Məhkəmə qərarları › İş №8(105)-142/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-142/2021

07.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-142/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Tələbkar açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2, borclular Borclu1, Borclu2, Xanlarova Nüşabə İsabala qızının və X3 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2(105)-2182/2018 saylı icra sənədi üzrə barışıq sazişinin təsdiq edilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin müraciətinə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2017-ci il tarixli, 2(060)-4702/2017 saylı qətnaməsi ilə iddiaçı Tələbkar açıq səhmdar cəmiyyətinin cavabdehlər Borclu1, Borclu2, X4, Borclu5 və Borclu4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, 15.12.2015-ci il tarixli, 117400-1-8895/2/1 saylı kredit müqaviləsinə əsasən 01 fevral 2017ci il tarixə banka borclu olduğu ******* RUB məbləğində əsas borcun, 426984,50 RUB məbləğində faiz borcunun, 514 RUB məbləğində cərimə üzrə borcun, ümumilikdə isə 3586898,50 RUB məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), eləcə də 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Borclu1 və Borclu2 Tələbkar açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti cavabdeh Borclu1 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22B, 9 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 64,54 kv.m, yaşayış sahəsi 39,60 kv.m olan 3 otaqlı, 23 nömrəli mənzilin ilkin satış qiymətinin 72657 ABŞ dolları məbləğində müəyyən edilməsi, əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin hesabına cəmi 3586898,50 RUB və ödənilmiş dövlət rüsumu 60 manat məbəğində pulun iddiaçı Tələbkar açıq səhmdar cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2017-ci il tarixli, 2(105)-2441/2017 saylı qətnaməsi ilə iddiaçı Tələbkar açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2017-ci il tarixli qətnaməsi mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Borclu1, X3, Borclu5 və Borclu4 Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22B ünvanında yerləşən 23 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22B ünvanında yerləşən 23 saylı mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan Borclu1 və onunla birlikdə yaşayan ailə üzvləri X6, Borclu5 və Borclu4 ünvan 1 ünvanında yerləşən mənzili ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən çıxarılmaları və mənzilin boşaldılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, iddiaçı Tələbkar açıq səhmdar cəmiyyəti və cavabdeh Borclu1 qətnamədən kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2018-ci il tarixli, 2(102)-1923/2018 saylı qərarı ilə Tələbkar açıq səhmdar cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2017-cı il tarixli, 2(105)-2441/17 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2018-ci il tarixli, 2(105)-2182/2018 saylı qətnaməsi ilə iddiaçı Tələbkar açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2017-ci il tarixli, 2(060)-4702/2017 saylı qətnaməsi ipoteka predmeti olan cavabdeh Borclu1 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22B, 9 mərtəbəli binanın 2-ci girişində, 3cü mərtəbəsində yerləşən, ümumi sahəsi 64,54 kv.m, yaşayış sahəsi 39,60 kv.m olan 3 otaqlı, 23 nömrəli mənzilin ilkin satış qiymətinin 72657 ABŞ dolları məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetinin hərracda ilkin satış qiyməti 60000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli, 2(102)-6732/2018 saylı qərarı ilə cavabdeh Borclu1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2018ci il tarixli, 2(105)-2182/2018 saylı qətnaməsi-cavabdeh Borclu1 münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2018-ci il tarixli, 2(105)-2182/2018 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsi Tələbkar açıq səhmdar cəmiyyəti ilə borclular Borclu1, Borclu2, Xanlarova Nüşabə İsabala qızı, X6 və Borclu5 arasında bağlanmış barışıq sazişinin təsdiq ediməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar açıq səhmdar cəmiyyətinin nümayəndəsi X5, borclular Borclu1, Borclu2, Xanlarova Nüşabə İsabala qızı və X6 barışıq sazişinin təsdiq olunmasını xahiş etdilər. Borclu5 və Sumqayıt şəhəri üzrə İcra idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, Borclu5 məhkəmə iclasına gəlmədiyindən, Sumqayıt şəhəri üzrə İcra idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,barışıq sazişinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2(105)-2182/2018 saylı icra sənədi üzrə barışıq sazişinin təsdiq edilməsi barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin müraciəti təmin edilməməlidir. Belə ki, barışıq sazişinin 2-ci bəndinə əsasən bank ilə Borclu1 arasında bağlanmış 15.12.2015-ci il tarixli 117400-1-8895/2/01 saylı kredit müqaviləsi üzrə borclular Borclu1 və Borclu2 banka müştərək qaydada olan borcu 3.159.400,00 RUB məbləğində əsas borc, 426.984,50 RUB məbləğində faiz borcu, 228.514,00 RUB məbləğində cərimə, ümumilikdə 3.814.898,50 RUB məbləğində müəyyən edilmişdir. Barışıq sazişinin 3.1-ci bəndinə görə bu sazişin 2-ci bəndində göstərilən 15.12.2015-ci il tarixli, 117400-1-8895/2/01 saylı kredit müqaviləsi üzrə ümumilikdə banka olan 3.814.898,50 RUB məbləğində borc məbləğindən 3.159.400,00 RUB məbləğində əsas borc, 426.984,50 RUB məbləğində faiz borcu, 228.514,00 RUB məbləğində cərimə borcudur. “Borclular”ın Banka olan borcu 1 RUB - 0,0230 AZN məzənnəsi ilə manata konvertasiya edilərək 72666,20 manat əsas, 9820,64 manat məbləğində faiz, 5255,82 manat cərimə borcu müəyyən olunur. Bu məbləğə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular” 72666,20 manat əsas borc məbləğini bu saziş qüvvəyə mindikdən sonra 3.2-ci bəndində nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun olaraq 60 ay müddətində, birinci 12 ay ərzində, hər təqvim ayının 25-dən gec olmayaraq 700 manata bölünmüş hissələrlə, növbəti 48 ay ərzində isə hər təqvim ayının 25-dən gec olmayaraq 1338,88 manata bölünmüş hissələrlə borclular tərəfindən müştərək qaydada ödənilir. Ümumilikdə, saziş imzalandıqdan sonra 72666,20 manat ödənildiyi təqdirdə, borcluların bank qarşısında olan öhdəlikləri tam icra olunmuş hesab olunur, onların bank qarşısında bütün öhdəliklərinə xitam verilir, bank tərəfindən borclulara bu barədə arayış təqdim edilir və bank qarşısında yüklü edilmiş ipoteka predmeti yüklülükdən azad olunur. Barışıq sazişinin 4-cü bəndinə əsasən ödəniş cədvəli üzrə gecikmə günlərinin müddəti ardıcıl olaraq 30 təqvim günündən artıq olmamalıdır. Borclular bu saziş ilə müəyyən edilmiş qaydada pul ödəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə, hər hansı bir irad və ya etiraz bildirmədən tələbləri icra etməyi qəbul edirlər (istisna hal kimi barışıq sazişi qanuni qüvvəyə mindikdən sonra Nazirlər Kabineti tərəfindən ölkə ərazisində tətbiq olunmuş karantin rejimi dönəmində yenidən sərt karantin rejimi tətbiq edildiyi halda, gecikmə günlərinin sayı bir dəfədən artıq olmamaq şərtilə 90 gündən artıq olmamalıdır). Borclulardan müştərək qaydada 87742,67 manat məbləğində olan borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. Tərəflərin qarşılıqlı razılığı ilə “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Borclu1 məxsus olan Sumqayıt şəhəri, 13-cü mkr yerləşən ev 22 В nömrəli 9 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 64,54 kv.m, yaşayış sahəsi 39,60 kv.m olan 3 otaqlı, 23 saylı mənzilin ilkin satış qiyməti 60000 manat müəyyən edilməklə daşınmaz əmlak açıq hərracdan satılır və məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu sazişin 4.1-ci bəndində qeyd olunan borcluların “Bank”a olan borcunun qalığının bağlanmasına yönəldilir, qalan hissəsi isə “ipoteka qoyan”a qaytarılır. İpoteka predmetinin satışından əldə olunan vəsait bu sazişin 4.1-ci bəndində qeyd olunan borcun qalığının ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq borclulara məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait “Bank”a olan borcun ödənilməsinə yönəldilir. Borclular bu sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsinə xitam verilir. Borclular öz öhdəliklərini bu sazişə uyğun icra etmədikdə, bu saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” qanuna əsasən icra edilir. “İcra haqqında” qanunun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Qanunun mənasına görə icra sənədinin icrası ilə bağlı icraat zamanı barışıq sazişi icra sənədində göstərilən tələblər üzrə bağlanmalıdır, başqa sözlə, barışıq sazişi icra sənədi çərçivəsində bağlanmalı, barışıq sazişinə icra sənədində nəzərdə tutulmayan hər hansı tələb daxil edilməməlidir. İşdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2(105)-2182/2018 saylı icra vərəqəsinə görə 15.12.2015-ci il tarixli, 117400-1-8895/2/1 saylı kredit müqaviləsinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada Tələbkar açıq səhmdar cəmiyyətinin xeyrinə ******* RUB məbləğində əsas borc, 426984,50 RUB məbləğində faiz borcu, 514 RUB məbləğində cərimə üzrə borc, ümumilikdə isə 3586898,50 RUB məbləğində pul tutulmalıdır. Tərəflərin barışıq sazişində isə cərimə borcunun məbləği icra sənədində qeyd edilən 514 RUB əvəzinə, 228.514,00 RUB göstərilmişdir. Göründüyü kimi, tərəflərin hazırki barışıq sazişində nəzərdə tutduğu şərt qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə ziddir. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra sənədinin icrası ilə bağlı barışıq sazişinin təsdiq edilməsi barədə müraciəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2(105)-2182/2018 saylı icra sənədinin icrası ilə bağlı barışıq sazişinin təsdiq edilməsi barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin müraciəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar