasında X11 adına **********78 reyestr nömrəsi ilə qeydə alınmış MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa düzəlişlər edilməsinin DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsinə həvalə edilməsi, X15 tərəfindən ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətinə aid özbaşına tutulmuş (zəbt edilmiş) 0,2263 ha torpaq sahəsinin qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən Masazır bələdiyyəsinin mülkiyyətinə qaytarılması və X11 ailə üzvləri ilə birlikdə özbaşına tutulmuş (zəbt edilmiş) 0,2263 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi, iş üzrə keçirilmiş məhkəmə torpaqşünaslıq ekspertizasının 220 manat ümumi xərcinin 100 manatının X4, 120 manatının X10 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(077)-2/2012 saylı qətnaməsinin mübahisə predmetinə dair müstəil tələb irəli sürən üçüncü şəxs Masazır bələdiyyəsinin cavabdehlər X9 və X14 qarşı “Dövlət Torpaq və XKnın Abşeron rayon şöbəsinin tərtib etdiyi yerquruluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, DƏDRX-nin Abşeron Ərazi idarəsi tərəfindən verilmiş **********78 reyestr nömrəli çıxarışa düzəliş edilməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi tələbinə dair” iddiasının təmin edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması, qətnamənin F.K.Həsənovun Masazır kəndi, ünvan 2 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik 0,2263 ha torpaq sahəsinin Masazır Bələdiyyəsinin mülkiyyətinə qaytarılması, F.Həsənovun ailə üzvləri ilə birlikdə 0,2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilməsi, Masazır bələdiyyəsinin iddiasının bu hissədə təmin olunması, mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28,55 metr olan torpaq sahəsinin Masazır Bələdiyyəsinə qaytarılması qət edilmişdir. Qətnamə icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1nə göndərilmişdir. Maraqlı şəxs1 xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(105)-1/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2020-ci il tarixli qərarından Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin olunaraq, qərar ləğv edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(105)-1691/2015 qətnaməsinin icra olunması ilə əlaqədar tədbirlərin davam etdirilməsi qərara alınmışdır. Maraqlı şəxs1 icra məmuru X1 xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra işinə əlavə olunan sənədə əsasən məhkəməyə qaytarılmışdır. Abşeron rayon Masazır bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 8(077)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə tələbkar Abşeron rayon Masazır bələdiyyəsinin şikayətinin təmin edilməsi, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(105)-1691/2015 qətnaməsinin icra olunması ilə əlaqədar icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. X5 Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-7/2023 saylı qərardadından şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini, Abşeron rayon Masazır bələdiyyəsinin şikayətinin təmin edilməməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qərardadı ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-7/2023 nömrəli qərardadından X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət baxılması üçün Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(105)-108/2023 saylı qərardadı ilə X2 şikayəti qismən təmin edilərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və onunla bağlı xx.xx.2023-cü il tarixli qərardadlarının ləğv edilməsi, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün işin Şuşa Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)–7/2023 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)- 1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Abşeron rayon Masazır bələdiyyəsi Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-7/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 8(105)-131/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)–7/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayon Masazır bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1xx.xx.2022-ci il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin sədri və tək hakimi X3 iş üzrə X5 tərəfindən edilmiş etiraz ərizəsi xx.xx.2024-cü il tarixdə Şuşa Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən ərizə əsasında xx.xx.2024-cü ildə məhkəmə baxışı təyin edilsə də, elektron məhkəmə sisteminin işləməməsi ilə əlaqədar xx.xx.2024-cü ilə təyin edilmişdir. Bu məsələ üzrə qanunvericiliyin aydın imperativ mövqeyi olduğunu diqqətə çatdıraraq, məhkəmənin bu ərizənin təmin edilməməsi ilə bağlı qərardad vermək imkanı olduğu halda, vaxtın dəyişilməsi, yeni vaxta təyin edilməsi məsələyə və mübahisəyə ədalətsiz yanaşılmanın nəticəsidir. Belə ki, real olaraq maraqlı şəxs Masazır bələdiyyəsinin müvafiq qərardaddan şikayət müddətinin üzürsüz səbəbdən ötürülməsi ilə bağlı Şuşa Rayon Məhkəməsindən başlayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin bəlli mövqeyi vardır. Bəlli mövqe odur ki, maraqlı hüquqi şəxs bələdiyyə tərəfindən həmin qərardad alınmış və hüquqi şəxs qanunla müəyyən edilən şikayət müddətlərini dəfələrlə ötürmüşdür. Hazırda verdiyi ərizədə də müddətin ötürülməsi ilə bağlı heç bir üzürlü səbəb göstərilməmişdir və göstərilməsi də mümkün deyildir. Odur ki, Masazır bələdiyyəsi tərəfindən buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizənin baxılma müddətinin xx.xx.2023-cü il tarixə əsassız olaraq, dəyişdirilməsi kifayət qədər qeyri-obyektiv baxış olacağını müəyyən edən amil olduğu üçün hakimə etiraz edir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Şuşa Rayon Məhkəməsinin hakimi X3 iş üzrə X5 tərəfindən edilmiş etiraz ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.5-ci maddəsinin tələbinə uyğun olaraq baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X5 etirazın dəlilləri ilə eyni məzmunlu izahat verərək, etirazın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-in 22.5-ci maddəsinə əsasən, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən, hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: 19.1.1. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə;https://e-qanun.az/framework/46945 19.1.4. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.1.5. o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.6. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.1.7. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 19.3-cü maddəsinə əsasən, bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallardan hər-hansı biri mövcud olmadığından X2 birinci instansiya məhkəməsinə verdiyi etirazı əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, etiraz əsaslı olmalıdır. Hazırkı iş materiallarından isə görünür ki, işə baxan hakimə etiraz edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 8-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2005-ci il 24 noyabr tarixli 3 nömrəli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarının 1-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki, kommersiya, inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Həmin qərarın 2.2-ci maddəsində qeyd edilir ki, “hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir”. Bununla əlaqədar qeyd edilməlidir ki, Mülki Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, X5 tərəfindən Şuşa Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevə edilmiş etiraz təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 22.5 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 nömrəli icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayətə dair iş üzrə Şuşa Rayon Məhkəməsinin sədri X3 X5 tərəfindən verilmiş etiraz təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-14/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-14/2024
25.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver