Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-141/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Quba Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 8(027)-855/2018 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 8(027)-855/2018 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Borclu qərardaddan şikayət verərək Quba Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 8(027)-855/2018 nömrəli qərardadının ləğv edilməsini, əks təqdirdə şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir . Quba Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 8(027)-855/2018 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 8(027)-855/2018 nömrəli qərardadı qanunsuz və əsassız olmaqla onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Sözgedən qərardad aliment tələbi ilə bağlı icra sənədinin icrası ilə əlaqədar qəbul olunmuşdur. Hazırda işsiz olmasına baxmayaraq, imkanı daxilində, davamlı olaraq aliment ödənişlərini edir. Bütün bunlara baxmayaraq onun ölkədən çıxışına əsassız olaraq məhdudiyyət qoyulmuşdur. Sadalanan hallar nəzərə alınmaqla şikayət təmin edilməlidir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 8(027)-855/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» AR Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verimiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Daha öncə qeyd olunduğu kimi icra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-2497/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 30 manat olmaqla, ümumilikdə 60 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi üzrə icra işi başlanılmış və tələbin könüllü qaydada icra edilməsi üçün borcluya bildiriş göndərilsə də, borclu icra sənədinin icrasını təmin etməmişdir. İş materiallarından aydın olur ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2017-ci ildə qəbul edilmiş, borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən, hazırkı təqdimatla məhkəməyə xx.xx.2018-ci ildə müraciət edilmişdir. İcra məmurunun təqdimatı isə kifayət qədər əsaslandırılmışdır və qanuni qüvvəyə minmiş məhkəmə aktının operativ icra edilməsinin təmin olunmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.1-ci maddəsinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi əsaslandırılmış təqdimatı haqlı olaraq təmin etmişdir. Borclunun məhkəmə qərardadından verdiyi şikayət formal mülahizələrə əsaslanır və həmin qərardadın tələb edildiyi kimi ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, icra sənədi üzrə borclunun şikayəti təmin edilməməli və Quba Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 8(027)-855/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 8(027)-855/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-141/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-141/2022
15.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver