Məhkəmə qərarları › İş №8(105)-143/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-143/2022

14.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-143/2022 14.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, Tələbkarın nümayəndəsi: X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-1445/2014 saylı 21 oktyabr 2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 17 iyul 2017-ci il tarixli qərarından tələbkar «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş 17 iyul 2017-ci il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi» barədə qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-1445/2014 saylı 21 oktyabr 2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İcra məmuru öz qərarını belə əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1445/2014 saylı il tarixli icra sənədi 21 iyun 2017-ci il tarixli protokoluna əsasən mahiyyəti üzrə icra edildiyi üçün icra sənədi üzrə icraata xitam verilməlidir. Tələbkar «Bank VTB» (Azərbaycan) qərardaddan narazı qalaraq şikayət vermişdir. İ Ş İ N H A L L A R İ: Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-1445/2014 saylı 21 oktyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 16.392 (on altı min üç yüz doxsan iki) dollar 12 (on iki) sent məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tələbkar «Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalı, tutma Borclu məxsus olan «Chevrolet Aveo» minik markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına banka olan borc məbləği ödənilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad ləğv edilməlidir, şikayət isə təmin edilməlidir. «Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi»nin Hərracın nəticələri haqqında Y-308 nömrəli protokolundan görünür ki, Borclu məxsus olan «Chevrolet Aveo» minik markalı **- EU-*** dövlət qeydiyyat nişanlı avtomobil 4.275 (dörd min iki yüz yetmiş beş) manata qalib alıcı X6 tərəfindən əldə edilmişdir. 24 oktyabr 2022-ci il tarixli cari hesabdan çıxarışdan görünür ki, 30 iyun 2017-ci il tarixdə «Chevrolet Aveo» minik markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 2.510 (iki min bez yüz on) dollar 30 (otuz) sent məbləgində pul vəsaiti Borclu Banka olan borcunun ödənilməsinə yönəldilmişdir. Həmçinin həmin cari hesabdan çıxarışdan görünür ki, sonuncu əməliyyat məhz 30 iyun 2017-ci il tarixdə olub, ondan sonra hesaba borcun ödənilməsi ilə əlaqədar olaraq hər hansı bir mədaxil və ya köçürülmə olmayıb. İşə əlavə edilmiş 26 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Borclu Banka icra sənədi üzrə qalıq borcu 11.366 (on bir min üç yüz altmış altı) dollar 27 (iyirmi yeddi) sent və 30 AZN manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnaməyə əsasən verilmiş icra vərəqəsinə əsasən borcludan tutulmalı olan borcun məbləği 16.392,12 ABŞ dollarıdır, ipoteka predmeti olan avtomobilin satışından isə əldə edilən vəsaitin məbləği 2.510.30 ABŞ dollarıdır, icra məmurunun icra sənədninin tam icra olunması qənaətinə gəlməsi və onun tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 20.1-ci və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. İş materialları ilə müəyyən edilir ki, icra sənədi tam icra edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş 17 iyul 2017-ci il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: «Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-1445/2014 nömrəli 21 oktyabr 2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 17 iyul 2017-ci il tarixli qərarı ləğv edilsin və icra tədbirlərinin davam etdirilməsi üçün icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar