Məhkəmə qərarları › İş №8(105)-140/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-140/2022

15.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-140/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3737/2021 saylı iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına dair Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-552/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmov təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ********** qeydiyyat nömrəsi, **********75-05101-093016 reyestr nömrəli, ********** qeydiyyat, **********75-05101-093176 reyestr nömrəli, ********** qeydiyyat, **********10 qeydiyyat, ********** qeydiyyat, **********30 reyestr nömrəli daşınmaz əmlakların üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-552/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3737/2021 saylı iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus ********** qeydiyyat, **********30 reyestr nömrəli torpaq sahəsinin,********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli torpaq sahəsinin, ********** qeydiyyat nömrəli, **********75-05101-093176 reyestr nömrəli mənzilin, ********** qeydiyyat nömrəli, **********75-05101-093016 reyestr nömrəli mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-552/2022 saylı, 18 avqust 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 8(060)-552/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, Borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(060)-552/2022 saylı qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və MPM-nin 269, 396.1, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-552/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-552/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası MPM-nin 269, 396.1, 362- 363-cü maddələrinin tələblərinə uyğun hesab edilmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qərardadı ilə razı deyil, belə ki, məhkəmənin üzərinə həbs qoyduğu bu əmlaklardan 2-si yaşayış sahəsi-mənzildir. Həmin qərardadla üzərinə həbs qoyulan və ********** qeydiyyat nömrəli daşınmaz əmlak Sumqayıt şəhəri,6-cı mikrorayon,ev 35,mənzil 81-də yerləşməklə onun və 4 nəfər ailə üzvlərinin daimi yaşadıqları və qeydiyyatda olduqları mənzildir. Lakin məhkəmə bu halı araşdırmadan bir ailənin yaşadığı mənzil üzərinə də həbs qoymuşdur. Digər üzərinə həbs qoyulan ********** qeydiyyat nömrəli daşınmaz əmlak Sumqayıt şəhəri,6-cıı mikrorayon,ev 35,mənzil 82-də yerləşməklə 2013-cü ildən onun mülkiyyətindədir. Lakin mənzil xx.xx.2013-cü ildə uzunmüddətli ipoteka şərtləri əsasında alınmış və mənzil bankda girovdadır, Lakin məhkəmə ipoteka ilə yüklü edilmiş bu əmlakla bağlı hər hansı bir araşdırma aparmadan hazırki qərarı qəbul etmiş, bu da onun hüquqlarının pozulmasına səbəb olmuş və mülkiyyətində olan, lakin ailə üzvlərinin daimi yaşadıqları mənzillə bağlı yaşayışçıların istifadə hüquqlarına təminat verilməmişdir. İşə baxan məhkəmə məhkəmə prosesinin yeri və vaxtı barədə hər hansı bir bildiriş göndərməmiş və icra məmurunun, tələbkarın, borclunun iştirakı olmadan işə baxmış, iş üçün zəruri olan sənədləri tələb etməmiş və hazırki qanunsuz qərardadı çıxarmışdır. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndi yeganə mənzilə tələbin yönəldilməsinə imkan vermir. Lakin hazırki qərardadla məhkəmə ailə üzvləri ilə yaşadığı və qeydiyyatda olduğu mənzilin də üzərinə tələbin yönəldilməsinə imkan verməklə həmin əmlak üzərinə həbsin qoyulması nəticəsinə gəlmişdir. Qərardad prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(060)-552/2022 saylı qərardadını ləğv etməklə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov tərəfindən verilmiş təqdimatın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-552/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərardadı Borclu məxsus olan ********** qeydiyyat nömrəli, **********75-05101-093176 reyestr nömrəli mənzilin və ********** qeydiyyat nömrəli, **********75-05101-093016 reyestr nömrəli mənzilin üzərinə həbs qoyulması hissəsində ləğv edilməli, təqdimat həmin hissədə təmin edilməməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa 45.1, 50.1, 50.2-ci il maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsiin mövqeyini qismən əsaslı hesab edir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, icra sənədi borclu tərəfindən uzun müddət icra edilmədiyindən icra sənədinin icrası üçün borclunun əmlakı üzərinə həbs qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmuşdur. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Borclu məxsus ********** qeydiyyat, **********30 reyestr nömrəli torpaq sahəsinin,********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulması barədə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, qərardad qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Borclu məxsus olan ********** qeydiyyat nömrəli, **********75-05101-093176 reyestr nömrəli mənzilin və ********** qeydiyyat nömrəli, **********75-05101-093016 reyestr nömrəli mənzilin üzərinə həbs qoyulması hissəsində ləğv edilməli, təqdimat həmin hissələrdə təmin edilməmlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Borclu, X5, X4, X1 Mənsurə Sultan qızı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Bununla da müəyyən edilir ki, qeyd edilən mənzil borclu və onun ailəsinin yaşayış ünvanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının 1-ci bəndinə görə fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq tələbin yönəldilməsinə yol verilmir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən mənzil borcu və onun ailəsinin birgə yaşayış yeri olduğundan həmin əmlak üzərinə həbs qoyulması yolverilməzdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC ilə Borclu arasında bağlanmış 09 dekabr 2013-cü il tarixli, K100825-044/13 nömrəli kredit müqaviləsi ilə ********** qeydiyyat nömrəli, **********75-05101-093176 reyestr nömrəli çıxarışa əsasən Borclu məxsus olan mənzilin alınması üçün bank tərəfindən 300 ay müddətinə 35000 manat kredit verilmiş, həmin mənzil ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, həmin mənzil girov predmeti olmaqla üzərində Borclu ilə yanaşı "xxxx" ASC-nin də hüquqları mövcuddur. Belə ki, həmin mənzil bank tərəfindən verilmiş kredit məbləğinin təminatıdır. Həmin əmlak üzərinə həbsin qoyulması borclu ilə yanaşı "xxxx" ASC-nin də maraqlarını pozur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsiin qərardadı qeyd edilən hissədə ləğv edilməli, təqdimat Borclu məxsus olan ********** qeydiyyat nömrəli, **********75-05101-093176 reyestr nömrəli mənzilin və ********** qeydiyyat nömrəli, **********75-05101-093016 reyestr nömrəli mənzilin üzərinə həbs qoyulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-552/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərardadı Borclu məxsus olan ********** qeydiyyat nömrəli, **********75-05101-093176 reyestr nömrəli mənzilin və ********** qeydiyyat nömrəli, **********75-05101-093016 reyestr nömrəli mənzilin üzərinə həbs qoyulması hissəsində ləğv edilməli, təqdimat həmin hissədə təmin edilməməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1,398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-552/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərardadı Borclu məxsus olan ********** qeydiyyat nömrəli, **********75-05101-093176 reyestr nömrəli mənzilin və ********** qeydiyyat nömrəli, **********75-05101-093016 reyestr nömrəli mənzilin üzərinə həbs qoyulması hissəsində ləğv edilsin. Təqdimat həmin hissədə təmin edilməsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar