Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-140/2021 21.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Tələbkarın nümayəndəsi: X8, Borclu: X3 iştirakları ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(001)- 11/2017 saylı qətnaməsi üzrə tutmanın yönəldilməsi müddətinin 1 il müddətinə qədər təxirə salınması tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadından borclu S.C.Əliyeva və tələbkar «xxxx» (Azərbaycan) ASC-i tərəfindən verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) ərizənin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11/2017 saylı, 16.05.2017-ci il tarixli qətnaməsi üzrə Abşeron rayonu Xırdalan şəhəri, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi müddətinin 3 (üç) ay müddətinə qədər təxirə salınması qərara alınmışdır. İŞİN H A L L A R İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11/2017 saylı, 16.05.2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, xxxx (Azərbaycan) ASC ilə cavabdeh X12 arasında bağlanmış 29.11.2013-cü il tarixdə baş kredit razılaşması və cavabdeh X12 arasında 29.11.2013-cü il tarixdə bağlanmış kommersiya krediti müqaviləsinin ləğv edilməsi, 124992,12 ABŞ dolları əsas borc, 17584,38 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə olmaqla, cəmi 142606.5 ABŞ dolları manatın ödəniş gününə olan məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manatın cavabdehlər X12, X11 və X6 müştərək qaydada tutularaq “xxxx Azərbaycan” ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə S.C.Əliyevaya məxsus Xırdalan şəhəri məhəllə 22 ünvanda yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin məcburi qaydada boşaldılması, ilkin satış qiymətinin 230000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına banka olan borcun ödənilməsi və ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay ərzində S.C.Əliyevanın, Ş.R.Əliyevin, N.R.Nəbiyevanın və R.Ə.Nəbiyevin oradan çıxarılması, qalan hissədə ilkin iddia tələbinin təmin edilməməsi, cavabdeh A.Ə.Nəbiyevin iddiaçı“xxxx Azərbaycan” ASC-yə qarşı “fors-majorun tətbiq edilməsi, faiz və dəbbə pulunun ləğv edilməsi, ipotekaya yönəltmənin icrasının dayandırılması və möhlət verilməsi tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi, “xxxx (Azərbaycan)” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 60 manat dövlət rüsumunun 58 manatının cavabdehlər A.Ə.Nəbiyev, S.C.Əliyeva və Ş.R.Əliyevə, 2 manatın iddiaçı “xxxx (Azərbaycan)” ASC-yə, aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərcinin 45 manatının cavabdehlər A.Ə.Nəbiyev, S.C.Əliyeva və Ş.R.Əliyevə, 5 manatının iddiaçı “xxxx Azərbaycan” ASC-yə aid edilməsi, cavabdehlər A.Ə.Nəbiyev, S.C.Əliyeva və Ş.R.Əliyevdən müştərək qaydada 58 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx Azərbaycan” ASC-yə, aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərcinin 45 manatının cavabdehlər A.Ə.Nəbiyev, S.C.Əliyeva və Ş.R.Əliyevdən müştərək qaydada, 5 manatın iddiaçı “xxxx Azərbaycan" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi ilə bağlı cavabdeh A.Ə.Nəbiyev tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11/2017 saylı, 16.05.2017-ci il tarixli qətnaməsi hüquqi qüvvəyə minmiş və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. İcra məmuru qanuni icra hərəkətlərinə başlamışdır. Borclu S.C.Əliyeva Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)11/2017 saylı, 16.05.2017-ci il tarixli qətnaməsi üzrə yeganə yaşayış yeri kimi başqa yerdə yaşamaq imkanı olmadığına görə ipoteka predmeti olan Abşeron rayonu Xırdalan şəhəri Xırdalan qəsəbəsi məhəllə 22 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi müddətinin bir il müddətinə qədər təxirə salınması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11/2017 saylı, 16.05.2017-ci il tarixli qətnaməsi ilə ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında yerləşən fərdi yaşayış evi onun və ailə üzvlərinin yeganə yaşayış yeridir, maddi imkanları onlara başqa yerdə yaşamaq imkanı vermir, belə ki, həmin evdə o, ağır xəstə olan nəvəsi, oğlu və gəlini ilə birlikdə yaşayır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Tələbkarın nümayəndəsi Ə.E.Kərimov verdiyi şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə onların nümayəndəsinin iştirakı olmadan baxmışdır, bu barədə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.ci tələblərini pozmuşdur. Bundan başqa «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.4-cü maddəsinə düzgün istinad etməmişdir. Ərizəni təmin edən məhkəmə heç bir araşdırma aparmamış, illərdir əsassız olaraq məhkəmənin uzadıldığı hallarını nəzərə almadan Bankın maraqlarına zidd qərardad qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 8(012)-243/2021 saylı qərardadının ləğv edilməsinə və ərizənin təmin olunmamasına dair qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Borclu S.C.Əliyeva verdiyi şikayətini onunla əsaslandırmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması yolu ilə qəbul edildiyindən ləğv edilməlidir. Təminat olaraq ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi onun və ailəsi üzvlərinin yeganə yaşayış yeri olmaqla yanaşı, orada çox ağır şəkərli diabet xəstəsi olan nəvəsi, oğlu və gəlini ilə birlikdə yaşayır. Qanunun mənasından göründüyü kimi, məhkəmə vacib şərtləri nəzərə alaraq tutmanın yönəldilməsini ən geci 1 il müddətinə təxirə sala bilər. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 8(012)-243/2021 saylı qərardadını ləğv edib, ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tələbkarın nümayəndəsi K.S.Salmanov şikayəti müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını, borclunun şikayətini qəbul etmədi, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Borclu S.C.Əliyeva şikayəti müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını, tələbkarın nümayəndəsinin şikayətini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Borclu A.Ə.Nəbiyev məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyərək, hesab edir ki, tələbkarın şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, borclunun şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin mənasından görünür ki, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə dair ərizələrə baxarkən işə baxmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin 12.09.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra məmuru Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11/2017 saylı, 16.05.2017-ci il tarixli qətnaməsi üzrə icra hərəkətlərinə başlamış, könüllü icra müddəti ilə bağlı borclulara bildiriş göndərmişdir. Birinci instansiya məhkəməsi qərardadında «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.4-cü maddəsinə istinad edərək, mənzilə tutmanın yönəldilməsini 3 ay müddətinə təxirə salınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə həmin maddi hüquq normasını səhv təsvir etmiş və hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39-cu maddəsi ipoteka predmetinə tutma yönəldilməsi bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən, ipoteka predmetinə tutma yönəldilməsi qaydaları müəyyən edir. Həmin Qanun 39.4-cü maddəsi də pulun tutulub ipoteka predmetinə yönəldilməsi zamanı tərəfin vəsatəti ilə tutmanın yönəldilməsini 1 il müddətə qədər təxirə salına biləcəyə nəzərdə tutulmuşdur. Göründyü kimi, qanunda qətnamənin icrasına möhlət verilməsi deyil, ipoteka predmetinə tutma yönəldilməsi zamanı iddialara baxılarkən bir ilə qədər möhlət verilməsi nəzərdə tutulmuşdur. Yəni ərizəçi tərəfindən bu vəsatət, 2017-ci il tarixdə işə birinci instansiya məhkəməsində baxılarkən verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyul 2014-cü il tarixli qərarında xüsusilə vurgulayır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyasının 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə kollegiyası borclu S.C.Əliyevanın başqa yaşayış yerinin olmaması, xəstə nəvəsinin olması barədə gətirdiyi dəlil qətnamənin icrasına möhlət verilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, tələbkarın qanunla qorunan mənafeyini, illərdir əsassız olaraq məhkəmə prosesinin uzaldılması, Dövlət adından qəbul edilmiş qətnamənin icrasına xələl gətirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət qismən təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Tələbkarın nümayəndəsi X7 şikayəti təmin edilsin, borclu X4 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 19 aprel 2021-ci il tarixli 8(012)-243/2021 saylı qərardadı ləğv edilsin. X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(001)- 11/2017 saylı qətnaməsi üzrə tutmanın yönəldilməsi müddətinin 1 il müddətinə qədər təxirə salınması tələbinə dair ərizəsi təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-140/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-140/2021
21.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver