Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-144/2023 08.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)- 1049/2020 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Quba Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin təqdimatının təmin edilməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(027)-382/2023 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1049/2020 saylı icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaq anası X1 himayəsinə verilmişdir. xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün uşağın ananın himayəsinə verilməsi hissəsində qətnamə icra olunduğu vaxtdan hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment Borclu tutularaq X2 verilməlidir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayevin təqdimatla məhkəməyə müraciət edərək borclu Quba rayonu, Vəlvələ kəndində yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)- 1049/2020 saylı icra sənədi üzrə borclu Quba rayonu, Vəlvələ kəndində yaşayan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun icra şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(027)-382/2023 nömrəli qərardadı ilə təqdimatın təmin edilməsi, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-1049/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Quba rayonu, Vəlvələ kəndində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi, qərardadın icrasının Quba rayon Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Borclu Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(027)-382/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Quba rayonunda yaşamır. Uzun müddətdir ki, Sumqayıt şəhəri,47-ci məhəllə, ev 8 mənzil 26-da yaşayır və uşaq da onun himayəsində yaşamır. Lakin bu barədə o, icra məmuruna məlumat versə də icra məmuru həmin icra işini onun uzun müddət faktiki yaşadığı ünvan üzrə göndərməmiş və onun məcburi gətirilməyi barədə qərardad qəbul etmişdir. O, Sumqayıt şəhərində yaşamağı barədə ərazi MİS-dən rəsmi arayışı da təqdim etmiş, lakin buna baxmayaraq yenə də icra məmuru tərəfindən belə bir təqdimat məhkəməyə təqdim olunmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(027)-382/2023 nömrəli qərardadı ləğv edilməli, borclunun məcburi gətirilməsi barədə təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələbinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi müvafiq təqdimata baxarkən ətraflı araşdırma aparmayıb, icra məmuru müvafiq qərarın qəbul edibedilməməsini, icra işini tələb edib borclunun icra mərhələsində işə cəlb edilməsi, icraata başlamaq haqqında icra məmurunun qərarının mövcudluğundan xəbərdar olub-olmaması, bununla da aliment borcunun borclu tərəfindən icranı könüllü həyata keçirməməsi nəticəsində yaranıb-yaranmamasını yoxlamamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi göstərilən məsələləri araşdırmadan mübahisələndirilən nəticəyə gəlmişdir. Bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması barədə Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatının təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(027)-382/2023 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1049/2020 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimata, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-144/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-144/2023
08.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver