Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-140/2020 26.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-280/2020 saylı qərardadından Borclu verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-280/2020 saylı qərardadı ilə (hakim C.İ.Səfiyeva) Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimat təmin edilib, xx xxxxxx 1992-ci il tarixdə Füzuli rayonu, Qoçəhmədli kəndində anadan olmuş və Abşeron rayonu, Masazır kəndi, M.F.Axundov küçəsi, dalan 1, fərdi yaşayış evi ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu şikayət verib, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(012)-280/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Füzuli rayon notariat kontorunun xx xxxxxxxx 2019-cu il tarixli, 8İ4402 saylı icra qeydinə əsasən, Borclu 3697.09 (üç min altı yüz doxsan yeddi min doqquz) manat borc və dövlət rüsumu kimi 30 (otuz) manat pul vəsaitinin tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, borclunun ünvanına çağırış və bildiriş göndərilmiş, müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borcluya xx.xx.2020-ci il tarixdə borclunun ünvanına çağırış vəsiqəsi və xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin hazırki vaxta qədər borclu tələbkara cəmi 50 manat ödəniş etmişdir. Bununla da Borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmışдыр. Онаэюрядя icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Borclu verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi onun ailə vəziyyətini, işsiz və ölkə ərazisində karantin olması halını nəzərə almadan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə гярардад qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi icra məmurunun borclunun ölkədən getmək hüququnun icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılması barədə nəticəyə gələrkən hesab etmişdir ki, borclu könüllü icra müddəti ərzində qətnamənin icrasını təmin etməmiş və qanuni qüvvəsini almış məhkəmə aktının icрasından yayınmışdır. Belə ki, iş materiallarında olan Füzuli rayon notariat kontorunun xx xxxxxxxx 2019-cu il tarixli, 8İ4402 saylı icra qeydinə əsasən Borclu 3697.09 (üç min altı yüz doxsan yeddi min doqquz) manat borc və dövlət rüsumu kimi 30 (otuz) manat pul vəsaitinin tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Füzuli rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icra olunması barədə Borclu bildiriş göndərilmişdir. Tələbkar ASC-nin Xırdalan şöbəsinin ödəniş qəbzindən görünür ki, Borclu xx xxxx 2020-ci il tarixdə 50 manat ödəniş etmişdir. Borclu xx xxxx 2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə verdiyi yazılı izahatı alınmışdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Borclu Н.Щ.Мурадов birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün başqa bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Ona görə də, qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Borclu verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-280/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №8(105)-140/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-140/2020
26.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver