Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-143/2020 29.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İcra vərəqəsi üzrə Tələbkar, İcra vərəqəsi üzrə borclular X2 və Borclu2 iştirakı ilə, İcra vərəqəsi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-120/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından icra sənədi üzrə borclular tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin 2(067)-2878/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli icra vərəqəsi üzrə borclu X2 adına olan ** BK *** dövlət nömrə nişanlı, “Chevrolet Orlando” markalı avtomobilin üzərində sərəncam vermək hüququnun qadağan edilməsi və tələbin həmin avtomobilin üzərinə yönəldilməsi barədə təqdimatla Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-120/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuş, X2 adına olan ** BK *** dövlət nömrə nişanlı, “Chevrolet Orlando” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. (hakim İ.Xəlilov) Qeyd edilən qərardadla razı olmayan icra sənədi üzrə borclular X3 və Borclu2 ondan şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 8(067)-120/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv olunmasını və icra məmurunun təqdimatının təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-120/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Dadaşov təqdimatınıonunlaəsaslandırmışdırki,Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2878/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclular Borclu2 və X1 cəmi 2860,76 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Borclulardan Borclu1 adına **-BK-*** qeydiyyat nişanlı, “Chevrolet Orlando” markalı minik avtomobili qeydə alınmışdır. Borclular tərəfindən icra sənədi icra edilmədiyindən təqdimat təmin olunmalı, «İcra haqqında» AR Qanununun 50.2ci maddəsinə əsasən həmin əmlakın üzərinə həbs qoyulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İcra vərəqəsi üzrə borclular X3 və Borclu2 qərardaddan verdikləri şikayət ərizəsini onunla əsaslandırmışlarki,məhkəmə işədüzgünbaxmamışdır. Beləki, onlar heç bir yerdə işləmirlər, himayələrində 20 yaşlı epilepsiya xəstəsi olan övladları vardır, digər övladı Milli Ordu sıralarında həqiqi hərbi xidmətdədir. X3 bu avtomobillə taksi fəaliyyəti göstərərək, ailəni dolandırır. Bu avtomobilin üzərinə həbs qoyulsa, ailənin yeganə qazanc mənbəyi itiriləcəkdir. Hazırda onların ödənilməmiş 1774 manat borcları qalmışdır. Bu məbləğdə borca görə nisbətən dəyərli olan əmlakın üzərinə həbs qoyulması məntiqsizdir. Məhkəmə bu halları nəzərə almamış və qanunsuz olaraq icra məmurunun təqdimatını təmin etmişdir. Ona görə də qərardad ləğv olunmalı, təqdimatın təmin edilməməsi barədəd qərardad çıxarılmalıdır. Apelyasiya baxışında borclular X3 və Borclu2 şikayəti müdafiə etdilər və Xaçmaz Rayon Məhkəməsinin 8(067)-120/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv olunması, icra məmurunun təqdimatının isə təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Tələbkar göstərdi ki, qət edilmiş məbləği artıq 6 ildir ki, ala bilmir. İcra məmuru araşdırma aparmış və borcluların adına əmlak müəyyən etmiş və qanuni təqdimatla məhkəməyə müraciət etmişdir. Sonda tələbkar şikayətin rədd edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-120/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(067)-2878/2018 saylı icra sənədindən görünür ki, Borclu2 və X1 cəmi 2860,76 ABŞ dolları məbləğində borc pulun və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Yenə iş materiallarında olan elektron çıxarış sənədlərindən görünür ki, Borclu1 məxsus olan **-BK-*** qeydiyyat nişanlı, “Chevrolet Orlando” markalı minik avtomobili müəyyən edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)- 120/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadıdəyişdirilmədən saxlanılmalıdır. İşdəngörünürki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2878/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli icra vərəqəsi ilə borclular Borclu2 və X1 cəmi 2860,76 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmış, icravərəqəsiüzrəicraicraatınabaşlanılmış, tələbtam icraolunmadığındanXaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Dadaşovborclununadınadaşınmazəmlakınolub-olmamasınıaraşdırmışvəməlumolmuşdurki, **-BK-*** qeydiyyat nişanlı, “Chevrolet Orlando” markalı minik avtomobili borclulardan Borclu1 məxsusdur. Bundansonra, icraməmuru «İcrahaqqında» ARQanununun 50.2cimaddəsinəistinadedərək, həminəmlakınüzərində sərəncam vermək hüququnun qadağan edilməsi və tələbin həmin avtomobilin üzərinə yönəldilməsi barədə təqdimatlaməhkəməyəmüraciətetmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Eyni Qanunun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərəəməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Yuxarıdaqeydolunduğukimi, **-BK-*** qeydiyyat nişanlı, “Chevrolet Orlando” markalı minik avtomobili borclulardan Borclu1 məxsus olduğundan və borclular tərəfindən icra sənədi tam icra edilmədiyindən, həmçinin bu əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nda qeyd edilmiş əmlak olmadığından onun üzərinə həbsin qoyulması barədə icra məmurunun təqdimatı əsaslıdır. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq, belə nəticəyə gəlmişdir ki, icra vərəqəsi üzrə borclunun avtomobilinin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatıtəminolunmalıdır. İcra sənədi üzrə borcluların şikayətdə göstəerdikləri dəlillər isə icra sənədinin icra edilməməsi üçün əsas hesab edilmir, çünki AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, icra sənədi üzrə borcluların şikayəti təmin edilməməli və Xaçmaz Rayon Məhkəməsinin 8(067)-120/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İcra vərəqəsi üzrə borclular X2 və Borclu2 şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-120/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şika--yəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-143/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-143/2020
29.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver