Məhkəmə qərarları › İş №8(105)-140/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-140/2025

23.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-140/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X14 (məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X1 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizə üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-377/2025 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ X1 ərizə ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1643/2023 saylı, 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olmuş, onun himayəsində olan 11 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş 100 manat aliment məbləği indeksasiya edilərək məhkəmə qərarının qanuni qüvvəsinin aldığı tarixdən başlayaraq Maraqlı şəxsndan onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə Xaçmaz rayon Məhkməsinin 2(067)-1643/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə arasında olan nikaha son vermişlər. Həmin qətnaməyə əsasən xx.xx.2018-ci il təvəllüdlü X13 onun himayəsinə verilmişdir və Maraqlı şəxs hər ay onun uşağına 100 manat alimentin tutularaq ona ödənilməsi barədə qərar qəbul olunmuşdur. Hesab edir ki, onun xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay tutulan aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minumum əmək haqqı məbləğin hər ay 0.80 faiz mislində müəyyən edilməlidir. Ata kimi uşağını saxlamaq cavabdehin valideyinlik borcudur. X1 “ərizəyə dəqiqləşmə aparılmasına dair” ərizə ilə 26 aprel 2025-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 1643/2023 saylı, 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olmuş, onun himayəsində olan 11 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş 100 manat aliment məbləğinin indeksasiya edilərək məhkəmə qərarının qanuni qüvvəsinin aldığı tarixdən başlayaraq Maraqlı şəxsndan onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-377/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(067)-1643/2023 saylı qətnaməsi ilə X5 ilə Maraqlı şəxs arasındakı birgə nikahdan doğulmuş 11 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 100 manat sabit pul şəklində aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.29 misli həddində indeksasiya olunması qərara alınmışdır (hakim Nərmin Abiyeva). X1 Xaçmaz rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 8(067)-377/2025 saylı qərardadından şikayət verərək, Xaçmaz Rayon Məhkəməsin 08 may 2025-ci il tarixli, 8(067)-377/2025 saylı qərardadını ləğv edərək, şikayətinin təmin edilməsini və Mediasiyada cavabdeh ilə aralarında razılaşdırılmış 160 manat aliment məbləğinə uyğun olaraq indeksasiya olunması barədə yeni qərardad qəbul olunmasını, şikayəti təmin olunmazsa işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, birgə nikahdan anadan olmuş, onun himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək qədər Xaçmaz rayon Məhkməsinin 2(067)- 1643/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin olunmuş 100 manat aliment məbləğinin indeksasiya olunaraq Maraqlı şəxs oğlundan tutularaq onun xeyrinə sonrakı artımlar nəzərə alınaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının indeksasiya olunması barədə qərardad qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-377/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş və Xaçmaz rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(067)-1643/2023 saylı qətnaməsi ilə X5 ilə Maraqlı şəxs arasındakı birgə nikahdan doğulmuş 11 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 100 manat sabit pul şəklində aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.29 misli həddində indeksasiya olunmuşdur. Xaçmaz rayon Məhkəməsinin 2(067)-1643/2023 saylı, 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə ona 100 manat aliment kəsilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh ilə aralarında Mediasiyada saziş bağlanmış və qarşı tərəf 160 manat aliment verməyə razılıq vermişdir. İndi isə indeksasiya müəyyən olunarkən 160 manata görə deyil 100 manata görə nəzərə alınmışdır. Necə olu rki aralarındaki, razılaşma son olaraq 160 manat olduğu halda 100 manatın indeksasiyası 1.29 misli ilə son olaraq aliment təyin olunmalıdır. Belə çıxır ki, mediasiyada olan razılaşmanın heç bir hüquqi əsası yoxdur və X9 müddəaları məhkəmə tərəfindən nəzərə alınmır. Belə hesab edir ki, indeksasiya olunarkən mediasiyadakı razılaşma nəzərə alınmalıdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-377/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-377/2025 nömrəli qərardadından borclu X10 tərəfindən verilmiş şikayətin təmin olunmaması və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)- 377/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin qanuni qüvvəsini almış 06 iyul 2023-cü il tarixli, 2(067)-1643/2023 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş 11 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün iddia ərizəsi məhkməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü tarixdən başlayaraq cavabdeh Maraqlı şəxsndən hər ay 100 manat məbləğində sabit pul şəklində aliment alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-2 bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cüil tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4.1-ci yarımbənd əlavə edilmişdir: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Şikayətin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, X1 məhkəməyə ərizə ilə müraciət edərək, 11 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş 100 manat aliment məbləğinin indeksasiya edilərək məhkəmə qərarının qanuni qüvvəsinin aldığı tarixdən başlayaraq Maraqlı şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Digər tərəfdən, kollegiya ərizəçinin Maraqlı şəxs ilə aralarında mediasiyada bağlanmış sazişi ilə müəyyən olunmuş aliment məbləğinin indeksasıyası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-2 bəndinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Belə olan halda kollegiya şikayətin dəlilləri ilə razlaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-377/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar